ADAU-NUN TƏLƏBƏLƏRİ GÖYGÖLDƏ TƏDRİS TƏCRÜBƏSİNDƏ OLUBLAR

A+
A
A-

 

 

Azərbaycan Dövlət Aqrar Universitetinin baytarlıq ixtisası üzrə təhsil alan 3-cü kurs tələbələri Göygöl Rayon Baytarlıq İdarəsində tədris təcrübəsində olublar. Təcrübə çərçivəsində tələbələrə əvvəlcə idarənin strukturu, iş fəaliyyəti, görülən işlər, dövlət vəsaiti hesabına aparılan profilaktiki peyvəndlərmələr, diaqnostik müayinələr, eyni zamanda heyvan sahiblərinin öz vəsaiti hesabına aparılan baytarlıq tədbirləri haqqında ətraflı məlumatlar verilib. Həmçinin gələcəyin baytar həkimlərinə idarənin soyuducu kamerasında vaksinlərin «soyuq zəncir” rejiminə uyğun saxlanması, daşınması və istifadəsi, eləcə də baytarlıq tədbirlərinin aparılmasında istifadə edilən xüsusi geyim vasitələri, baytarlıq alətləri və ləvazimatları barədə məlumat verilib.

İdarənin əməkdaşları tərəfindən tələbələr texniki təhlükəsizlik qaydaları barədə məlumatlandırılıb və xüsusi geyim vasitələri ilə təmin olunduqdan sonra rayon ərazisində müxtəlif təsərrüfatlarda peyvəndləmə tədbirlərinin aparılması ilə əyani şəkildə tanış olublar.

Təsərrüfatlarda aparılan profilaktik tədbirlərlə əlaqədar tələbələri maraqlandıran suallar idarənin baytar mütəxəssisləri tərəfindən ətraflı cavablandırılıb. Tələbələr təcrübədən məmnun olduqlarını bildiriblər.

04.02.2019
49

Nəşrlər

  • 01(299) 29 yanvar 2019-cu il

  • 18(298) 20 dekabr 2018-ci il

  • 17(297) 14 noyabr 2018-ci il

  • 15-16(295-296) 24 oktyabr 2018-ci il

Bannerlər