Fermerlərə heyvanların xəstəliklərinin profilaktikası və mübarizə tədbirlərinə dair...

A+
A
A-

 

 

Fermerlərə heyvanların xəstəliklərinin profilaktikası və mübarizə tədbirlərinə dair təlimlər keçirilib

 

Mayın 29-da Göygöl, İmişli, Sabirabad, Masallı və Qobustan rayonlarında heyvandarlıq sahəsində fəaliyyət göstərən bir qrup sahibkara “İribuynuzlun heyvanlarda qan-parazitar xəstəliklərinin profilaktikası və mübarizə tədbirləri”, “Xırdabuynuzlu heyvanlarda qurd və bruselyoz xəstəliklərinin profilaktikası və mübarizə tədbirləri” və “Xırdabuynuzlu heyvanlarda dabaq və qarayara xəstəliklərinin profilaktikası və mübarizə tədbirləri” mövzularında təlimlər keçirilib. Təlimlər Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Göygöl, İmişli, Sabirabad, Masallı və Qobustan rayonlarındakı baytarlıq mütəxəssisləri tərəfindən aparılıb.

Təlimlərdə qan-parazitar, qurd, bruselyoz, dabaq, qarayara xəstəlikləri və bu xəstəliklərin müalicə-profilaktikasında istifadə olunan dərman vasitələrindən danışılıb. Eləcə də xəstəlilərin kliniki nişanələri, yayılma və təhlükəlilik dərəcələri və iqtisadi zərəri barədə ətraflı məlumat verilib.  

Keçirilən təlimlərdə sahibkarlara heyvan sağlamlığı və heyvanlardan insanlara keçə bilən xüsusi təhlükəli xəstəliklər, onların yaranma səbəbləri, profilaktikası və qarşısının alınması yolları, eləcə də xidmətin bu sahədə həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verilib. Keçirilən təlimlərdə baytarlıq preparatlarının istifadəsində şəffaflığın təmin edilməsi məqsədilə üzərində “Satıla bilməz” yazılmış biopreparatların və dərman maddələrinin heyvanlara təmənnasız tətbiq edilməsi, baytarlıq preparatları və vaksinlərin istifadəsi zamanı təhlükəsizlik qaydalarına əməl olunması, eləcə də sahibkarlar tərəfindən özbaşına-baytar həkiminin iştirakı olmadan heyvanlara dərman preparatlarının verilməsi və gənələrə qarşı çimizdirilmə aparılan zaman təlimatın gözlənilməməsi, heyvanların yem rasionuna düzgün əməl edilməməsi və digər mühüm amillərin nəticəsində yaranan fəsadlar barədə ətraflı söhbətlər aparılıb.

Həmçinin xırdabuynuzlu heyvanların bruselyoz, dabaq və qarayara xəstəliklərinin profilaktikasında peyvəndləmənin vacibliyi xüsusi qeyd edilib.

Xəstəliklərə qarşı ölkədə tətbiq olunan vaksinlərin əhəmiyyətindən danışılıb. İri və xırdabuynuzlu heyvanların bəslənib saxlanması ilə məşğul olan fermerlərin qatıldığı təlimlərdə sözügedən xəstəliklərin qarşısının alınması və onların idarə olunması, təsərrüfatlarda rast gəlinən xəstəliklər, bu sahədə fermerlərin görə biləcəyi tədbirlər, baytarlıq-sanitariya qaydaları, xəstəlik törədicilərinə qarşı aparılan mübarizə yollarından danışılıb, eləcə də baytarlıq tədbirləri aparılan zaman zəruri sayılan təhlükəsizlik qaydalarına əməl edilməsi, dezinfeksiya, dezinseksiya işlərinin görülməsi, heyvanların cins tərkibinin yaxşılaşdırılması, yemləmə, bəsləmə qaydaları, profilaktik tədbirlərin vaxtlı-vaxtında icrası, mövsümlə əlaqədar baş verən xəstə­liklər və onlarla mübarizə, təsərrüfatlarda tez-tez rast gəlinən xəstəliklər barədə məlumatlar verilib.

Sonda fermerləri maraqlandıran suallar cavablandırılıb və onların problemlərinin həlli istiqamətində fikir mübadiləsi aparılıb.

30.05.2019
52

Nəşrlər

  • 09(304) 19 iyun 2019-cu il

  • 07-08(303) 22 may 2019-cu il

  • 05-06(302) 24 aprel 2019-cu il

  • 04(301) 28 mart 2019-cu il

Bannerlər