YOLUXUCU RİNOTRAXEİT

A+
A
A-

 

 

İti gedişli kontagioz virus xəstəliyidir. Tənəffüs traktı üzvlərinin, cinsiyyət üzvləri və mərkəzi sinir sisteminin pozğunluqları ilə səciyyələnir.

Törədicisi. DNT-li virusdur, yuxarı tənəffüs yolları, konyuktiva və çoxalma orqanlarmın selikli qişasmda çoxalıb, parazitlik edirlər.

Epizootologiyası. Yoluxmanm mənbəyi xəstə və xəstəlikdən

sağalmış virus daşıyıcı heyvanlardır. Viruslar bu heyVanlarm ağız, burun və sidik-cinsiyyət üzvlərinin axıntılarmın tərkibində ətrafa yayılır (sağaldıqdan sonra iki ilə kimi). Yoluxma kontakt yolla baş verir, əsas yoluxma yolları aerogen və cinsiyyət üzvləri vasitəsilədir. Bu da xəstəliyin forması və əsas klinik əlamətlərini şərtləndirir.

Xəstəliyə bir qayda olaraq böyük heyvandarlıq təsərrüfatlarmda rast gəlinir. Heyvanlarm əlverişsiz şəraitdə, bağlı halda saxlanması, yüksək rütubət və normal mikroiqlimin olmaması, keyfıyyətsiz yemləmə xəstəliyin ağırlaşmasına böyük təsir göstərir.

Epizootik prosesin dinamikası sürüdə həssas heyvanların saymdan və onların immunobioloji statusundan asılıdır. Xəstəlik başlandıqdan qısa vaxt sonra bütün həssas heyvanlar yoluxurlar. Cavanlarda xəstəlik qeyri-tipik əlamətlərlə gedə bilər.

İmmunitet. Xəstəlikdən sağalmış heyvanlarda uzunmüddətli gərgin immunitet yaramr (xüsusilə tənəffüs orqanlarmın yoluxması zamanı). Ana tərəfındən balaya ötürülən immunitet 6 ayadək davam edir. •

Klinik alamathri. İnkubasiya dövrü 4 gündən artıq olmur. Xəstəliyin ilk klinik əlamətləri (yüksək temperatura, zəiflik, yemdən imtina, südün azalmısı) qəfıldən meydana çıxır. Törədicinin orqanizmə düşmə yollanndan asılı olaraq xəstəliyin respirator və -ya genital forması inkişaf edir.

Respirator forma burundan güclü axıntı, udlaq və qırtlağın şişməsi, burun aynasmm qızarması, öskürmə və tənəffüsün çətinləşməsi ilə səciyyələnir. Bəzən heyvanlarda artritlər və konyuktivit də inkişaf edir. Əgər proses mürəkkəbləşməzsə, heyvan 7-10 gün ərzində sağalır. Proses şərti-patogen mikroblarla mürəkkəbləşərsə, pnevmoniya və digər patoloji proseslər baş verir. Körpə və cavan heyvanlarda diareya müşahidə edilir. Boğaz heyvanlarda balasalma boğazlığın ikinci yarısmda baş verir.

Genital formalı xəstəlikdə inək və düyələrdə cinsiyyət orqanlarmın iltihabı əmələ gəlir, suluqlu şişlər və yaralar inkişaf edir.

Diaqnozu. Epizootoloji, klinik və laborator müayinələrinə əsasən . inamla diaqnoz qoymaq olar. Seroloji reaksiyalardan neytrallaşma, presipitasiya və s. geniş istifadə edilir. laboratoriya analizliri üçün patoloji material burun axmtısı, sidik-cinsiyyət yollarının seliyi götürülür. Cəsədlərdən ölümdən 2 saatdan gec olmamaqla, traxeya, ağciyər, beyin, balalıq, atılmış balalardan isə - parenximatoz orqanlardan bir parça götürülə bilər.

Bu materiallarda virus aşkar olunduqda və ya rekonvalessent

h'v.ııılanıı qanında antitellərin artımı dörd dəfədən çox olduqda • Iı,iı |ıio/. qoyulmuş hesab edilir.

Müalicəsi. Spesifık müalicə vasitəsi kimi xəstəlikdən sağalmış Iıı vvanların antitellərin titri l:32-dən az olmayan serumu istifadə Mİııııur. Müalicədə ikinci mikroflora ilə sirayətlənmənin qarşısmın ılıııınası mühüm əhəmiyyət daşıyır.

Ihınun üçün antibiotiklər, sulfanilamid preparatları (yaxşı olar ki, ıcıuzol halında) tətbiq edilməlidir. Digər simptomatik müalicə vasitələri də tətbiq edilə.bilər.

Cjenital formada antiseptik preparatların bütün növlərindən ıslil'adə etmək olar (antibiotiklər, sulfanilamidlər, nitrofuranlar və s.).

Profilaktika və mübarizə tədbirləri. Spesifık fəal immunizasiya üçün 1111 və zəiflədilmiş vaksinlərdən istifadə olunur. Hazırda qaramalm ı ınotraxeiti və paraqrip-3 xəstəliyinə qarşı assosiasiya olunmuş vaksin lıazırlanmışdır. Xəstəliyin ümumi profılaktikasına heyvanlarm normal /oogigiyeniki normativlərə uyğun şəraitdə bəslənməsi, habelə insərrüfatda tələb olunan baytar-sanitar tədbirlərinin yerinə yetirilməsi daxildir. Sürünün komplektləşdirilməsi və yeni gətirilən heyvanların karantində saxlanmasına xüsusi diqqət yetirilməlidir. Qeyri-sağlam təsərrüfatlardan törədicinin sağlam zonalara keçməsinə qarşı tədbirlər həyata keçirilməlidir. Xəstə heyvanları təcrid edib müalicə, sağlamları isə peyvənd etmək lazımdır.

Təsərrüfatda məhdudiyyətlər heyvandarhq binalarında yekun dezinfeksiya işləri yerinə yetirildikdən və axırmcı xəstə heyvanm sağalmasmdan 30 gün keçdikdən sonra götürülə bilər.

 

24.02.2017
1065

Nəşrlər

  • 09(271) 22 iyun 2017-ci il

  • 07-08(269-270) 25 may 2017-ci il

  • 05-06(267-268) 27 aprel 2017-ci il

  • 03-04(265-266) 28 mart 2017-ci il

Bannerlər