QOYUNLARIN YOLUXUCU ENTEROTOKSEMİYASI

A+
A
A-

 

 

Yoluxucu enterotoksemiya kəskin gedişli, komatoz titrəmə, hemorroji enterit, ürəyin, qaraciyərin, böyrəklərin degenerativ dəyişiklikləri ilə səciyyələnir.

Törədicisi. Anaerob mikroblardır. Cl. perfringesin D və C tipi, nadir hallarda isə A tipi xəstəliyin törədiciləridir. Bunlar hərəkətsiz, iri, yoğun çöp şəklində eni 1-1,6 mkm, uzunluğu 4-8 mkm olan bakteriyalardır. Təzə kulturalarda amil qram müsbət, köhnələrdə isə qrammənfıdir. Orqanizmdə və qan serumu əlavə edilmiş mühitlərdə kapsula, xarici mühitdə isə spor əmələ gətirirlər. Bərk qidalı mühitlərdə hamar, selikli və nahamar koloniyalar yaradırlar ki, onlar əvvəlcə şeh damlasını xatırladır, sonra isə şəffaflığını itirir, boz və ağ rəng alır.

C tipinə aid olan mikroblar alfa və beta toksin, D tipi isə alfa və epsilon toksin istehsal edirlər. Onlar C və D tipli yüksək təsirli toksin əmələ gətirirlər. Orqanizmdə kapsula, xarici mühitdə spor əmələ gətirir. Sporu qaynatdıqda 90 dəqiqəyə kimi məhv olur. Törədicinin ən çox inkişaf etdiyi yer mədə-bağırsaq sistemidir. Burada inkişaf edərkən amil toksin buraxır və o, qana keçərək xəstəliyi əmələ gətirir.

Xəstəliyə yaşlı qoyunlar, quzular və keçilər həssasdırlar. İnfeksiya mənbəyi xəstə, xəstəlikdən sağalmış, lakin amili yayan .batsildaşıyıcı heyvanlardır. Amil xarici şəraitdə illərlə yaşaya bilir. Xəstəlik yaz və payız aylarında baş verir. Amil orqanizmə yem və su ilə daxil olur.

Klinik əlamətləri. Xəstəlik ildırımvari, iti və yarım iti formada keçir. Xəstə heyvan həyəcanlı olur, yıxılır, əzələlərdə qıcolma baş verir, bədən hərarəti adətən normal olur və bu cür ildırımvari gedişdə heyvan bir neçə dəqiqə içərisində ölür. İti və yarım iti forma bir sutka çəkir. Xronik forma isə beş-altı sutka davam edə bilir.

Enteretoksemiyadan ölən heyvan köpür, qan damarlarında və dəri altında, döş və qarın boşluğunda çoxlu eksudat toplanır. Başlıca nişanə böyrəklərin yumşalmasıdır. Bağırsaqlarda kəskin hemorroji iltihab və bəzən nekrotik sahələr nəzərə çarpır.

Diaqnozu. Xəstəliyin epizootologiyasına, klinik nişanələrinə, patanatomik dəyişikliyə və laborator müayinənin nəticələrinə əsasən qoyulur. Xəstəliyi bradzot, qarayara və zəhərlənmələrdən təfriq etmək lazımdır.

Xəstəlikdən sağalmış heyvanlarda immunitet yaranır. Spesifik profilaktika məqsədilə qatılaşdırılmış polivalent alüminium hidroksidli vaksin işlədilir.

A.A.Volkovanm anatoksin vaksini, Y.Kirillov və F.Kaqanm klostridiozlara qarşı polianatoksin, həmçinin R.A.Qədimovun qoyunların bradzotu, infeksion enterotoksemiya və qarayaraya qarşı təklif etdiyi kompleks vaksinasiya üsulu geniş surətdə istifadə edilir.

Müalicəsi. Xəstəliyin başlanğıcında hiperimmun serumun, antibiotiklərin işlədilməsi müəyyən nəticə verə bilər.

Profilaktikası. Heyvan otlağa çıxarılmazdan qabaq polivalent alüminium hidroksidli vaksinlə peyvənd edilir. Bəzən klostridioz əleyhinə polianatoksindən də istifadə edilir. Xəstəlik otlaq vaxtı baş verdikdə heyvanları tövlə şəraitinə keçirmək lazımdır. Xəstəlikdən ölən heyvanın dərisini çıxarmaq və yununu qırxmaq qadağandır.

 

14.02.2017
879

Nəşrlər

  • 12(274) 15 avqust 2017-ci il

  • 10-11(272-273) 19 iyul 2017-ci il

  • 09(271) 22 iyun 2017-ci il

  • 07-08(269-270) 25 may 2017-ci il

Bannerlər