Ucara gətirilən macar cinsli camışlar dabaq xəstəliyinə qarşı peyvənd edilib

A+
A
A-

 

 

Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədi ilə iyunun 19-da “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ölkəmizə Macarıstan Respublikasından macar cinsli 125 baş (onlardan 122 başı ana, 3 başı isə erkək) camış gətirilib. Gətirilən heyvanlar lizinq yolu ilə Ucar rayonunun Təzə Şilyan kəndində yerləşən Məmmədov Məzahirə məxsus təsərrüfata verilib.

İyulun 20-dən təsərrüfata Ucar Rayon Baytarlıq İdarəsi tərəfindən baytarlıq baxışı keçirilərək karantin qoyulub.

İyulun 24-də isə təsərrüfata gətirilən camışlarda epizootik tədbirlər planına uyğun olaraq dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbiri aparılıb. 125 baş camışda aparılan peyvəndləmə tədbiri Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) Ucar rayonuna ezam edilmiş əməkdaşlarının iştirakı ilə aparılıb. Aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” prinsipinə uyğun icra edilib.

Tədbirin sonunda təsərrüfat sahibinə lazımı baytarlıq tövsiyələri verilib.

Qeyd edək ki, iri və xırdabuynuzlu heyvanlar dabaq xəstəliyinə həssasdır. İribuynuzlu heyvanlarda dabaq xəstəliyinə qarşı A,O,Asiya-1 tipli polivalent vaksinlə peyvənd aparılır. Peyvənd vasitəsi bir baş qaramala bir doza (2ml) miqdarında boyun nahiyəsinə dərialtına inyeksiya edilir.

Dövlət Baytarlıq Xidməti tərəfindən rayon(şəhər) baytarlıq idarələri profilaktik tədbirlərin aparılması üçün lazımi avadanlıq və biopreparatlarla təmin olunub.

Dövlət Baytarlıq Xidməti bildirir ki, ölkə ərazisində dabaq xəstəliyinə qarşı 2018-ci ilin 6 ayı ərzində 2566041 baş iribuynuzlu, 4819445 baş xırdabuynuzlu heyvanlarda peyvəndləmə aparılıb və epizootik sabitlik qorunub saxlanılıb.

 

26.07.2018
105

Nəşrlər

  • 17(297) 14 noyabr 2018-ci il

  • 15-16(295-296) 24 oktyabr 2018-ci il

  • 13-14(293-294) 20 sentyabr 2018-ci il

  • 12(292) 28 avqust 2018-ci il

Bannerlər