Baytarlıq təbabəti fəaliyyətinin gücləndirilməsi haqqında 40 nömrəli ƏMR

A+
A
A-

 

 

 

AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA DÖVLƏT BAYTARLIQ XİDMƏTİNİN

ƏMR №40

 

Bakı şəhəri 04.12.2013 -cü il

 

Baytarlıq təbabəti fəaliyyətinin gücləndirilməsi haqqında

 

Ölkədə sahibkarlıq fəaliyyətini inkişaf etdirmək və ona dövlət qayğısını artırmaq məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən bir sıra qanunvericilik aktları qəbul edilmişdir. Baytarlıq fəaliyyəti ilə məşğul olan bəzi hüquqi və fiziki şəxslər bundan sui-istifadə edərək dərman maddələrinin satışında qanun pozuntularına yol verirlər.

Belə ki, ölkə ərazisində istifadəsinə icazəsi olmayan, qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyatdan keçməyən, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, tərkibi şübhəli, yararlıq müddəti bitmiş, saxta, keyfiyyətsiz və satışı qadağan olunan baytarlıq preparatlarının, yem və yem əlavələrinin satışını aparırlar.

Dövlət nəzarətini yerinə yetirən Dövlət Baytarlıq Xidməti mütəxəssislərinin yerlərdə həyata keçirdikləri baxış zamanı belə faktlar kifayyət qədər aşkar olunmuşdur. Hətta qeyri-ixtisas peşə sahibləri tərəfindən dərman preparatlarının satışının aparıldığı da aşkar edilmişdir. Eyni zamanda, tələblərə cavab verməyən yerlərdə (mal bazarlarında acıq havada, dəmir konstruksiyalı köşklərdə, lisenziyasız) dərman maddələrinin satışının aparıldığı da müəyyən olunmuşdur.

Aparılan tədbirlərə baxmayaraq, son vaxtlar vətəndaşlar və heyvan sahibləri tərəfindən mal-qara arasında dərman maddələrindən zəhərlənmələr, hətta ölüm hallarının da baş verməsi faktları barədə Kənd Təsərrüfatı Nazirliyinə və Dövlət Baytarlıq Xidmətinə daxil olmuş çoxsaylı şikayət və müraciətləri nəzərə alaraq

 

ƏMR EDİRƏM:

 

1. Tapşırılsın rayon (şəhər) baytarlıq idarələrinin rəislərinə:

- xidmət etdikləri inzibati ərazilərdə dövlət orqanlarında qetdiyyatdan keçməyən, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, tərkibi şübhəli, yararlıq müddəti bitmiş, saxda, keyfiyyətsiz və satışı qadağan olunan bioloji preparatların və dərman maddələrinin satışının qarşısını almaq məqsədi ilə təxirəsalınmaz tədbirlər həyata keçirsinlər. Bu sahədə qanunvericliyin pozulmasında təqsirli bilinən hüquqi və fiziki şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsulliyətə cəlb edilməsini təmin etsinlər;

- ərazidə qanunsuz fəaliyyət göstərən baytarlıq apteklərinin fəaliyyətinin dayandırılması istiqamətində tədbirlər görsünlər.

2. Tapşırılsın, Xidmətin Aparatının Müfəttişlık sektoruna (T.Atazadə):

- mülkiyyət formasından asılı olmayaraq ölkə ərazisində dərman maddələrinin alqı-satqısı ilə məşğul olan fiziki və hüquqi şəxslərin obyeklərində vaxtaşırı dövlət baytarlıq nəzarətini həyata keçirilməsini təşkil etsin;

- obyektlərdə aşkar olunan dövlət qeydiyyatından keçməyən, yararlıq müddəti bitmiş, tərkibi şübhəli, mənşəyi məlum olmayan baytarlıq preparatlarını götürülərək məhv olunmasını təmin etsin, belə hallar baş verən ərazi baytarlıq idarələrinin rəisləri haqqında tədbir görülməsi üçün Dövlət Baytarlıq Xidmətinin rəhbərliyinə təklif versin.

3. Əmrin aidiyyətı ünvanlara çatdırılması ümümi sektora (E. Zeynalova) həvalə edilsin.

4. Əmrə nəzəarəti özümdə saxlayıram.

 

 

Rəis, Azərbaycan Respublikasının

Baş Dövlət Baytarlıq Müfəttişi Sialə Rüstəmova

02.02.2015
608

Nəşrlər

  • 12(262) 23 dekabr 2016-cı il

  • 11(261) 25 noyabr 2016-cı il

  • 10(260) 27 oktyabr 2016-cı il

  • 09(259) 30 sentyabr 2016-cı il

Bannerlər