HEYVANLARIN FASSİOLYOZUNA QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİNƏ DAİR TÖVSİYƏ

A+
A
A-

 

 

Heyvanlar arasında baş verən parazitar xəstəliklərdən biri də fassilyozdur. Fassiolyoz xəstəliyi heyvanların qaraciyərində parazitlik edən sorucu qurdlar-fassiolalar törədir. El arasında bu xəstəliyə qaraciyər qurdu, bəzən kəpənək xəstəliyi də deyirlər.

Bu xəstəlik respublikanın bütün zonalarında aran və dağətəyi ərazilərində yayaılıb.

Qeyd edək ki, fassiolyoz iti və xroniki formada getməklə heyvanın tələfatına gətirib çıxarır.

Fassiolyoz Azərbaycanda qaramal, camış, zebu, qoyun, keçilər arasında geniş yayılmış başlıca helmintozdur.

Heyvanlarda əsasən xəstəliyi nəhəng fassiolanın cavan formaları törədirlər. Qoyunlarda iti formali fassiolyozun kliniki əlamətləri adətən yoluxmanın 60-90-cı günlərində daha aydın görünür. Xəstə heyvan qısa müddətdə halsızlaşır, yemdən qalır, selikli qişaları solğunlaşır, bədən hərarəti 1-1,5 0C artır, heyvan tez-tez su içir, qarın nahiyəsi həcmcə böyüyür. Qarın boşluğuna qanlı maye toplandığına görə nəfəsalma çətinləşir, təngnəfəslik baş verir. Ona görə də heyvan qabaq ayaqlarını aralı qoymaqla döş nahiyəsini yuxarı tutmağa çalışır. Bəzi hallarda heç bir kliniki əlamət görünmədən qaraciyərin zədələnməsi və qanaxmadan xəstə heyvanlar qəflətən ölür.

Otlaqda yoluxmanın qarşısını almaq məqsədilə heyvanlar şirin su ilbizləri yaşadığı su arxları, axmazlar ətrafında, bataqlıq sahələrdə otarılmamalıdır. İlbizlərin miqdarını azaltmaq üçün bataqlıq sahələri, şirin suyu olan axmazlar qurudulmalı, lazımsız su arxları ləğv edilməli, suvarma kanallarından suyun sızmasının, artezian quyularından suyun örüşlərə başlı-başına (səmərəsiz) buraxılmasının qarşısı alınmalıdır.

Qeyri-sağlam təsərrüfatlarda profilaktiki dərmanlama aşağıdakı vaxtlarda aparılmalıdır:

a)qaramal, camış və zebular ildə iki dəfə mart-apreldə və oktyabr noyabrda; kökəltməyə qoyulmuş 6 aylıqdan yuxarı mallar (yalnız yoluxmuş qrupda) bir dəfə, heyvanları kökəltməyə qoyan kimi dehelmintizasiya edilməlidir;

b)yaylaq qışlaqlardan istifadə edən köçəri qoyunçuluq təsərrüfatlarında heyvanlar ildə iki dəfə mart-aprel və oktyabr-noyabrda dərmanlanmalıdır;

Qoyunları yaylaqda köçürülməyən və daimi fassiolyoza görə qeyri-sağlam qışlaqlarda saxlanılan təsərrüfatlarda ildə 2-3 dəfə 1-1,5 ay fasilə ilə sentyabr-noyabr-yanvarda dərmanlamalar aparılmalıdır. Fassiolyoza qarşı profilaktiki dehelmitizasiyaların konkret aparılması vaxtları hər bir bölgədə xəstəliyin epizootoloji situasiyası nəzərə alınmaqla rayonun, təsərrüfatın baytar həkimləri tərəfindən dəqiqləşdirilə bilər.

Heyvanlarda fassilyoz xəstəliyinə qarşı müalicə-profilaktika işləri heyvan sahibinin hesabına aparılır.

Dövlət Baytarlıq Xidməti bildirir ki, fassiolyoza qarşı təklif olunan preparatlar hər bir preparatın təlimatına uyğun baytar həkiminin təyinatı, tövsiyəsi və iştirakı ilə aparılmalıdır!

02.04.2019
186

Nəşrlər

  • 10-11(305) 30 iyul 2019-cu il

  • 09(304) 19 iyun 2019-cu il

  • 07-08(303) 22 may 2019-cu il

  • 05-06(302) 24 aprel 2019-cu il

Bannerlər