AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN 156 №-li QƏRARI

A+
A
A-

 

 

 

Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında

"Baytarlıq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanının 1.12-ci, 1.13-cü, 1.14-cü, 1.15-ci, 1.21-ci, 1.23- cü, 1.26-cı, 1.29-cu, 1.31-ci, 1.34-cü, 1.42-ci, 1.43-cü, 1.44-cü və 1.45-ci bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

"Heyvan, heyvan mənşəli məhsullar və xammal istehsalı, tədarükü, saxlanması, emalı və satışına, habelə yem və yem əlavələrinin dövriyyəsinə dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi Qaydaları", "Heyvan saxlayan, habelə heyvan mənşəli məhsulların və xammalın emalı, saxlanması və onların ticarəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin baytarlıq qaydalarının və normalarının pozulduğu hallarda onların fəaliyyətinin müvəqqəti dayandırılması və ya qadağan edilməsi, həmçinin dövlət baytarlıq müfəttişlərinin icrası məcburi olan qərarlarmm forması, onların tərtib edilməsi və verilməsi Qaydaları", "Xüsusi təhlükəli xəstəliklər baş verdikdə karantin və digər məhdudiyyət tədbirlərinin tətbiqi Qaydaları", "Dövlət baytarlıq nəzarətində olan yüklərin baytarlıq normalarının tələblərinə uyğunluğunun yoxlanılması və onlara baxış keçirilməsi Qaydaları", "Heyvanların və əhalinin sağlamlığı üçün təhlükəli olan xəstəliklərə tutulmuş heyvanların, onlardan alınan məhsulların və xammalın təhlükəlilik dərəcəsindən asılı olaraq götürülməsi, məhv edilməsi və ya götürülmədən məcburi zərərsizləşdirilməsi, emalı və ya təkrar emalı Qaydaları", "Karantin müddətində bazarların, heyvan tədarükü (kəsimi) məntəqələrinin, əlaqəli müəssisələrin, həmçinin yarmarkaların, hərracların, sərgilərin, dövlət baytarlıq nəzarətinə cəlb edilən yüklərin daşınması ilə əlaqədar onların kütləvi toplanılan yerlərinin fəaliyyətinin müvəqqəti dayandırıla bilməsi Qaydaları" və "Epizootiya əleyhinə fövqəladə komissiyanın yaradılması və fəaliyyəti Qaydaları" təsdiq edilsin (əlavə olunur).

Bu qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri A.Rasi-zadə

 

02.02.2017
943

Nəşrlər

  • 15(277) 17 oktyabr 2017-ci il

  • 13-14(275-276) 07 sentyabr 2017-ci il

  • 12(274) 15 avqust 2017-ci il

  • 10-11(272-273) 19 iyul 2017-ci il

Bannerlər