Heyvanların karantin xəstəliklərinin statistik uçotunun və kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması, habelə dövlət baytarlıq ...

A+
A
A-

Heyvanların karantin xəstəliklərinin statistik uçotunun və kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması, habelə dövlət baytarlıq nəzarətində olan məhsulların istehsal, tədarük (kəsim), emal, saxlanma və satış obyektlərinin, bazarların və digər baytarlıq nəzarəti obyektlərinin uçotunu aparmaq üçün onların identikləşdirilməsi QAYDALARI

Azərbaycan Respublikası

 

Nazirlər Kabinetinin

 

2007-ci il 30 yanvar tarixli

 

19 nömrəli qərarı ilə

 

təsdiq edilmişdir

 

 

 

Heyvanların karantin xəstəliklərinin statistik uçotunun və kənd  təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması, habelə dövlət baytarlıq nəzarətində olan məhsulların istehsal, tədarük (kəsim), emal, saxlanma və satış obyektlərinin, bazarların və digər baytarlıq nəzarəti obyektlərinin uçotunu aparmaq üçün onların identikləşdirilməsi

 

Q a y d a l a r ı

 

 

 

 

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar «Baytarlıq haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 saylı Fərmanının 1.18-ci, 1.38-ci, 1.51-ci və 1.52-ci bəndlərinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və heyvanların karantin xəstəliklərinin statistic uçotunun aparılması, kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsi, habelə dövlət baytarlıq nəzarətində olan məhsulların istehsal, tədarük (kəsim), emal, saxlanma və satış obyektlərinin identikləşdirilməsi qaydalarını müəyyən edir.

 

1.2. Heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət etmək məqsədilə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması məcburidir.

 

1.3. Dövlət baytarlıq nəzarətində olan məhsulların istehsal, tədarük (kəsim), emal, saxlanma və satış obyektlərinin, bazarların və digər baytarlıq nəzarəti obyektlərinin uçotunu aparmaq üçün onların identikləşdirilməsi aparılmalıdır.

 

1.4. Heyvanların, heyvandarlıq müəssisələrinin, bazarların, dövlət baytarlıq nəzarətində olan yüklərin istehsalı, tədarükü, saxlanması, emalı və satışı yerlərinin, həmçinin heyvanlar üçün yem və bioloji preparatlar istehsalı obyektlərinin (bundan sonra – baytarlıq nəzarətində olan obyektlər) identikləşdirilməsi xərcləri mülkiyyətçilərin vəsaiti hesabına maliyyələşdirilir.

 

1.5. Heyvandarlıqla məşğul olan hüquqi və fiziki şəxslər istifadəsində olan heyvanların, heyvandarlıq müəssisələrinin, heyvan mənşəli məhsullar və xammal istehsalı, emalı, saxlanması və satışı obyektlərinin identikləşdirilməsi və onlara baytarlıq şəhadətnamələrinin rəsmiləşdirilməsini təmin etməlidirlər.

 

1.6. Baytarlıq sahəsində identikləşdirmə işlərinin, uçot və hesabatların aparılmasını, heyvanların karantin xəstəliklərinin statistik uçotunu Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (bundan sonra – Dövlət Baytarlıq Xidməti) həyata keçirir. Dövlət Baytarlıq Xidməti baytarlıq nəzarətində olan obyektlərin identikləşdirilməsi üçün tədbirlər görməli, habelə həmin obyektlərin vahid kompyuter bazasının yaradılmasını və respublikanın rayonları üzrə identikləşdirmə kodlarını müəyyən etməlidir.

 

 

 

2. Heyvanların identikləşdirməsinin aparılması

 

2.1. Heyvanların identikləşdirilməsi kənd təsərrüfatı heyvanlarının pasportlaşması ilə müşahidə olunan və hər bir kənd təsərrüfatı heyvanlarına fərdi identikləşdirmə nömrəsinin verilməsindən ibarətdir. İdentikləşdirmə işlərinin aparılması üçün heyvanlar fərdi qaydada birkalanmalıdır (nişanlanmalıdır).

 

2.2. Heyvanların birkalanması (nişanlaqması) üçün Dövlət Baytarlıq Xidməti tərəfindən müəyyən olunmuş xüsusi tanınma nömrəsindən istifadə olunur.

 

2.3. Hüquqi və ya fiziki şəxslər mülkiyyətində olan heyvanların identikləşdirilməsi üçün lazım olan miqdarda birkalar (nişanlar) əldə etməlidirlər.

 

2.4. Kənd təsərrüfatı heyvanlarının birkalanması (nişanlanması) dövlət baytarlıq müfəttişlərinin nəzarəti altında həyata keçirilir.

 

2.5. Hüquqi və ya fiziki şəxslər tərəfindən yeni heyvanlar əldə olunduqda, onlara məxsus heyvanlar itirildikdə, satıldıqda və ya kəsildikdə (öldükdə) həmin şəxslər müvafiq tədbirlərin görülməsi üçün dövlət baytarlıq müfəttişinə məlumat verməlidir.

 

2.6. Heyvanların digər şəxslərə satılması və ya verilməsi baytarlıq pasportunun həmin şəxslərə təqdim edilməsi ilə müşayiət olunmalıdır.

 

2.7. İri buynuzlu heyvanlar, atlar, dəvələr ən geci doğulduqdan sonra 4 ay müddətində, donuzlar, qoyun və keçilər 2 ay müddətində, damazlıq quşlar isə 5 aylıq yaşda olduqda nişanlanmalıdırlar. İribuynuzlu heyvanların, donuzların, qoyunların və keçilərin nişanlanması hər iki qulağından birka, atların və dəvələrin nişanlanması qulağın daxili səthinə tatuirovka, damazlıq quşların nişanlanması isə ayaqlarına halqa vurulmaqla həyata keçirilir.

 

2.8. Birkaların üzərinə həkk olunmuş rəqəmlər iribuynuzlu heyvanlarda 10 metr, davar və donuzlarda isə 5 metr məsafədən oxunmalıdır.

 

2.9. Heyvanların birkalanması (nişanlanması) onların xarici görünüşünə və estetik zövqə mənfi təsir etməməlidir.

 

2.10. Kənd təsərrüfatı heyvanlarının birkalanmasının (nişanlanmasının) yekunu olaraq dövlət baytarlıq müfəttişi baytarlıq pasportunu tərtib edir və xüsusi qeydiyyat kitabında heyvan sahibinin həmin pasportu alması barədə qeyd daxil edilir. Baytarlıq pasportunun nümunəsi və pasporta daxil edilməli olan məlumatların siyahısı Dövlət Baytarlıq Xidməti tərəfindən müəyyən edilir. Kənd təsərrüfatı heyvanları təsərrüfat ərazisindən kənara çıxarılaraq başqa bir yerə aparıldıqda həmin heyvanlara və ya heyvanlar qrupuna dövlət baytarlıq orqanı tərəfindən «Heyvanların (və ya heyvan qrupunun) identikləşdirilməsi haqqında şəhadətnamə» verilir (1 nömrəli Əlavə).

 

 

 

3. Dövlət baytarlıq nəzarətində olan məhsulların istehsal, tədarük (kəsim), emal, saxlanma və satış obyektlərinin, bazarların və digər baytarlıq nəzarəti obyektlərinin uçotunu aparmaq üçün onların identikləşdirilməsi

 

3.1. Dövlət baytarlıq nəzarətində olan məhsulların istehsal, tədarük (kəsim), emal, saxlanma və satış obyektlərinin, bazarların və digər baytarlıq nəzarəti obyektlərinin (bundan sonra – müəssisə) uçota alınması – identiklşdirilməsi üçün həmin müəssisənin mülkiyyətçisi (və ya digər səlahiyyətli şəxs) rayon (şəhər) dövlət baytarlıq orqanına ərizə ilə müraciət edir.

 

3.2. Dövlət baytarlıq orqanı tərəfindən müəssisənin identikləşdirilməsi yalnız mülkiyyətçi (və ya digər səlahiyyətli şəxs) və dövlət baytarlıq orqanı arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.

 

3.3. Dövlət baytarlıq orqanı müəssisənin uçota alınması–identikləşdirilməsi üçün həmin müəssisəyə baxış keçirir, müəssisənin baytarlıq – sanitariya tələblərinə uyğunluğunu müəyyən etdikdən sonra həmin müəssisəyə «Baytarlıq nəzarətində olan müəssisənin identikləşdirilməsi haqqında şəhadətnamə»ni (2 nömrəli Əlavə) tərtib edir və xüsusi qeydiyyat kitabında müəssisənin mülkiyyətçisinin həmin şəhadətnaməni alması barədə qeyd daxil edilir.

 

 

 

4. Heyvanların karantin xəstəliklərinin statistik uçotunun aparılması və hesabatların verilməsi

 

4.1. Heyvanların karantin xəstəliklərinin statistik uçotunun aparılmasında məqsəd heyvanlar arasında yayılmış karantin xəstəliklərinin siyahısını tərtib etməkdən, heyvanların xəstəliyinin hərəkətinin və ölüm hallıranın toplanmasından ibarətdir.

 

4.2. Heyvanların karantin xəstəliklərinin statistiki hesabatı bu Qaydaların 3 nömrəli Əlavəsində göstərilmiş formaya uyğun hər ay yerli dövlət baytarlıq orqanları tərəfindən hazırlanaraq hesabat dövründən sonrakı ayın 5-nə qədər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinə (bundan sonra – Dövlət Baytarlıq Xidməti) təqdim edilir.

 

4.3. Karantin xəstəliklərinin hesabat formaları iki nüsxədə tərtib olunur. Hesabat formasının bir nüsxəsi yerli dövlət baytarlıq orqanında qalır, digəri isə Dövlət Baytarlıq Xidmətinə göndərilir.

 

4.4. Dövlət Baytarlıq Xidməti təqdim edilmiş hesabatları təhlil edərək onları icmal şəklində hər ay, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə təqdim edir.

 

03.02.2015
611

Nəşrlər

  • 02(264) 23 fevral 2017-ci il

  • 01(263) 27 yanvar 2017-ci il

  • 12(262) 23 dekabr 2016-cı il

  • 11(261) 25 noyabr 2016-cı il

Bannerlər