Hacıqabul rayonunda fermerlərin təlimi və xəstəliklərə qarşı aparılan profilaktik...

A+
A
A-

 

 

Hacıqabul rayonunda fermerlərin təlimi xəstəliklərə qarşı aparılan profilaktik tədbirlər davam etdirilir

 

 

 

Yanvar ayının ilk günlərindən başlayaraq Hacıqabul rayonunda heyvanlar arasında profilaktik peyvəndləmə və diaqnostik müayinə tədbirləri aparılır. Rayonda aparılan epizootik tədbirlərlə yanaşı, heyvan sahibləri arasında maariflənmə və təlim işləridə həyata keçirilir. Bu zaman baytarlıq preparatlarının istifadəsində şəffaflığın təmin edilməsi məqsədilə üzərində  “Satıla bilməz” yazılmış biopreparatların və dərman maddələrinin heyvanlara təmənnasız tətbiq edilməsi, baytarlıq preparatları və vaksinlərin istifadəsi zamanı təhlükəsizlik qaydalarına əməl olunması, eləcə də sahibkarlar tərəfindən özbaşına-baytar həkiminin iştirakı olmadan heyvanlara dərman preparatlarının verilməsi və gənələrə qarşı çimizdirilmə aparılan zaman təlimatın gözlənilməməsi, heyvanların yem rasionuna düzgün əməl edilməməsi və digər mühüm amillərin nəticəsində yaranan fəsadlar barədə ətraflı söhbətlər edilir. Həmçinin keçirilən görüş və təlimlər çərçivəsində həm iti yoluxucu, həmdə yoluxmayan xəstəliklər barədə təsərrüfat sahibləri məlumatlandırılır, onlara xəstəliklər barədə bukletlər və bildirişlər təqdim edilməklə təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir. Mövsümi xəstəliklərə, o cümlədən qan parazitləri, helmintozlar və dəri üstü parazitlərə qarşı heyvan sahibinin hesabına aparılacaq tədbirlər barədə məsləhətlər, həmçinin risklər (xəstəliklərin yaranma, ötürülmə, yoluxma, idarə olunma, azaldılma və qarşısının alınması) və yeni yanaşmalar barədə ətraflı məlumatlar verilir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət  Baytarlıq  Xidməti bildirir ki, Hacıqabul rayonunda "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik peyvəndləmə, diaqnostik müayinə, dezinfeksiya və digər tədbirlər davam etdirilir. Tədbirlər Hacıqabul rayon Baytarlıq İdarəsi tərəfindən aparılır.

İdarə rayonda saxlanılan 39242 min baş iribuynuzlu, 137706 min baş xırdabuynuzlu, 1012 baş təkdırnaqlı heyvan, 12 baş dəvə, 1120baş arı ailəsi və 685060 baş quşa baytarlıq xidməti göstərir.

Həmçinin cari ilin müvafiq dövrü ərzində Hacıqabul rayonunda 38687 baş iribuynuzlu, 18352 baş xırdabuynuzlu, 600 baş təkdırnaqlı heyvan və 12 baş dəvələrdə qarayara, 1000 baş sahibli itdə quduzluq, 4565 baş iribuynuzlu, 12790 baş xırdabuynuzlu heyvanda leptospiroz xəstəliklərinə qarşı peyvənd aparılıb. Eləcə də bu dövr ərzində  220580 baş (“H” ştammı ilə) quş və 600500 baş cücədə (“La-Sota” ştammı ilə) nyukasl, 8083 baş xırdabuynuzlu, 2186 baş iribuynuzlu heyvanlarda bruselyoz xəstəliklərinə  qarşı peyvəndləmə tədbirləri yerinə yetirilib.

Hacıqabul rayonu ərazisində saxlanılan iri və xırdabuynuzlu heyvanlar arasında həm də dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbiri icra edilir. Artıq 38635 baş iribuynuzlu və 109891 baş xırdabuynuzlu heyvanda dabaq xəstəliyinə qarşı peyvəndləmə aparılıb.

Mart ayının ilk günlərindən isə Hacıqabul Rayon Baytarlıq İdarəsi tərəfindən iribuynuzlu heyvanların iti yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Artıq 37471 baş iribuynuzlu heyvanda nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə işi aparılıb. Bu müddətdə həm də 12018 kvadrat metr sahədə profilaktik dezinfeksiya işləri aparılıb. Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir.

Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini vaxtında aşkar etmək məqsədilə  2148 baş iribuynuzlu heyvandan qan alınaraq seroloji müayinə edilib, eləcədə vərəmə qarşı  2144 baş iribuynuzlu heyvanda diaqnostik müayinə aparılıb. Eyni zamanda ilin əvvəlindən indiyə kimi rayon baytarlıq idarəsi 3500 baş xırdabuynuzlu heyvanlarda ektoparazitlərə qarşı işləmə həyata keçirib.

Hacıqabul rayonu ərazisində saxlanılan heyvanlarda bundan sonrada peyvəndləmə tədbirləri davam etdiriləcək. Belə ki, iyun ayının sonuna kimi rayonda saxlanılan heyvanlar arasında nodulyar dermatit, xırdabuynuzlu heyvanlarda dabaq, çiçək, quşlar arasında nyukasl və digər xəstəliklərə qarşı profilaktiki peyvəndləmə tədbirlərinin başa çatdırılması nəzərdə tutulub.

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

 

29.05.2019
50

Nəşrlər

  • 09(304) 19 iyun 2019-cu il

  • 07-08(303) 22 may 2019-cu il

  • 05-06(302) 24 aprel 2019-cu il

  • 04(301) 28 mart 2019-cu il

Bannerlər