Şamaxı, Ağsu və İsmayıllı rayonlarında heyvandarlıqla məşğul olan fermerlərə heyvan...

A+
A
A-

 

 

Şamaxı, Ağsu və İsmayıllı rayonlarında heyvandarlıqla məşğul olan fermerlərə heyvan xəstəliklərinə dair təlimlər keçirilib

 

 

Mayın 30-da Şamaxı, Ağsu və İsmayıllı rayonlarında heyvandarlıq sahəsində fəaliyyət göstərən bir qrup sahibkara “Xırdabuynuzlu heyvanlarda bruselyoz və qurd xəstəliklərinin profilaktikası və mübarizə tədbirləri” mövzusunda təlimlər keçirilib. Təlimlər Şamaxı, Ağsu və İsmayıllı rayonlarındakı baytarlıq mütəxəssisləri tərəfindən aparılıb.

Təlimlərdə heyvan sağlamlığı və heyvanlardan insanlara keçə bilən xüsusi təhlükəli xəstəliklər, onların yaranma səbəbləri, profilaktikası və qarşısının alınması yolları, eləcə də xidmətin bu sahədə həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verilib.

Təlimlərdə bruselyoz və qurd xəstəliklərinin müalicə-profilaktikasında istifadə olunan dərman vasitələri, həmin xəstəliklərin kliniki nişanələri, yayılma və təhlükəlilik dərəcələri və iqtisadi zərəri barədə ətraflı məlumat verilib. Həmçinin xırdabuynuzlu heyvanların bruselyoz xəstəliyinin profilaktikasında peyvəndləmənin vacibliyi qeyd edilib.

Keçirilən təlimlərdə baytarlıq preparatlarının istifadəsində şəffaflığın təmin edilməsi məqsədilə üzərində “Satıla bilməz” yazılmış biopreparatların və dərman maddələrinin heyvanlara təmənnasız tətbiq edilməsi, baytarlıq preparatları və vaksinlərin istifadəsi zamanı təhlükəsizlik qaydalarına əməl olunması, eləcə də sahibkarlar tərəfindən özbaşına-baytar həkiminin iştirakı olmadan heyvanlara dərman preparatlarının verilməsi və gənələrə qarşı çimizdirilmə aparılan zaman təlimatın gözlənilməməsi, heyvanların yem rasionuna düzgün əməl edilməməsi və digər mühüm amillərin nəticəsində yaranan fəsadlar barədə ətraflı söhbətlər aparılıb.

Təlimlərdə həmçinin, xəstəliklərə qarşı ölkədə tətbiq olunan vaksinlərin əhəmiyyətindən danışılıb. İri və xırdabuynuzlu heyvanların bəslənib saxlanması ilə məşğul olan fermerlərin qatıldığı təlimlərdə sözügedən xəstəliklərin qarşısının alınması və onların idarə olunması, təsərrüfatlarda rast gəlinən xəstəliklər, bu sahədə fermerlərin görə biləcəyi tədbirlər, baytarlıq-sanitariya qaydaları, xəstəlik törədicilərinə qarşı aparılan mübarizə yolları, eləcə də baytarlıq tədbirləri aparılan zaman zəruri sayılan təhlükəsizlik qaydalarına əməl edilməsi, dezinfeksiya, dezinseksiya işlərinin görülməsi, heyvanların cins tərkibinin yaxşılaşdırılması, yemləmə, bəsləmə qaydaları, profilaktik tədbirlərin vaxtlı-vaxtında icrası, mövsümlə əlaqədar baş verən xəstə­liklər və onlarla mübarizə, təsərrüfatlarda tez-tez rast gəlinən xəstəliklər barədə məlumatlar verilib.

Sonda fermerləri maraqlandıran suallar cavablandırılıb və onların problemlərinin həlli istiqamətində fikir mübadiləsi aparılıb.

31.05.2019
55

Nəşrlər

  • 09(304) 19 iyun 2019-cu il

  • 07-08(303) 22 may 2019-cu il

  • 05-06(302) 24 aprel 2019-cu il

  • 04(301) 28 mart 2019-cu il

Bannerlər