Goranboyda fermerlərə qarayara və dabaq xəstəliklərinin profilaktikası və mübarizə tədbirləri mövzusunda təlim keçirilib

A+
A
A-

 

 

 

 

Goranboy rayonunda heyvandarlıq sahəsində fəaliyyət göstərən bir qrup sahibkara “Xırdabuynuzlu heyvanlarda qarayara və dabaq xəstəliklərinin profilaktikası və mübarizə tədbirləri” mövzusunda təlim keçirilib. Təlim həm təsərrüfat, həm də idarə şəraitində icra edilib. Fermerlərin qatıldığı bu təlimi Goranboy Rayon Baytarlıq İdarəsinin rəisi Elsevər Hüseynov aparıb.

İdarə rəisi fermerlərə qarayara və dabaq xəstəliklərinin baş vermə səbəbləri, iqtisadi zərəri, xəstəliklərə qarşı aparılan peyvəndləmə və digər baytarlıq tədbirləri barədə ətraflı məlumat verərək, xəstəliklərin profilaktikasında istifadə olunan vaksinlərin və digər vasitələrin dövlət vəsaiti hesabına alındığını və təsərrüfatlarda saxlanılan heyvanlara təmənnasız (ödəniş aparılmadan) tətbiq edildiyini bildirib.

Təlimdə sahibkarlara məxsus heyvanların xüsusi təhlükəli xəstəliklərə qarşı peyvənd edilməsinin vacibliyi önə çəkilərək bildirilib ki, fermerlər baytarlıq idarəsi və sahə baytarlıq məntəqələri ilə mütəmadi əlaqəli fəaliyyət göstərməlidirlər. Əks halda təsərrüfatlarında problem yarana bilər.

Təlimçi daha sonra heyvan sağlamlığı və heyvanlardan insanlara keçə bilən xüsusi təhlükəli xəstəliklər, onların yaranma səbəbləri, profilaktikası və qarşısının alınması yolları, eləcə də bu sahədə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.

Keçirilən təlimdə baytarlıq preparatları və vaksinlərin istifadəsi zamanı təhlükəsizlik qaydalarına əməl olunması, eləcə də sahibkarlar tərəfindən özbaşına-baytar həkiminin iştirakı olmadan heyvanlara dərman preparatlarının verilməsi və gənələrə qarşı çimizdirilmə aparılan zaman təlimatın gözlənilməməsi, heyvanların yem rasionuna düzgün əməl edilməməsi və digər mühüm amillərin nəticəsində yaranan fəsadlar barədə ətraflı söhbətlər aparıb.

İri və xırdabuynuzlu heyvanların bəslənib saxlanması ilə məşğul olan fermerlərin qatıldığı təlimdə sözügedən xəstəliklərin qarşısının alınması və onların idarə olunması, təsərrüfatlarda rast gəlinən xəstəliklər, bu sahədə fermerlərin görə biləcəyi tədbirlər, baytarlıq-sanitariya qaydaları, xəstəlik törədicilərinə qarşı aparılan mübarizə yolları, eləcə də baytarlıq tədbirləri aparılan zaman zəruri sayılan təhlükəsizlik qaydalarına əməl edilməsi, dezinfeksiya, dezinseksiya işlərinin görülməsi, heyvanların cins tərkibinin yaxşılaşdırılması, yemləmə, bəsləmə qaydaları, profilaktik tədbirlərin vaxtlı-vaxtında icrası, mövsümlə əlaqədar baş verən xəstə­liklər və onlarla mübarizə, təsərrüfatlarda tez-tez rast gəlinən xəstəliklər barədə məlumatlar verilib.

Sonda fermerləri maraqlandıran suallar cavablandırılıb və fikir mübadiləsi aparılıb.

 

01.06.2019
54

Nəşrlər

  • 09(304) 19 iyun 2019-cu il

  • 07-08(303) 22 may 2019-cu il

  • 05-06(302) 24 aprel 2019-cu il

  • 04(301) 28 mart 2019-cu il

Bannerlər