DİRİ HEYVAN SATIŞI BAZARLARINDA DEZİNFEKSİYA TƏDBİRLƏRİ DAVAM EDİR

A+
A
A-

 

 

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti tərəfindən ölkə ərazisində mövcud olan epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində diri heyvanların satışı aparılan bazarlarda dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinin həyata keçirilməsinə zərurət yaranıb və bununla əlaqədar rayonların icra hakimiyyəti başçılarına müraciət ünvanlanıb. Bu müraciətlə əlaqədar Füzuli, Zaqatala, Biləsuvar, Masallı, Şəmkir və Ağsu rayonlarında yerləşən diri heyvanların satışı aparılan bazarlarda dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri həyata keçirilib.

Heyvanların toplandığı və satıldığı yerlərdə dezinfeksiya, dezinseksiya, deratizasiya tədbirlərinin aparılması mühüm əhəmiyyətə malikdir. Çünki həmin yerlərə heyvanlar müxtəlif təsərrüfatlardan, rayonlardan toplanır və satışı aparılır. Kənd təsərrüfatı heyvanları və quşları arasında bir çox infeksion xəstəliklərin baş verməsində və yayılmasında heyvan bazarları mühüm rol oynayır. Xəstəliklərə görə qeyri-sağlam təsərrüfatlardan heyvanların bazarlara toplanması, satılması, yaxud xəstə heyvanlardan alınan heyvan məhsullarının zərərsizləşdirilməmiş halda bazarda satılması bir çox qorxulu xəstəliklərin baş verməsi və yayılmasında əsas amillərdən biridir.

Ona görə də şəhər, qəsəbə, rayon miqyasında olan bütün heyvan toplanan yerlərdə, xüsusilə heyvan bazarlarında baytarlıq-sanitariya tədbirlərinin sistematik sürətdə həyata keçirilməsinə fikir verilməlidir. Heyvan toplanan yerlər ciddi mexaniki təmizlik aparıldıqdan sonra profilaktik dezinfeksiya edilməlidir.

Bu səbəbdən rayonlarda fəaliyyət göstərən diri heyvanların satışı aparılan bazarlarda dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinin aparılması vacibdir. Görülən tədbirlər müqavilə əsasında həyata keçirilir və satışa çıxarılan heyvanların salamatlığının qorunmasına xidmət edir.
Dezinfeksiya aparılan zaman yerin mexaniki təmizliyinə fikir verilib. Obyekt sahibləri tərəfindən diri heyvan satışı aparılan bazarlarda mexaniki təmizlik aparıldıqdan sonra profilaktik dezinfeksiya işləri həyata keçirilib.
Qeyd edilən rayonların diri heyvan bazarlarında profilaktik dezinfeksiya “Almerdehyde” “Ektosan” və 5 faizli kaustik soda məhlulları ilə aparılıb. Dezinfeksiya məhlulları əraziyə DUK maşınları ilə güclü axın şəkilində və avtomatik səyyar çiləyiçilərlə səpilib.
Obyektlər dezinfeksiyadan sonra təsərrüfat sahiblərinin istifadəsinə verilib.
Dövlət Baytarlıq Xidməti bildirir ki, bundan sonra da diri heyvanların satışı aparılan bazarlarda, heyvan saxlanılan və bəslənilən təsərrüfatlarda tədbirlər ardıcıl şəkildə həyata keçiriləcək.

05.09.2018
109

Nəşrlər

  • 17(297) 14 noyabr 2018-ci il

  • 15-16(295-296) 24 oktyabr 2018-ci il

  • 13-14(293-294) 20 sentyabr 2018-ci il

  • 12(292) 28 avqust 2018-ci il

Bannerlər