SUMQAYITDA FERMERLƏRİN TƏLİMİ VƏ XƏSTƏLİKLƏRƏ QARŞI APARILAN PROFILAKTİK...

A+
A
A-

 

 

SUMQAYITDA FERMERLƏRİN TƏLİMİ VƏ XƏSTƏLİKLƏRƏ QARŞI APARILAN PROFILAKTİK TƏDBİRLƏR DAVAM ETDİRİLİR

 

Sumqayıt şəhər ərazisində “Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planına” uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktiki peyvəndləmə, diaqnostiki müayinə, dezinfeksiya, dezinseksiya, müalicə tədbirləri və təlim işləri davam etdirilir. Qeyd olunan tədbirlər və təlimlər Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) Sumqayıt Şəhər Baytarlıq İdarəsi tərəfindən aparılır.

Cari ilin müvafiq dövrü ərzində idarə tərəfindən  791 baş iribuynuzlu heyvan, 15 baş qoçda seroloji və 99 baş iribuynuzlu heyvanda vərəm xəstəliyinə qarşı allerjik  müayinələr aparılıb. Şəhər ərazidə saxlanılan 2995 baş iribuynuzlu, 4996 baş xırdabuynuzlu heyvanda və 40 baş atda qarayara, 3400 baş iribuynuzlu heyvanda infeksion nodulyar dermatit, 3245 baş  iribuynuzlu və 4995 baş xırdabuynuzlu heyvanda dabaq xəstəliklərinə qarşı peyvənd aparılıb. Bundan başqa cari ilin müvafiq dövrü ərzində 1378  baş iribuynuzlu heyvanda leptospiroz, 2998  baş xırdabuynuzlu heyvanda çiçək, 11893 baş (“H” ştammı ilə) quş və 50000 baş cücədə (“La-sota“ ştammı ilə) nyukasl, 620 baş itdə quduzluq xəstəliyinə qarşı peyvəndləmə tədbirləri yerinə yetirilib.

İyun ayının ilk günlərindən isə Sumqayıt Şəhər Baytarlıq İdarəsi tərəfindən 1999 baş xırdabuynuzlu heyvanda leptesperioz, 1998 baş xırdabuynuzlu heyvanda çiçək, 6498 baş (“H” ştammı ilə) quş və 7000 baş cücədə (“La-sota“ ştammı ilə) nyukasl, 80 baş itdə quduzluq  xəstəliyinə qarşı peyvəndləmə tədbiri başa çatdırılıb. Ümumiyyətlə, şəhər ərazisi təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir.

Şəhər  ərazisində saxlanılan heyvanlar və quşlar arasında bundan sonra da epizootik tədbirlər planına uyğun profilaktik peyvəndləmə, dezinfeksiya və digər tədbirlərin aparılması nəzərdə tutulub.

Həmçinin şəhər ərazisində aparılan epizootik tədbirlərlə yanaşı, heyvan sahibləri arasında maariflənmə və təlim işləri də həyata keçirilir. Bu zaman baytarlıq preparatlarının istifadəsində şəffaflığın təmin edilməsi məqsədilə üzərində “Satıla bilməz” yazılmış biopreparatların və dərman maddələrinin heyvanlara təmənnasız tətbiq edilməsi, baytarlıq preparatları və vaksinlərin istifadəsi zamanı təhlükəsizlik qaydalarına əməl olunması, eləcə də sahibkarlar tərəfindən özbaşına - baytar həkiminin iştirakı olmadan heyvanlara dərman preparatlarının verilməsi və gənələrə qarşı çimizdirilmə aparılan zaman təlimatın gözlənilməməsi, heyvanların yem rasionuna düzgün əməl edilməməsi və digər mühüm amillər nəticəsində yaranan fəsadlar barədə ətraflı söhbətlər edilir. Həmçinin keçirilən görüş və təlimlər çərçivəsində həm iti yoluxucu, həm də yoluxmayan xəstəliklər barədə təsərrüfat sahibləri məlumatlandırılır, onlara xəstəliklər barədə bildirişlər təqdim edilməklə təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir. Mövsümi xəstəliklərə, o cümlədən qan parazitləri, helmintozlar və dəri üstü parazitlərə qarşı heyvan sahibinin hesabına aparılacaq tədbirlər barədə məsləhətlər, həmçinin risklər (xəstəliklərin yaranma, ötürülmə, yoluxma, idarə olunma, azaldılma və qarşısının alınması) və yeni yanaşmalar barədə ətraflı məlumatlar verilir.

Aqrar Xidmətlər Agentliyi bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

28.06.2019
40

Nəşrlər

  • 09(304) 19 iyun 2019-cu il

  • 07-08(303) 22 may 2019-cu il

  • 05-06(302) 24 aprel 2019-cu il

  • 04(301) 28 mart 2019-cu il

Bannerlər