DÖVLƏT BAYTARLIQ XİDMƏTİNİN RƏHBƏRİ BÖLGƏLƏRDƏ OLUB

A+
A
A-

 

 

30 iyun və 01 iyul 2018-ci il tarixlərində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi vəzifəsini icra edən Bayandur Rzayev Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz  rayonlarına səfər edib. Səfərin məqsədi heyvan xəstəliklərinə qarşı aparılan profilaktik peyvəndləmə, şəffaflığın təmin edilməsi proseslərinə nəzarət və fərdi təsərrüfat sahibləri ilə görüşlərin keçirilməsi olub.  
Səfər çərçivəsində B.Rzayev bölgəlrədə olan heyvandarlıq təsərrüfatlarının mövcud vəziyyəti və heyvanların müxtəlif xəstəliklərinə qarşı aparılan peyvəndləmə tədbirləri ilə yaxından tanış olub və fərdi təsərrüfat sahibləri ilə görüşlər keçirib.

Səfər çərçivəsində keçirilən görüşlərdə B.Rzayev heyvanların sağlamlıq vəziyyətinə dair aparılan baytarlıq tədbirlərinin keyfiyyəti, ölkənin epizootik sabitliyinin qorunması, heyvanların cins tərkibinin yaxşılaşdırılması, yeni innovasiyaların tətbiqi, müasir heyvandarlıq komplekslərinin yaradılması və genişləndirilməsi barədə danışıb. Bildirib ki, bölgələrə səfərin əsas məqsədlərindən biri də baytarlıq idarələri tərəfindən aparılan müalicə-profilaktika və dezinfeksiya tədbirləri ilə yerində tanış olmaq, dövlət tərəfindən heyvanlar üçün verilən peyvənd vasitələrinin “soyuq zəncir” prinsipinə uyğun yerlərə çatdırılaraq şəffaf formada tətbiqinə nəzarət etmək, eləcə də yerlərdə çalışan baytarlıq mütəxəssislərinin iş şəraiti, təminatı və təhsil səviyyələri ilə yaxından tanış olmaqdır.
B.Rzayev təsərrüfat sahiblərinin müraciətlərini, arzu və təkliflərini dinləyib, heyvanların sağlamlığının təmin edilməsi ilə bağlı müvafiq tövsiyələr verib.
Dövlət Baytarlıq Xidmətinin rəhbəri baytarlıq idarələrinin diaqnostik kabinetlərinə, soyuducu kameralarına və digər inzibati bölmələrinə baxış keçirib, idarələrin maddi-texniki təminatı, baytarlıq kadrlarının təhsil səviyyəsi və iti yoluxucu xəstəliklərə qarşı aparılan peyvəndləmə tədbirlərinin nəticələri ilə yaxından tanış olub. B.Rzayev fermerlərin müraciətlərinin idarələr tərəfindən dinlənilərək çevik və operativ cavablandırılmasının vacibliyini qeyd edib.
Görüşlərdə xidmət tərəfindən həyata keçirilən baytarlıq tədbirləri, gənc kadrların işlə təminatı müzakirə olunub, əməkdaşların istək və arzuları dinlənilib. Həmçinin, respublikanın epizootik sabitliyinin saxlanılması sahəsində yerlərdə görüləcək tədbirlər barəsində baytarlıq idarələrinə müvafiq tapşırıq və göstərişlər verilib.

02.07.2018
146

Nəşrlər

  • 17(297) 14 noyabr 2018-ci il

  • 15-16(295-296) 24 oktyabr 2018-ci il

  • 13-14(293-294) 20 sentyabr 2018-ci il

  • 12(292) 28 avqust 2018-ci il

Bannerlər