HEYVAN DÜŞƏRGƏLƏRİNDƏ SƏYYAR BAYTARLIQ XIDMƏTİ TƏŞKİL EDİLİB

A+
A
A-

 

 

 

Mayın 22-də Siyəzən rayonunda Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti tərəfindən heyvanların yaylaqlara aparılması ilə əlaqədar heyvan düşərgələrində “səyyar baytarlıq xidməti” təşkil edilib. “Səyyar baytarlıq xidməti” göstərmək üçün ilkin olaraq çadır qurulub. Respublikamızda ilk dəfə yaylaq yolu üzərində qurulan “səyyar baytarlıq xidməti”nin çadırı lazımı baytarlıq preparatları, vaksinlər, müalicəvi dərman və dezinfeksiya vasitələri ilə təmin olunub.

Siyəzən rayonunun Sədan bələdiyyəsinin ərazisində yerləşən heyvan düşərgəsində təşkil olunan “səyyar baytarlıq xidməti”-nə Dövlət Baytarlıq Xidmətinin və Siyəzən Rayon Baytarlıq İdarəsinin baytar həkimləri cəlb olunub. Həkimlər düşərgədə olan heyvan sürülərinin sağlamlıq durumları ilə maraqlanıb və heyvanları yerindəcə baytarlıq baxışından keçiriblər. Tədbir keçirilən gündə Hacıqabul rayonunda yerləşən qışlaqlardan Quba rayonundakı yaylaqlara qalxan 3 qoyun sürüsü baytarlıq baxışından keçirilib. Heyvan sürülərinin sağlamlıq durumunun normal olması müəyyən edilib. Eləcə də burada heyvan sahibləri arasında maariflənmə və təlim işləri də aparılıb. Dövlət vəsaiti hesabına alınan baytarlıq preparatlarının istifadəsində şəffaflığın təmin edilməsi məqsədilə üzərində “Satıla bilməz” yazılmış biopreparatların və dərman maddələrinin heyvanlara təmənnasız tətbiq edilməsi, baytarlıq preparatları və vaksinlərin istifadəsi zamanı təhlükəsizlik qaydalarına əməl olunması barədə ətraflı söhbətlər aparılıb. Həmçinin keçirilən görüş və təlimlər çərçivəsində həm iti yoluxucu, həm də yoluxmayan xəstəliklər barədə təsərrüfat sahibləri məlumatlandırılıb, onlara xəstəliklər barədə bukletlər və bildirişlər təqdim edilməklə təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması, sürünün vəhşi heyvaların hücumundan qorunması ilə əlaqədar  tövsiyələr verilib. Mövsümi xəstəliklərə, o cümlədən qan parazitləri, helmintozlar və dəri üstü parazitlərə qarşı heyvan sahibinin hesabına aparılacaq tədbirlər barədə məsləhətlər, həmçinin risklər (xəstəliklərin yaranma, ötürülmə, yoluxma, idarə olunma, azaldılma və qarşısının alınması) barədə ətraflı məlumatlar verilib. Eləcə də heyvan sahiblərinə və çobanlara təsərrüfatlarda heç bir problem yaranmaması üçün baytar həkimlərlə daim əlaqəli fəaliyyət göstərmələri tövsiyə edilib.  

Heyvan sürülərı “Səyyar baytarlıq xidməti”nin baxışından keçirildikdən sonra  yaylaqlara yola salınıb.

Dövlət Baytarlıq Xidməti bildirir ki, hazırda ölkədə epizootiya əleyhinə tədbirlər davam etdirilir və epizootik vəziyyət sabitdir.  

23.05.2019
75

Nəşrlər

  • 09(304) 19 iyun 2019-cu il

  • 07-08(303) 22 may 2019-cu il

  • 05-06(302) 24 aprel 2019-cu il

  • 04(301) 28 mart 2019-cu il

Bannerlər