Baytarlıq preparatlarının dövriyyəsinə dair vahid statistika hesabatı forması və təqdim edilməsi QAYDASI

A+
A
A-

Azərbaycan Respublikası

 

Nazirlər Kabinetinin

 

2007-ci il 30 yanvar tarixli

 

19 nömrəli qərarı ilə

 

təsdiq edilmişdir

 

Baytarlıq preparatlarının dövriyyəsinə dair vahid statistika hesabatı forması və təqdim edilməsi

 

Q A Y D A S I

 

 

 

1. Bu Qayda «Baytarlıq haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 saylı Fərmanının 1.58-ci maddəsinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və baytarlıq preparatlarının dövriyyəsinə dair vahid statistika hesabatı formasının tərtibi və təqdim edilməsi qaydasını müəyyən edir.

2. Baytarlıq preparatlarının istehsalı aprobasiyası, daşınması, saxlanması, idxalı, ixracı, satışı və istifadəsi ilə məşğul olan fiziki və hüquqi şəxslər baytarlıq preparatlarının dövriyyəsinə dair hesabatı bu Qaydanın Əlavəsində göstərilmiş formaya uyğun olaraq hər il rübdə bir dəfə hazırlayaraq hesabat dövründən sonrakı ayın 5-nə qədər Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinə (bundan sonra - Dövlət Baytarlıq Xidməti) təqdim edirlər.

 

3. Dövlət Baytarlıq Xidməti bu Qaydanın 2-ci bəndində göstərilən hesabatları təhlil edərək, onları icmal şəklində hər il rübdə bir dəfə, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə təqdim edir.

 

03.02.2017
884

Nəşrlər

  • 12(274) 15 avqust 2017-ci il

  • 10-11(272-273) 19 iyul 2017-ci il

  • 09(271) 22 iyun 2017-ci il

  • 07-08(269-270) 25 may 2017-ci il

Bannerlər