SALMONELLYOZ

A+
A
A-

 

 

 

Əsasən cavan ev heyvanlarınm yöluxucu xəstəliyidir. İti gedişli forma zamanı hərarətin yüksəlməsi, septisemiya, toksemiya, mədə-bağırsaq fəaliyyətinin pozulması ilə səciyyələnir. Yaşlı heyvanlarda çox zaman bakteriya daşıyıcılıq, balasalma (ən çox qoyun və madyanlarda) və ölü balaların doğulması ilə gedir. Salmonellyozla insanlar da xəstələnirlər (qida toksikoinfeksiyası halında).

Törədicisi. Salmonella cinsindən olan bakteriyalardır, bunlar kiçik (2-3 mkm) aerob, spor əmələgətirməyən, qrammənfı, qida mühitində asanlıqla çoxalan çöplərdir.

Epizootoloji məlumat. İti gedişli salmonellyoz 10-15 günlük buzovlarda və 1-4 aylıq çoşkalarda rast gəlinir. Törədicinin əsas mənbəyi xəstə və klinik sağalmış heyvanlardır. Belə heyvanların fekaliyası, sidiyi, burun axıntısı vasitəsilə, yaşlı heyvanların isə südü, sidik-cinsiyyət yollarının axıntıları, dölətrafı pərdə və mayesiniıı tərkibində mikroblar ətrafa yayılırlar. Qeyri-sağlam fermalarda yaşlı heyvanlar arasında bakteriyadaşıyıcılıq çox yüksək faiz təşkil edir. Heyvanlar klinik sağlam görünsələr də onların ifrazatınm tərkibində və südlərində salmonellalar xarici mühitə yayılır və həssas orqanizmlərin yoluxmasma səbəb olurlar. Qoyun və keçilər arasında salmonellyoz adətən quzulamaya 1-1,5 ay qalmış inkişaf edir. Əksər boğaz analar bala salırlar. Balasalmaların sayı artdıqca, heyvanlar arasında ümumi xəstələnmələrin sayı da artır.

Heyvanların yoluxması adətən alimentar yolla-mikrobla yoluxmuş su və yem vasitəsilə baş verir. Antisanitar bəslənmə şəraiti və natamam yemlənmə heyvanlar arasında salmonellyozun başlanmasına, geniş yayılmasına və ağırlaşmasma səbəb olur. Belə təsərrüfatlar salmonellyoza görə qeyri-sağlam hal alırlar.

Klinik əlamətləri. Buzovlarda salmonellyoz iti, xroniki və bəzi hallarda atipik gedişli olur. İti gediş zamanı 5-8 günlük inkubasiya dövründən sonra hərarət yüksəlir, nəbz və tənəffüs tezləşir. Xəstə az hərəkət edir, iştaha kəsilir. Çox vaxt seroz rinit və konyunktivit inkişaf edir. Xəstəliyin 2-3-cü günündə əsas klinik əlamət-diareya başlanır. Kal maye halında, pis iyli, selik və çox vaxt qan qarışıqlı olur,- Ağır gedişli formada böyrəklər də sıradan çıxır - sidik buraxma aktı tezləşir, ağrılı olur, sidiyin rəngi bulanır.

Xroniki gedişli forma zamanı həzm orqanlarının pozulması əlamətləri azalır, ishal yaranır, lakin tənəffüs orqanlarında pozğunluq və çatışmazlıq artır, bronxopnevmoniya inkişaf edir, xəstəlik həftələr və aylarla davam edir. Müalicə aparılmadıqda xəstələrin 50%-i ölür.

Atipik gedişli xəstəlik yuxarı yaşda olan danalarda qeyd olunur. Qısamüddətli hərarət və ishalla müşahidə olunur və 1-2 gün davam edir. Yaşlı qoyunlarda salmonellyozun əsas əlaməti-boğazlığın son günlərində balasalmadır. Son ləngiyir və metrit inkişaf edir. Yeni doğulmuş quzularda hərarət və ishal qeyd olunur. 2-3 həftəlik quzularda xəstəlik pnevmoniya və artritlərlə ağırlaşır, ölüm faizi yüksəlir.

Madyanlarda salmonellyoz zamanı balasalma boğazlığın 4-8-ci aylarında baş verir. Əgər belə xəstələrdə balasalma olmursa, ölü və ya xəstə bala doğulur.

Patoloji-anatomik dəyişikliklər. Buzovlarda iti gedişli salmonellyoz zamanı epi- və endokardın altında, dalağın, böyrəklərin kapsulasında, sidik kisəsinin selikli qişasında qan sağıntıları əmələ gəlir. Dalaq və qaraciyər şişir. Qaraciyər yumşalır, sarı və ya palçıq rəngində olur. Nekrozocaqlarına rast gəlinir. Limfa düyünləri hiperemiyalaşır və şişir. Ağciyərlər şişkin, bərkimiş hal alır, plevranın altında qan sağıntıları tapılır.

Donuzların daxili orqanlarında buzovlarda olduğu kimi septiki salmonellyoz üçün xarakterik olan dəyişikliklər inkişaf edir.

Balasalmadan sonra ölmüş ana qoyunlarda septisemiya əlamətləri və metrit qeyd olunur.

Madyanların saldığı döldə dərialtı toxumanın, selikli və seroz örtüklərin sarılığı və külli miqdarda qan sağıntıları, bədən boşluğunda isə çoxlu qanlı maye müəyyən edilir.

Diaqnozu. Klinik-epizootoloji, patoloji-anatomik məlumatlara, bakterioloji müayinələrin nəticələrinə əsasən qoyulur. Laboratoriyaya atılmış bala və ya daxili orqanlar və dölətrafı toxumalardan nümunələr göndərilir.

Heyvanlar sağ ikən salmonellyozun diaqnostikası üçün aqqlütina- siya reaksiyasmdan istifadə olunur.

Təfriqi diaqnoz. Buzovların salmonellyozunu dispepsiyadan, ko- libakteriozdan və diplokokkozdan; donuzlarda klassik taundan, di- zenteriyadan və pasterellyozdan; qoyunlarda-brusellyozdan, kompilo-bakteriozdan, listeriozdan və xlamidiozdan; atlarda-rinopnevmoni- yadan və viruslu artritdən fərqləndirmək lazımdır. Salmonelyoz donuzlarda həm də taunla qarışıq infeksiya halında baş verə bilər.

Müalicə. Antibiotiklər, sulfanilamidlər və nitrofuran birləşmələri geniş tətbiq olunur, paralel olaraq spesifik polivalent hiperimmun antitoksik serum istifadə edilməlidir. Yaxşı olar ki, tətbiq olunacaq preparatların laboratoriyada ayrılmış ştamma həssaslığı öyrənildikdən sonra müalicəyə başlanılsın. Eyni vaxtda simptomatik müalicə kursu da aparılmalıdır.

İmmunitet. Xəstəlikdən sağalmış heyvanlar immunitet qazanırlar. Spesifik profilaktika üçün hiperimmun serum və vaksinlərdən istifadə olunur. Müalicə və profilaktika məqsədilə əvvəlcə serum, 10-14 gündən sonra isə inaktiv və diri vaksinlər tətbiq olunur.

Doğulacaq körpələrdə kolostral immunitet yaratmaq məqsədilə boğaz heyvanlar müvafiq vaksinlərlə peyvənd edilirlər.

Doğuma 1-2 ay qalmış analar peyvənd olunur ki, ana südü ilə

immun cisimlər körpəyə verilir və onları xəstəlikdən qoruyur.

Buzovlarda salmonelyoz əleyhinə qatılaşdırılmış zəyli formol vaksin tətbiq olunur. Vaksin dərialtına 3-5 gün fasilə ilə iki dəfəyə buzovların ilk günlərində yeridilir. Boğaz inəklər doğuma 50-60 gün qalmış 8-10 gün fasilə ilə iki dəfə 10-15 ml miqdarında vaksinasiya edilir.

Çoşqalarm 5-8 gün fasilə ilə iki dəfəyə 4-5 ml doza ilə peyvənd edil- məsi məqsədəuyğundur. Bundan əlavə coşqaları və boğaz donuzları paratif-pasterellyoz-diplokoklu septisemiya əleyhi kompleks vaksinasiya edirlər.

Quzuların xəstəlik əleyhinə polivalent-formol tiomersan vaksinlə iki dəfə 7-10 gün fasilə ilə, qoyunlar mayalanmadan qabaq 2 dəfə, daha sonra isə doğuma 1,5 ay qalmış üçüncü dəfə peyvənd edilir.

Profilaktika və mübarizə tədbirləri. Salmonelyozun profilaktika tədbirləri sistemində zoogigiyeniki və baytar sanitar tələbata ciddi əməl olunması, heyvanların optimal bəslənmə və yemlənmə şəraitində saxlanması, binaların müntəzəm təmizlənməsi və dezinfeksiya edilməsi nəzərdə tutulur.

Heyvanların doğum yerləri əvvəlcədən kütləvi balalama üçün hazırlanır. Salmonellyoz baş verdikdə xəstələr ayrılır və müalicə olunurlar. Sağlamlar və yeni doğulan körpələr serumla profilaktiki dozalarla immunlaşdırılır. Sağalmış ana donuz və qoyunlar kökəldilir və ətə verilir. Yekun təmizlənmə və dezinfeksiya işlərinə ciddi diqqət yetirilməlidir.

 

14.01.2017
1297

Nəşrlər

  • 15(277) 17 oktyabr 2017-ci il

  • 13-14(275-276) 07 sentyabr 2017-ci il

  • 12(274) 15 avqust 2017-ci il

  • 10-11(272-273) 19 iyul 2017-ci il

Bannerlər