Azərbaycan Respublikasında dövriyyəyə buraxılan baytarlıq preparatlarına müvafiq sertifikatların verilməsi, markalanması, qablaşdırılması müşayətedici sənədlərində və ya istifadə...

A+
A
A-

Azərbaycan Respublikasında dövriyyəyə buraxılan baytarlıq preparatlarına müvafiq sertifikatların verilməsi, markalanması, qablaşdırılması müşayətedici sənədlərində və ya istifadə təlimatlarında baytarlıq təyinatlı olmasının göstərilməsi QAYDALARI

 

Azərbaycan Respublikası

Nazirlər Kabinetinin

 

2007-ci il 22 may tarixli

 

80 nömrəli qərarı ilə

 

təsdiq edilmişdir

 

Azərbaycan Respublikasında dövriyyəyə buraxılan baytarlıq preparatlarına müvafiq sertifikatların verilməsi, markalanması, qablaşdırılması müşayətedici sənədlərində vəya istifadə təlimatlarında baytarlıq təyinatlı olmasının göstərilməsi

 

QAYDALARI

 

 

1. Ümumi müddəalar

Bu Qaydalar «Baytarlıq haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanının 1.59-cu bəndinin icrasını təmin etmək məqsədilə hazırlanaraq Azərbaycan Respublikasında dövriyyəyə buraxılan baytarlıq preparatlarına müvafiq sertifikatların verilməsi, markalanması, qablaşdırılması müşayətedici sənədlərində və ya istifadə təlimatlarında baytarlıq təyinatlı olmasının göstərilməsi istiqamətlərini müəyyən edir.

 

2. Preparatların qablaşdırılması

2.1. Preparatların qablaşdırılması preparata aid normativ texniki sənədlərin tələblərinə uyğun olaraq yerinə yetirilir.

2.2. Preparat qablaşdırılacaq taralar preparatın keyfiyyətinə mənfi təsir göstərməməli və onun stabilliyini təmin etməlidir.

2.3. İşıq təsirindən qorunmalı olan və şüşə taralara qablaşdırılacaq preparatlar narıncı və ya qonur rəngli butulka, banka, flakon və ya ampulalara qablaşdırılmalıdır.

2.4. Nəmlikdən qorunmalı olan preparatlar nəm keçirməyən taralara qablaşdırılmalı və hermetik bağlanmalıdır.

2.5. Şüşə qablara doldurulmuş preparatlar nəqliyyat taralarına (yeşik və qutulara) yığılarkən şüşələrin sınmaması üçün onlar tərpənməz şəkildə və zərbələrdən qorunmaq üçün liqninə və s. yumşaq materiala bükülərək yerləşdirilməlidir.

 

3. Preparatların markalanması

3.1. Preparat doldurulmuş qabların üzərində preparata aid normativ texniki sənədlərin tələblərinə müvafiq olaraq markalanma (nişanlanma) aparılır (iç markirovka).

3.2. Preparat doldurulmuş qablar üzərində markalanma etiketka yapışdırmaq, basmaqəlib üsulu və ya tara üzərində çap üsulu ilə yerinə yetirilir.

3.3. Preparat doldurulmuş qab üzərində aparılmış markalanmada (nişanlanmada) aşağıdakı məlumatlar verilməlidir:

istehsalçı müəssisənin adı;

preparatın adı və miqdarı;

hazırlandığı vaxt;

seriya (partiya) №-si;

yararlıq müddəti;

saxlanma şəraiti;

baytarlıq təyinatlı olması.

 

4. Baytarlıq preparatlarının sertifikatlaşdırılması

4.1. İstehsalçı müəssisədə istehsal olunan baytarlıq preparatlarının hər bir seriyası müəssisənin keyfiyyətə nəzarət xidməti tərəfindən normativ texniki sənədlərin tələblərinə müvafiq olaraq sınaqdan keçirilməlidir.

4.2. Sınağın keçirilməsi üzrə aparılan laborator analizlərin nəticələri səhifələri nömrələnmiş, qaytanlanmış, möhür və imza ilə təsdiqlənmiş xüsusi jurnalda qeyd edilir.

4.3. Sınaqdan keçirilmiş (keyfiyyət göstəricilərinə görə yoxlanmış) baytarlıq preparatlarının bütün göstəriciləri texniki tələblərə cavab verdiyi halda preparatın həmin seriyasına aid keyfiyyət sertifikatı verilir.

4.4. Keyfiyyət sertifikatında preparatın adı, NTS-in adı və işarəsi, hazırlandığı vaxt, seriya nömrəsi, texniki tələblərin (keyfiyyət göstəricilərinin) adları, onlara aid norma və hüdudlar, sınağın faktiki nəticələri göstərilməlidir. Sertifikatın nəticə rəyində preparatın öz təyinatı üzrə istifadəyə yararlı olması göstərilməlidir.

4.5. Xaricdən idxal edilən baytarlıq preparatları keyfiyyət sertifikatı (analiz sertifikatı), mənşə sertifikatı və s. müşayiətedici sənədlərlə təmin edilməli və onların nümunələri nəzarət üçün Azərbaycan Dövlət Baytarlıq Preparatlarına Elmi Nəzarət İnstitutuna (bundan sonra institut) göndərilməlidir.

4.6. İdxal edilən baytarlıq preparatlarının hər seriyasından iki qablama nümunə keyfiyyət sertifikatı və s. müşayiətedici sənədlərlə birlikdə nümunə göndərmə qaydalarına riayət etməklə instituta göndərilir.

4.7. Baytarlıq preparatları AZS Milli sertifikatlaşdırma sisteminə uyğun olaraq sertifikatlaşdırıldıqdan sonra onların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə icazə verilir.

 

5. Preparatın baytarlıq təyinatlı olmasının göstərilməsi

5.1. Preparatın baytarlıq təyinatlı olması preparat qablaşdırılmış qabın üzərindəki markalanmada «baytarlıqda tətbiq edilmək üçün» və ya «baytarlıq üçün» sözləri yazılmaqla göstərilir.

5.2. Preparatın baytarlıq təyinatlı olması mal müşayiətedici sənədlərdə və preparatın istifadə təlimatlarında, məlumat vərəqələrində preparatın adından qabaq «baytarlıq preraratı» sözü yazılmaqla göstərilir.

 

03.02.2017
888

Nəşrlər

  • 12(274) 15 avqust 2017-ci il

  • 10-11(272-273) 19 iyul 2017-ci il

  • 09(271) 22 iyun 2017-ci il

  • 07-08(269-270) 25 may 2017-ci il

Bannerlər