Dövlət Xidmətinin 2018-ci ilin 6 ayı ərzində həyata keçirdiyi tədbirlər

A+
A
A-

 

 

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq olunmuş epizootik tədbirlər planına uyğun olaraq Dövlət Baytarlıq Xidməti (DBX) 2018-ci ilin 6 ayı ərzində qarayara xəstəliyinə qarşı 2556205 baş iribuynuzlu, 7848309 baş xırdabuynuzlu heyvanlarda, 6895 baş donuzlarda və 88087 baş təkdırnaqlılarda, dabaq xəstəliyinə qarşı 2566041 baş iribuynuzlu, 4819445 baş xırdabuynuzlu heyvanlarda, leptospiroz xəstəyinə qarşı 246119 baş iribuynuzlu, 119164 baş xırdabuynuzlu heyvanlarda, quduzluq xəstəliyinə qarşı 240644 baş itdə(o cümlədən 1900 baş sahibsiz itdə), nodulyar dermatit xəstəliyinə qarşı 2438259 baş iribuynuzlu heyvanda, qoyunların çiçək xəstəliyinə  qarşı 5606107 baş davarda, bruselyoz xəstəliyinə qarşı “Ştamm-19” vaksini ilə 235930 baş iribuynuzlu heyvanda “Rev-1” vaksini ilə 1437299 baş xırdabuynuzlu heyvanda, donuzların taun xəstəliyinə qarşı 6293 baş donuzda, həmçinin quşların nyukasl xəstəliyinə qarşı “H” vaksini ilə 16349961 baş quşda, “La-sota” vaksini ilə 19654889 baş cücədə profilaktik peyvəndləmələr aparılıb.

Həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 503260 baş iribuynuzlu, 143597 baş xırdabuynuzlu heyvanlardan qan nümunəsi alınaraq seroloji müayinə edilib.

Bununla yanaşı, epididimit xəstəliyinə görə 129771 baş törədici qoç, vərəmə görə 185007 baş iribuynuzlu, manqoya görə 38704 baş təkdırnaqlı heyvan, rinopnevmoniyaya görə 1052 baş, atların qripinə görə isə 969 baş at diaqnostik müayinəyə cəlb olunub və yoluxma aşkar edilməyib.

2018-ci ilin 6 ayı ərzində “quş qripi”nə görə 2 dəfə seromonitorinq keçirilib, seromonitorinqlər  zamanı seçmə üsulla ovlanan 48 baş çöl quşunun patoloji materialı və ölkənin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlarından gətirilən 3598 baş ev quşunun qan nümunələri Respublika Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirilib və nümunələrin heç birində “quş qripi” xəstəliyinin törədicisi aşkarlanmayıb.

Seromonitorinqlər əsasən Abşeron Milli Parkında, Şabran rayonunun Ağzıbir ovçuluq təsərrüfatında, Salyan rayonunun Şirvan Milli parkında, Ağcabədi rayonunun Ağ Göl Milli Parkı ərazisində, Lənkəran rayonunun Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində, habelə respublikanın rayonlarının əhaliyə məxsus quşçuluq təsərrüfatlarında aparılıb.

2018-ci ilin 6 ayı ərzində respublikamıza 2427,3 ton iribuynuzlu mal əti, 96,25 ton qoyun əti, 216,1 ton ət konservi, 13339,3 ton quş əti, 2090,2 ton donuz əti, 219,2 ton kolbasa və sosis, 21 ton qoyun bağırsağı, 1820,6 ton süd, 4095,7 ton süd məhsulları, 1910,3 ton pendir, 574,6 ton quru süd, 1197,3 ton qatılaşdırılmış süd, 58,4 ton mayonez, 7186,0 ton kərə yağı, 1799,0 ton qarışıq yağlar, 276,4 ton süd və yağ pastası, 44185 baş iribuynuzlu heyvan, o cümlədən 2342 baş damazlıq, 6165 baş kəsim üçün xırdabuynuzlu heyvan, 18 baş it və pişik balası, 561,7 min baş bir günlük cücə, 1,2 ton barama yumurtası, 1,3 ton damazlıq balıq kürüsü, 10,4 ton diri balıq, 1150,2 ton balıq konservi, 2514,6 ton dondurulmuş balıq, 2513,6  ton spred yağı, 23500 doza buğa toxumu, 0,79 ton balıq kürüsü, 19,3 ton yumurta ağı tozu, 193,2 ton bulyon və suplar, 101,1 ton pendir mayası, 44 ton balıq unu və s. baytarlıq nəzarətində olan məhsullar idxal olunmuşdur. Yuxarıda qeyd olunan heyvan mənşəli idxal məhsulları Respublika Baytarlıq Laboratoriyasında bakterioloji, kimya-toksikoloji, radioloji və digər müayinələrdən keçirilərək qida üçün yararlığı müəyyən edildikdən sonra istifadəyə verilib.

2018-ci ilin 6 ayı ərzində respublikamızdan, 255,0  min ədəd iribuynuzlu, 1015,9 min ədəd xırdabuynuzlu heyvan dərisi, həmçinin 53,6 ton mal əti konservi, 31,6 ton qoyun bağırsağı, 19 ton toyuq əti, 39,2 ton toyuq konservi, 1854 baş  diri at, 7 min baş diri toyuq, 196 ton balıq, 68,5 ton qoyun əti, 35,5 ton heyvan daxili orqanları, 59,2 ton süd, 309,6 ton yoqurt və xama, 20,4 ton kərə yağı və süd piyi, 199,8 ton pendir, 152,1 ton ayran, dovğa və qatıq, 40 5 ton qatılaşdırılmış süd, 6499,2 ton buğda kəpəyi, 2782,4 ton yemlik arpa, 41490,7 min ədəd ərzaq yumurtası, 150,3 ton çuğundur cecəsi, 79 ton toyuq ayağı, 20,5 ton ilbiz əti, 26,6 ton ilbiz çanağı, 8,9 ton qurbağa, 49 ton heyvan yemi və s. baytarlıq nəzarətində olan məhsullar ixrac olunub.

Bazarlarda, kəsim sexlərində və ticarət mərkəzlərində fəaliyyət göstərən baytarlıq-sanitariya ekspertiza laboratoriyalarında aparılan müayinələr nəticəsində 2597 kq mal, qoyun, donuz və quş ətinin, 13312 kq iri və xırdabuynuzlu heyvanların daxili orqanlarının, 1713 kq balığın, 1925 kq süd və süd məhsullarının və 7957 ədəd yumurtanın insan qidası üçün yararsız olması aşkar edilərək baytarlıq qanunvericiliyinə uyğun olaraq zərərsizləşdirilib.

2018-ci ilin 6 ayı ərzində epizootik tədbirlərin operativliyinin təşkili məqsədi ilə bütün rayon (şəhər) baytarlıq idarələri avtomat şprislər, qoruyucu geyim vasitələri, həmçinin baytarlıq alət və ləvazimatları ilə təmin edilib.

Həmçinin cari ilin birinci yarım illiyi ərzində sərhəd, dağlıq  və aran bölgələrində heyvan xəstəliklərinə qarşı aparılan profilaktik peyvəndləmələrə, şəffaflığın təmin edilməsi proseslərinə nəzarət və fərdi təsərrüfat sahibləri ilə görüşlər keçirilmək məqsədi ilə səfərlər təşkil edilib.

Dövlət Baytarlıq Xidməti tərəfindən həyata keçirilən yuxarıda qeyd olunan baytarlıq-sanitariya tədbirləri nəticəsində 2018-ci ilin 6 ayı ərzində respublikada epizootik vəziyyət sabit olmuşdur. Bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət Baytarlıq Xidməti lazımi təşkilati tədbirləri davam etdirir.

 

06.07.2018
179

Nəşrlər

  • 17(297) 14 noyabr 2018-ci il

  • 15-16(295-296) 24 oktyabr 2018-ci il

  • 13-14(293-294) 20 sentyabr 2018-ci il

  • 12(292) 28 avqust 2018-ci il

Bannerlər