Heyvanların yetişdirilməsi, çoxaldılması, tədarükü (kəsimi), istifadəsi və dövlət baytarlıq nəzarətində olan məhsulların istehsalı, saxlanması, emalı, daşınması...

A+
A
A-

Heyvanların yetişdirilməsi, çoxaldılması, tədarükü (kəsimi), istifadəsi və dövlət baytarlıq nəzarətində olan məhsulların istehsalı, saxlanması, emalı, daşınması, satışı və istifadəsi ilə məşğul olan şəxslərin sağlamlığının heyvan və insanlar üçün ümumi olan yoluxucu xəstəliklərdən qorunması QAYDALARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2007-ci il 30 yanvar tarixli 19 nömrəli qərarı ilə təsdiq edilmişdir

Heyvanların yetişdirilməsi, çoxaldılması, tədarükü (kəsimi), istifadəsi və dövlət baytarlıq nəzarətində olan məhsulların istehsalı, saxlanması, emalı, daşınması, satışı və istifadəsi ilə məşğul olan şəxslərin sağlamlığının heyvan və insanlar üçün ümumi olan yoluxucu xəstəliklərdən qorunması

Q a y d a l a r ı

 

1. Ümumi müddəalar

«Baytarlıq haqqında Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanının 1.50-ci bəndinə uyğun hazırlanmışdır və heyvanların yetişdirilməsi, çoxaldılması, tədarükü (kəsimi), istifadəsi və dövlət baytarlıq nəzarətində olan məhsulların istehsalı, saxlanması, emalı, daşınması, satışı və istifadəsi ilə məşğul olan şəxslərin sağlamlığının heyvan və insanlar üçün ümumi olan yoluxucu xəstəliklərdən qorunması yollarını müəyyən edir.

 

2. Heyvan və insanlar üçün olan xəstəliklərdən əhalinin sağlamlığının qorunması

2.1. Heyvanların yetişdirilməsi, çoxaldılması, tədarükü (kəsimi), istifadəsi və dövlət baytarlıq nəzarətində olan məhsulların istehsalı, sxlanması, emalı, daşınması, satışı və istifadəsi ilə məşğul olan şəxslərin sağlamlığının heyvan və insanlar üçün ümumi olan yoluxucu xəstəliklərdən qorunması məqsədilə onların həmin xəstəliklər barədə ümumi anlayışları olmalıdır.

2.2. Həmin şəxslər fəaliyyət göstərdiyi istehsalat, emal, tədarük və s.müəssisələrində insan və heyvanlar üçün ümumi olan yoluxucu xəstəliklərdən qorunmaq məqsədilə şəxsi gigiyena qaydalarına ciddi əməl etməlidirlər.

2.3. Heyvan saxlayan şəxslər təhlükəsizliyi təmin etməkdən ötrü vaxtaşırı olaraq heyvanlar arasında epizootiya əleyhinə tədbirlər planına uyğun olaraq ayrı-ayrı xəstəliklərə görə diaqnostik müayinələrin və peyvəndləmə tədbirlərinin aparılmasını təşkil etməli və hər hansı bir qorxulu xəstəlik aşkar edildiyi halda baytarlıq-sanitariya qaydalarına uyğun hərəkət etməlidirlər.

2.4. Heyvan mənşəli məhsulların istehsalı, tədarükü (kəsimi), saxlanması, emalı, daşınması, satışı və istifadəsi ilə məşğul olan şəxslər özlərini insan və heyvanlar üçün ümumi olan xəstəliklərdən qorumaq məqsədilə hazırladıqları məhsulların hər bir partiyasının bu xəstəliklərə görə təhlükəsiz olmasını təmin etmək üçün onları baytarlıq-sanitariya ekspertizasından keçirməlidirlər.

2.5. Heyvanların yetişdirilməsi, çoxaldılması, tədarükü (kəsimi), istifadəsi və dövlət baytarlıq nəzarətində olan məhsulların istehsalı, saxlanması, emalı, daşınması, satışı və istifadəsi ilə bir başa məşğul olan şəxslər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş qaydaya əsasən tibbi müayinədən keçməlidirlər.

2.6. Sanitar epidemioloji xidmətin işçiləri baytar işçiləri ilə birlikdə heyvandarlıqla və heyvandarlıq məhsullarının istehsalı, emalı, tədarükü və s. ilə məşğul olan işçilər tərəfindən sanitar-gigiyena qaydalarına əməl edilməsinə ciddi nəzarət etməli, yoluxucu xəstəliklərə tutulmuş şəxslərin orada işləmələrinin qarşısını almalıdırlar.

2.7. Heyvan və heyvan mənşəli məhsulların istehsalı, emalı, tədarükü, saxlanması, istifadəsi ilə məşğul olan işçilərinin öz sağlamlığını qorumaq məqsədilə sanitar və xüsusi geyimləri olmalı, iş vaxtında onlar həmin geyim formalarında işləməli və həmin geyimlər vaxtaşırı yuyulub dezinfeksiya edilməlidir.

2.8. Sanitar-epidemioloji və baytarlıq xidməti işçiləri mütəmadi olaraq heyvandarlıq işçiləri arasında təhlükəli xəstəliklər barədə maarifləndirici iş aparmalıdırlar.

 

03.02.2017
887

Nəşrlər

  • 09(271) 22 iyun 2017-ci il

  • 07-08(269-270) 25 may 2017-ci il

  • 05-06(267-268) 27 aprel 2017-ci il

  • 03-04(265-266) 28 mart 2017-ci il

Bannerlər