PARATUBERKULYOZ

A+
A
A-

 

 

Mədə-bağırsaqda xarakterik dəyişikliklər və diareya ilə xarakterizə olunan xroniki xəstəlikdir.

Törədicisi. Spirtə və turşuya davamlı mikroblardır. Onlar ətraf mühitin mənfi təsirli amillərinə də yüksək davamlılıq göstərirlər. Yemdə, peyində, torpaqda və suda bir ilədək diri qalırlar. Südün ı n kibində 85°C-də 5 dəqiqədə məhv olurlar.

Epizootologiyası. Ən çox qaramal, nisbətən az isə qoyunlar, keçilər və dəvələr xəstələnirlər. Cavan heyvanlar törədiciyə daha yüksək dərəcədə həssaslıq göstərirlər.

İnfeksiya törədicisinin mənbəyi xəstə və bakteriyadaşıyıcı heyvanlardır. Onların həzm və sidik-cinsiyyət üzvlərinin ifrazatının, südünün tərkibində mikroblar vaxtaşırı xarici mühitə yayılır. Həssas heyvanların yoluxması əsasən mədə-bağırsaq traktı vasitəsilə baş verir.

Xəstəlik maldarlıqda kütləvi xarakter daşıyır. Təsərrüfatlarda tək-tək paratuberkulyozla xəstə heyvanlar qeyd edilir. Mövsümdən asılı olmayaraq baş verir və xəstəliyin yayılmasmda heyvanların bəslənmə və yemlənmə səviyyəsi, baytar-sanitar tədbirlərinə nə dərəcədə əməl olunması böyük rol oynayır.

Klinik əlamətləri. İnkubasiya müddəti 1 aydan 1 ilədəkdir. Xəstəlik xroniki gedişlidir. Xəstəliyin birinci-latent (gizli) mərhələsi 1-3 il çəkə bilər, bundan sonra ikinci mərhələ- xroniki mərhələ başlayır. Bu dövrdə xəstə heyvan arıqlayır, tez yorulur və halsızlaşır, süd sağımı azalır, diareya halında olan ishalın tərkibində selik və qan hissələri görünür. Orqanizmin kəskin susuzlaşması fonunda süd sekresiyası kəsilir, heyvan tam halsızlaşır. Xəstəlikdən ölüm 8-25% təşkil edir.

Patoloji-anatomik dəyişikliklər. Bağırsaqlar, xüsusilə nazik bağır- saq şöbəsi güclü patoloji proseslərə tutulur. Bağırsağın proses gedən hissələrində bağırsaq divarınm qalınlığı 4-5 dəfə artır, regional limfa düyünləri şişkinləşir, onların kəsiş səthində ağımtıl düyünlər görünür.

Diaqnozu. Diaqnoz qoymaq üçün kompleks epizootoloji, klinik, patoloji-anatomik məlumatlar nəzərə alınmalı və nəticə bakterioloji və histoloji müayinələrlə təsdiq edilməlidir. Quşlar üçün tuberkulindən istifadə olunmaqla allergiya diaqnostika üsulundan istifadə edilir. Seroloji reaksiyalardan isə KBR qoyulur.

Müalicəsi. Səmərəli deyildir.

Profilaktika və mübarizə tədbirləri. Təsərrüfatın paratuberkulyozdan qorunmasında əsas tədbir bu infeksiya ilə qeyri-sağlam

təsərrüfatlardan heyvanların və yemlərin gətirilməsinə imkan verilməməsidir. Xəstəlik baş verdikdə təsərrüfata məhdudiyyət qoyulur. Klinik xəstə heyvanlar ət kombinatlarına verilir, qalan heyvanlar seroloji və allerji müayinələrlə yoxlanılır (8-10 aylıq cavan heyvanlar ancaq allerji). Mənfi reaksiyalı heyvanlar sürüdə saxlanılır, digərləri ət kəsiminə göndərilir.

Dezinfeksiya işləri formaldehidin 3%-li qələvi məhlulu və 3%-li natrium-hidroksid məhlulu ilə aparılır.

Təsərrüfat yalnız axırıncı xəstə heyvanın qeydə alınmasından 3 il keçdikdən və yekun baytar-sanitar tədbirləri yerinə yetirildikdən sonra sağlam elan edilir.

 

04.03.2017
860

Nəşrlər

  • 15(277) 17 oktyabr 2017-ci il

  • 13-14(275-276) 07 sentyabr 2017-ci il

  • 12(274) 15 avqust 2017-ci il

  • 10-11(272-273) 19 iyul 2017-ci il

Bannerlər