Özəl baytarlıq təbabəti müəssisələri tərəfindən baytarlıq tədbirlərinin yerinə yetirilməsi barədə uçotun aparılması, onların xidmət etdiyi hüquqi və fiziki şəxslərə, dövlət baytarlıq ...

A+
A
A-

Özəl baytarlıq təbabəti müəssisələri tərəfindən baytarlıq tədbirlərinin yerinə yetirilməsi barədə uçotun aparılması, onların xidmət etdiyi hüquqi və fiziki şəxslərə, dövlət baytarlıq orqanlarının yerli bölmələrinə hesabatların təqdim edilməsi QAYDALARI

Azərbaycan Respublikası

Nazirlər Kabinetinin

 

2007-ci il 22 may tarixli

 

80 nömrəli qərarı ilə

 

təsdiq edilmişdir

 

Özəl baytarlıq təbabəti müəssisələri tərəfindənbaytarlıq tədbirlərinin yerinə yetirilməsi barədə uçotunaparılması, onların xidmət etdiyi hüquqi və fiziki

 

şəxslərə, dövlət baytarlıq orqanlarının yerli bölmələrinə hesabatların təqdim edilməsi

 

Q A Y D A L A R I

 

 

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar «Baytarlıq haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2005- ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanının 1.55-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və özəl baytarlıq təbabəti müəssisələri tərəfindən baytarlıq tədbirlərinin yerinə yetirilməsi barədə uçotun aparılması, onların xidmət etdiyi hüquqi və fiziki şəxslərə, dövlət baytarlıq orqanlarının yerli bölmələrinə hesabatların təqdim edilməsi qaydalarını tənzimləyir.

1.2. Özəl baytarlıq təbabəti müəssisələri (bundan sonra müəssisə) Baytarlıq Təbabəti fəaliyyəti ilə məşğul olmaq üçün dövlət baytarlıq orqanının müvafiq ərazi bölməsində uçota durduqdan sonra fəaliyyət göstərir.

 

2. Müəssisə tərəfindən baytarlıq tədbirlərinin yerinə yetirilməsi barədə uçotun aparılması

2.1. Müəssisə baytarlıq və baytarlıq - sanitariya tədbirlərinin təyinatı üzrə qeydiyyatını səhifələri nömrələnmiş, qaytanlanmış və dövlət baytarlıq orqanının rayon (şəhər) dövlət baytarlıq müfəttişlərinin möhürü ilə təsdiqlənmiş xüsusi kitablarda aparır.

2.2. Müəssisədə baytarlıq tədbirlərin aparılması haqqında istifadə olunmuş xüsusi qeydiyyat kitabları 5 il müddətinə, müəssisəyə xidmət edən hüquqi və yaxud fiziki şəxsdə saxlanılır.

2.3. Müəssisə tərəfindən baytarlıq - sanitariya təlbirləri ilə əlaqədar müvafiq sənədlər (aktlar, arayış) tərtib edilir.

 

3. Müəssisə tərəfindən hesabatların təqdim edilməsi

3.1. Müəssisə xidmət etdiyi hüquqi və yaxud fiziki şəxsə obyektin epizootoloji vəziyyəti, dövlət baytarlıq nəzarətində olan yüklərin baytarlıq - sanitariya tələblərinə uyğunluğu haqqında müvafiq hesabatlar verir.

3.2. Müəssisə qanunvericiliklə təsdiq edilmiş dövlət nümunəvi baytarlıq uçot və hesabat formalarına uyğun olaraq hesabat dövründən sonrakı ayın 3-ə qədər dövlət baytarlıq orqanlarının yerli bölmələrinə hesabat təqdim edir.

3.3. Obyektdə yoluxucu xəstəliklər, zəhərlənmə və s. fövqəladə vəziyyətlər yarandığı hallarda müəssisə obyektin məxsus olduğu hüquqi yaxud fiziki şəxsə və dövlət baytarlıq orqanının yerli bölməsinə arayış formasında məlumatlar verir.

 

03.02.2015
751

Nəşrlər

  • 03-04(265-266) 28 mart 2017-ci il

  • 02(264) 23 fevral 2017-ci il

  • 01(263) 27 yanvar 2017-ci il

  • 12(262) 23 dekabr 2016-cı il

Bannerlər