Göygöl rayonunda dezinfeksiya və dezinseksiya tədbirləri davam etdirilir

A+
A
A-

 

 

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti tərəfindən ölkə ərazisində mövcud olan epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində diri heyvanların satışı aparılan bazarlarda, kənd təsərrüfatı heyvanları saxlanılan və bəslənilən obyektlərdə dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinin həyata keçirilməsi davam etdirilir. Bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Göygöl Rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən rayonun diri heyvan satışı aparılan bazarında, eləcə də Zaur İsmayılova məxsus 2000 kvadratmetr ərazidə və Ramil Baxşəliyevə məxsus 1500 kvadratmetr ərazidə heyvandarlıq təsərrüfatlarında dezinfeksiya və dezinseksiya tədbirləri aparılıb.
Tədbirlər aparılan zaman yem və su qablarının, divarların, arakəsmələrin və kanalizasiya xətlərinin mexaniki təmizliyi nəzərdən keçirilib. Təsərrüfatlar obyekt sahibləri tərəfindən mexaniki təmizlik aparıldıqdan sonra profilaktik dezinfeksiya və dezinseksiya tədbirləri icra edilib. Kənd təsərrüfatı heyvanları saxlanılan, bəslənilən və satışı aparılan obyektlərdə dezinfeksiya tədbirləri Tarif (qiymət) Şurasının 2007-ci il 26 iyul tarixli 17 saylı qərarı ilə müəyyən edilmiş tariflərə uyğun aparılır.
Obyektlərdə aparılan tədbirlər zamanı almerdehyde, ektosan, kreolin, formalin, 5%-li kaustik soda və sair dezinfeksiyaedici və dezinseksiyaedici dərman maddələrindən istifadə edilib. Dezinfeksiya və dezinseksiya məhlulları əraziyə DUK maşını ilə güclü axın halında səpilib. Obyektlər dezinfeksiya və dezinseksiyadan sonra təsərrüfat sahiblərinin istifadəsinə verilib.
Dezinfeksiya və dezinseksiya işlərinin bundan sonra da davam etdirilməsi nəzərdə tutulub.
Cari ilin müvafiq dövrü ərzində Göygöl rayonunda 198038 kvadratmetr ərazidə dezinfeksiya, 91160 kvadratmetr ərazidə dezinseksiya tədbirləri aparılıb.
Həmçinin rayonda epizootik sabitliyi qorumaq məqsədi ilə 2018-ci il üçün təsdiq edilmiş “Epizootiya əleyhinə profilaktika və müalicə-diaqnostika tədbirləri” planına uyğun rayon ərazisində saxlanan heyvanlar və quşlar arasında profilaktik peyvəndləmə tədbirləri və diaqnostik müayinələr icra edilib. Belə ki, müvafiq dövr ərzində Dövlət Baytarlıq Xidmətinin Göygöl Rayon Baytarlıq İdarəsinin əməkdaşları Kənd Təsərrüfatı Nazirliyinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq xüsusi təhlükəli infeksion xəstəliklərin qarşısını almaq üçün profilaktik tədbirlər görüb və xroniki yoluxucu xəstəlikləri müəyyən etmək üçün diaqnostiki müayinələr aparıb. Belə ki, 22009 baş iribuynuzlu, 167152 baş xırdabuynuzlu, 1806 baş təkdırnaqlı heyvanda qarayara, 22300 baş iribuynuzlu heyvanda, 91876 baş xırdabuynuzlu heyvanda dabaq, 22034 baş iribuynuzlu heyvanda infeksion nodulyar dermatit, 4341 baş iribuynuzlu heyvanda, 2518 baş xırdabuynuzlu heyvanda leptospiroz, 132774 baş xırdabuynuzlu heyvanda çiçək, 28591 baş xırdabuynuzlu heyvanda, 3403 baş iribuynuzlu heyvanda bruselyoz, 3660 baş itdə quduzluq, ev quşları arasında nyukasl xəstəliyinə qarşı 432600 başda “La-sota” vaksini, 395475 başda “H” vaksini ilə profilaktiki peyvəndləmə tədbirləri aparılıb.
Həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 5719 baş iribuynuzlu, 2126 baş xırdabuynuzlu heyvanlardan qan nümunəsi alınaraq seroloji müayinə edilib. Bununla yanaşı, Göygöl rayonunda epididimit xəstəliyinə görə 2126 baş törədici qoç, vərəmə görə 1021 baş iribuynuzlu, manqoya görə 495 baş təkdırnaqlı heyvan diaqnostik müayinəyə cəlb olunub və yoluxma aşkar edilməyib.
Göygöl Rayon Baytarlıq İdarəsi rayon ərazisində profilaktik peyvəndləmə, diaqnostik müayinə, heyvanlar arasında müalicə, heyvanlar saxlanan və satılan obyektlərdə dezinfeksiya və dezinseksiya tədbirləri aparmaqla yanaşı, mütəmadi olaraq fermerlər arasında heyvanların saxlanması, yemləndirilməsi və xəstəliklərdən qorunması mövzularında maarifləndirmə və təbliğat işləri həyata keçirir.
Dövlət Baytarlıq Xidməti bildirir ki, ölkədə aparılan profilaktiki peyvəndləmələrin, diaqnostik müayinələrin və baytarlıq-sanitariya tədbirlərinin vaxtlı-vaxtında aparılmasının nəticəsi olaraq respublika ərazində heyvanlar və quşlar arasında iti yoluxucu xəstəliklər baş verməyib və hal-hazırda epizootik vəziyyət sabitdir.

19.11.2018
51

Nəşrlər

  • 17(297) 14 noyabr 2018-ci il

  • 15-16(295-296) 24 oktyabr 2018-ci il

  • 13-14(293-294) 20 sentyabr 2018-ci il

  • 12(292) 28 avqust 2018-ci il

Bannerlər