İstifadəçinin təlimatı

A+
A
A-

HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA DÖVLƏT BAYTARLIQ NƏZARƏTİ XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK İNZİBATİ REQLAMENTLƏ TANIŞ OLUN:

 

 

 

                                                                                                                                                                                                        "Təsdiq edirəm"

 

Azərbaycan Respublikasının

kənd təsərrüfatı naziri

 

____________      İsmət Abasov

 

“___”_______________2012 -ci il

 

 

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti tərəfindən dövlət baytarlıq nəzarətində olan yüklərin idxal-ixracı zamanı icazənin verilməsi üçün inzibati reqlament

 

 

1. Ümumi müddəalar

 

1.1. Elektron xidmətin adı: Dövlət baytarlıq nəzarətində olan yüklərin idxal–ixracı zamanı icazənin verilməsi.

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət ölkədə dövlət baytarlıq nəzarətində olan yüklərin(diri heyvan, baytarlıq preparatlarının, yem və yem əlavələrinin) idxal–ixracı zamanı icazənin verilməsi üçün aidiyyəti üzrə informasiya sistemlərinin formalaşdırılması və yaradılmasını, eləcə də qeyd olunan sahələr üzrə hüquqi və fiziki şəxslərin fəaliyyətlərinin hüquqi əsasının yaradılmasını əhatə edir.

 

 1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

31 may 2005-ci il tarixli 922-IIQ nömrəli “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanunu;

“Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə” 22 noyabr 2005-ci il tarixli 316 nömrəli Fərmanı; 

“Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə “Azərbaycan Respublikasının 2008-ci il 1 aprel tarixli 584-III QD nömrəli Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” 6 avqust 2008-ci il tarixli 811 nömrəli Fərmanı;

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 21 aprel tarixli 66 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət baytarlıq nəzarətində olan məhsulların, o cümlədən idxal və ixrac edilən yüklərə dövlət baytarlıq nəzarətinin təşkili, idxal-ixrac edilən heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq(baytarlıq-sanitariya) vəziyyətinin yoxlanılması və müvafiq baytarlıq sənədinin verilməsi, dövlət baytarlıq nəzarətində olan yüklərin Azərbaycan Respublikasına gətirilməsi və ölkə daxilində daşınması Qaydaları”,

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 16 aprel tarixli 66 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında baytarlıq preparatlarının aprobasiyası, ekspertizası, sınaqdan keçirilməsi, dövlət qeydiyyatına alınması və dövlət reyestrinin aparılması, istehsalı, idxalı, saxlanması, daşınması, satışı və istifadəsi, habelə yeni baytarlıq preparatlarının, avadanlıqlarının və yem əlavələrinin istehsalı və tətbiqinə dair normativ-texniki sənədlərin tətbiq edilməsi, onların keyfiyyətinə nəzarət edilməsi və aprobasiyasına dair rəy verilməsi Qaydaları”.

 

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti.

 

1.5. Elektron xidmətin digər icraçıları: Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi.

                       

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Bu sahədə göstərilən elektron xidmət qismən avtomatlaşdırılmışdır.

 

1.7. Elektron xidmətin icra müddəti: Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş “Dövlət baytarlıq nəzarətində olan məhsulların, o cümlədən idxal və ixrac edilən yüklərə dövlət baytarlıq nəzarətinin təşkili, idxal-ixrac edilən heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq(baytarlıq-sanitariya) vəziyyətinin yoxlanılması və müvafiq baytarlıq sənədinin verilməsi, dövlət baytarlıq nəzarətində olan yüklərin Azərbaycan Respublikasına gətirilməsi və ölkə daxilində daşınması Qaydaları” və “Azərbaycan Respublikasında baytarlıq preparatlarının aprobasiyası, ekspertizası, sınaqdan keçirilməsi, dövlət qeydiyyatına alınması və dövlət reyestrinin aparılması, istehsalı, idxalı, saxlanması, daşınması, satışı və istifadəsi, habelə yeni baytarlıq preparatlarının, avadanlıqlarının və yem əlavələrinin istehsalı və tətbiqinə dair normativ-texniki sənədlərin tətbiq edilməsi, onların keyfiyyətinə nəzarət edilməsi və aprobasiyasına dair rəy verilməsi Qaydaları”na əsasən  müraciət qeydə alındığı gündən başlayaraq 3 iş günü müddətində icra olunur.

 

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Dövlət baytarlıq nəzarətində olan yükləri aidiyyəti üzrə mövcud qanunvericiliyə uyğun olaraq müvafiq qərar qəbul edilməsi.

 

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

 

2.1. Elektron xidmətin növü:  informativ.

 

2.2. Elektron xidmət üzrə ödəniş: ödənişsiz.

 

2.3. Elektron xidmətin istifadəçiləri: Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi və ya  fiziki şəxslər, dövlət orqanları və digər aidiyyəti qurumlar.

 

2.4. Elektron xidmətin təqdim olunma yeri:

Bu sahədə elektron xidmət aşağıdakı internet ünvanları vasitəsilə təqdim edilir:

http://www.agro.gov.az/,    http://www.ehdis.az/,    http://www.vet.gov.az/

 

 2.5. Elektron xidmət barədə məlumatlandırma:

http://www.agro.gov.az/,    http://www.vet.gov.az/

email: agro@azerin.com

email: sector-umu@vet.gov.az

tel: 012 562-66-32

tel: 012 563-18-76

tel: 012 563-50-06

tel: 012498-64-49

fax: 012562-66-06

 

 

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

                       

             Dövlət baytarlıq nəzarətində olan yüklərin idxal–ixracı zamanı icazənin verilməsi üçün aşağıdakı sənədlər tələb olunur:

           

a)Dövlət baytarlıq nəzarətində olan yüklərin idxal edildiyi ölkənin epizootik vəziyyəti sabit olarsa (Beynəlxalq Epizootik Büronun məlumatları əsas götürülür), idxal zamanı hüquqi və fizik şəxslərdən aşağıdakı səndlər tələb olunur:

           

      1) Hüquqi və fizik şəxsin yazılı ərizəsi və ya müraciəti;  

      2) Müqavilə;

      3) Yük ixrac edən ölkənin baytarlıq sertifikatı, mənşə sertifikatı, keyfiyyət vəsiqəsi.

 

Qeyd:  -  Diri heyvan idxalı zamanı keyfiyyət vəsiqəsi tələb olunmur,

          - Baytarlıq preparatları, yem və yem əlavələrinin idxalı zamanı onların respublikada   

           qeydiyyatdan keçməsi barədə qeydiyyat vəsiqəsi tələb olunur,

   - İdxal üçün növbəti sənəd təqdim olunduqda əvvəlcədən gətirilən məhsula Respublika   

             Baytarlıq Laboratoriyasının ekspertizası təqdim olunmalıdır.

 

 b)İxrac zamanı hüquqi və fizik şəxslərdən aşağıdakı səndlər tələb olunur:

 

    1) Hüquqi və fizik şəxsin yazılı ərizəsi və ya müraciəti; 

    2) Müqavilə;

    3) Mənşə sertifikatı;

    4) Respublika Baytarlıq Laboratoriyasının ekspertizası;

    5) Rayon, şəhər baytarlıq idarələri tərəfindən verilən baytarlıq sertifikatı;

    6) Rayon, şəhər baytarlıq idarələrinin Dövlət Baytarlıq Xidmətinə müraciəti.

           

 

 

            Ərizə forması xidmətin internet ünvanından (http://www.vet.gov.az/) yüklənərək doldurulur və müraciət edən tərəfindən imza ilə (hüquqi şəxs olduqda imza və möhürlə) təsdiq edildikdən sonra digər sənədlərlə birlikdə poçt vasitəsi ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinə təqdim olunur.

 

 

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

 

 

3.1. İnformativ növlü elektron xidmətlər istifadəçilər üçün daim açıqdır və müraciət edilməsi hər hansı qaydada məhdudlaşdırıla bilməz.

 

3.2. İnteraktiv elektron xidmətlər üçün sorğu:

 

Sorğu internet ünvanının (yeri göstərilməklə) xüsusi bölməsində  yaradılmış və real vaxt rejimində “Ərizə” formasının doldurulması ilə formalaşır. Doldurulmuş ərizə və digər tələb olunan sənədlərin skan edilmiş surətləri elektron formada qəbul edilir və bu barədə göndərən şəxsə təsdiqetmə bildirişi göndərilir.

 

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

İcazəni almaq üçün təqdim edilən sənədlər Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti tərəfindən qəbul edilir. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə bu barədə ərizəçiyə yazılı məlumat verilir. Çatışmazlıqlar aradan qaldırıldıqdan və təkrar təqdim edildikdən sonra sənədlərə baxılır və müvafiq qərar qəbul edilir.

 

           

3.4. Sorğunun icrası:

 

         İcazənin verilməsi haqqında:

 

İcazənin verilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinin http://www.agro.gov.az/ internet saytının ana səhifəsində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin http://www.vet.gov.az/ internet saytına keçid (keçid linki) yaradılmalıdır.

Keçid (keçid linki) vasitəsilə müraciət və təqdim edilən sənədlər Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti tərəfindən qəbul edilərək xüsusi kitabda qeydə alınır və aidiyyəti sektora təqdim edilir. Aidiyyəti sektorda sənədlərə baxılır, çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə üç gündən gec olmayaraq bu barədə yazılı məlumat verilir. Çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda isə üç gün ərzində baytarlıq nəzarətində olan yükün idxal-ixracına icazə verilir. 

Dövlət Baytarlıq Xidməti tərəfindən icazə müvafiq qaydada hazırlanır və imzalandıqdan sonra aidiyyəti sektor tərəfindən xüsusi kitabda qeydiyyata alınır, telefon və ya elektron poçt vasitəsilə ərizəçiyə məlumat verilir.

 

 

 

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

           

Aparılan xidmətin yerinə yetirilməsinə nəzarət Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Dövlət Baytarlıq Xidmətinin aidiyyəti sektorları tərəfindən əlaqəli həyata keçirilir. İşin  görülməsi ilə bağlı yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi üçün müvafiq əlaqə vasitələrindən istifadə oluna bilər.

 

 

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

 

İcazəni verən dövlət orqanının vəzifəli şəxslərinin hərəkətlərindən və onların qəbul etdiyi qərardan narazılıq və digər mübahisələr Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq, o cümlədən məhkəmə qaydasında həll edilir.

 

 

 

Təqdim olunan məlumatların həqiqiliyini təsdiq edirik. 

 

 

 

           

 

 

___________________                         Rüstəmova Sialə   

      Rəis                                             rəhbərin soyadı, adı

 

 

"_____" ____________ 2012- ci il

 

15.01.2015
1030

Nəşrlər

  • 18(280) 21 dekabr 2017-ci il

  • 16-17(278-279) 08 noyabr 2017-ci il

  • 15(277) 17 oktyabr 2017-ci il

  • 13-14(275-276) 07 sentyabr 2017-ci il

Bannerlər