Kənd təsərrüfati naziri İnam Kərimov nar istehsalçilari və ixracatçilari assosiasiyasinin üzvləri ilə görüşüb

A+
A
A-

 

 

Kənd təsərrüfatı naziri İnam Kərimov Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri ilə görüşüb. Görüşə assosiasiyanın rəhbərləri, “AZ-Granata”, “Aznar”, “Gilan Agriculture”, “Azərsun”, “Red Valley”, “Aqrobiznes Qrup” şirkətlərinin, Sabirabad konserv zavodunun, “Araz konservləşdirilmiş şirələr və konyak” zavodunun, “Fidan”, “Antim”, “Ələddin Fermer” məhdud məsuliyyətli cəmiyyətlərin təmsilçiləri, fermer və aqronomlar qatılıblar.
Qonaqları salamlayan kənd təsərrüfatı naziri İnam Kərimov nazirliyin assosiasiyalarla əməkdaşlığa böyük önəm verdiyini deyib. Nazirlikdə struktur dəyişiklikləri aparıldığını deyən nazir bu çərçivədə fermerlərlə, assosiasiyalarla və kooperativlərlə iş şöbəsinin yaradıldığını xatırladıb. İnam Kərimov nazirliyin öz fəaliyyətində fermerlərə yaxın olmaq prinsipini əsas götürdüyünü vurğulayıb, indiyə kimi bir çox ixtisaslaşmış assosiasiyaların nümayəndələri ilə görüşdüyünü deyib. Assosiasiyaların nümayəndələri ilə görüşlərdə məqsəd problemləri araşdırmaq, ümumiləşdirmək, təhlil etmək və çıxış yolları ilə bağlı təkliflər hazırlamaqdır. Narın ixrac potensialı yüksək olan kənd təsərrüfatı məhsullarından biri olduğunu xatırladan nazir bu sahənin inkişaf etdirilməsinin vacib olduğunu deyib.
Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov ölkədə nar yetişdirilməsində mövcud vəziyyətdən danışıb, istehsal həcminə rəğmən ixrac göstəricisinin aşağı olduğunu deyib və bunu keyfiyyətli məhsulun az olması ilə əlaqələndirib. Fərhad Qaraşov ting çatışmazlığını, mütəxəssislərin sayının az olmasını, nar bağlarında istifadə olunan dərman və gübrələrin çatışmazlığını, istehsal səviyyəsinə dair statistik məlumat bazasının  zəif olmasını həllini gözləyən əsas məsələlər kimi qeyd edib.
Görüşdə çıxış edən “Red Valley” şirkətinin direktoru Rəşad Şirin, “Aznar” şirkətinin Direktorlar Şurasının sədri Fərəc Əhmədov, “Azərsun kənd təsərrüfatı” MMC-nin narçılıq üzrə rəhbəri Abdullah Qaragül, “Gilan Agriculture”nin satış müdiri Rəşid Əliyev, “AZ-Granata”nın icraçı direktoru Rövşən Fərhadov və digərləri yeni nar bağlarının salınması, Azərbaycana məxsus ənənəvi sortların populyarlaşdırılması, ixracatın stimullaşdırılması ilə bağlı təkliflər səsləndiriblər.
Nazir İnam Kərimov hazırda ölkədə tingçilik və toxumçuluğun inkişafına dair Dövlət Proqramının layihəsi üzərində iş getdiyini deyib, sənəddə narçılığın inkişafını dəstəkləməklə bağlı müddəaların yer alacağını bildirib. Görüşdə səsləndirilən təkliflərin nəzərə alınacağını deyən nazir bu cür görüşlərin mütəmadi keçiriləcəyini vurğulayıb.

09.08.2018
21

Nəşrlər

  • 10-11(220-221) 24 iyul 2018-ci il

  • 09(289) 21 iyun 2018-ci il

  • 07-08(287-288) 24 may 2018-ci il

  • 05-06(285-286) 26 aprel 2018-ci il

Bannerlər