ATLARIN AFRİKA TAUMU

A+
A
A-

İti və yarımiti gedişli virus xəstəliyidir, ürək-damar və tənəffüs sistemlərinin çatışmazlığı, hərarət və dərialtı toxumanın şişkinliyi ilə səciyyələnir.

Törədicisi. Reoviruslar ailəsindən olan RNT-li viruslardır. 9 variantı müəyyən edilmişdir.

Epizootologiyası. Atlar həssas, uzunqulaq və qatır isə az həssasdırlar, zebular də yoluxa bilərlər. Törədicinin əsas mənbəyi xəstə heyvanlardır. Afrika taunu transmissiv, yəni ötürücülər vasitəsilə yoluxan xəstəliklərdən olduğu üçün onun baş verməsi və yayılması təbii və klimatik amillərdən çox asılıdır. Xəstəlik ilin isti aylarında nəmli iqlimə malik ərazilərdə baş verir. Uzunmüddətli quru isti havalarda, hətta, stasionar qeyri-sağlam zonalarda xəstəliyin sönməsi qeyd olunur. Virusun ötürücüləri milçəklərin bəzi növləri sayılır.

İmmunitet. Xəstəlikdən sağalmış atlarda yalnız xəstəliyi törədən virus növünə qarşı immunitet yaranır.

Klinik əlmətləri. Xəstəliyin dörd gedişi müəyyən olunmuşdur.

İldırımvari gediş. İnkubasiya müddəti 3-4 gündür. Bədən temperaturası kəskin surətdə 41°C-dək yüksəlir, bir neçə gün belə qalır, sonra əzələ titrəməsi, zəiflik əmələ gəlir, nəbz tezləşir. 5-7 günə heyvan ölür.

İti gediş ağciyər formasıdır. Hərarət yüksəlir, tənəffüs çətinləşir, öskürək başlanır, burun və ağız boşluqlarından serozlu maye axır. Az sayda heyvan sağalır.

Yarımiti gedişli forma ürək formasıdır. Daha uzun müddətli inkubasiya dövrü (7 günədək) ilə seçilir. Yüksək hərarət 3-4 gün davam edir, baş nahiyəsində şişkinliklər (göz ətrafında, boyunda və s.) yaranır. Heyvan 10-15 gün içində ürək fəaliyyətinin zəifliyi nəticəsində ölür.

Qarışıq formalı gedişdə hər iki formaya xas olan əlamətlərə rast gəlinir. Bunlar eyni vaxtda və ya ardıcıl olaraq inkişaf edirlər.

Patoloji-anatomik dəyişikliklər. Xəstəliyin iti gedişi zamanı ağciyərlərin şişməsi qeyd olunur, plevra boşluğuna köpüklü maye yığılır, bronxial və divar arası limfa düyünləri şişkinləşir, perikardda qan sağıntıları tapılır. Ürək formasında baş və döş qəfəsi nahiyəsində dərialtı şişlərə, eksudativ perikarditə, miokardın böyüməsinə diqqət yetirilir. Qaraciyər və dalaqda böyümə, kapsulanın altında qan sağıntılarının olması da mümkündür.

İldırımvari gedişli formada daxili orqanlarda dəyişikliklər aydın deyildir.

Diaqnozu. Epizootoloji və kliniki məlumatlara, laboratoriya müayinələrinin nəticələrinə, tələb olunduqda isə bioloji sınağa əsasən diaqnoz qoyulur. Xəstəliyin mövsümi olmasına, ötürücülərin varlığma, təbii və iqlim amillərinin əlaqələrinə, atlar üçün yüksək letallıq (ölüm faizinin yüksək olması) göstəricilərinə fikir vermək lazımdır. Laboratoriyada DPR qoyulur. Bunun üçün xəstəlikdən sağalmış atların qan serumu ilə yoluxdurulmuş siçanların beynindən alınan antigen istifadə olunur.

Afrika taununu qarayaradan, piroplazmozdan və tripariosomozdan fərqləndirmək lazımdır.

Müalicəsi. Simptomatik vasitələr tətbiq olunur. Suvarılma azaldılır, heyvanlara sakit şərait yaradılır.

İmmunitet. Xəstəlikdən sağalmış atlarda yalnız virusun həmin

tipinə qarşı immunitet yaranır. Quru polivalent neyrotrop vaksin istifadə edilir (E.V.İvanovski). Bu vaksinlərlə atları və dayçaları peyvənd edirlər.

Vaksinasiya yazın əvvəlində həşəratların görünməsinə 1-2 ay qalmış aparılır. Son zamanlar diri virus vaksindən də istifadə edilir.

Profilaktika və mübarizə tədbirləri. Profilaktikanın əsası qeyri-sağlam ölkələrdən və bölgələrdən daxil olan atlara tam baytar nəzarətinin həyata keçirilməsidir.

Qeyri-sağlam zonalarda mono və polivalent vaksinlərdən istifadə etməklə, immunizasiya aparılır.

 

04.12.2016
854

Nəşrlər

  • 12(274) 15 avqust 2017-ci il

  • 10-11(272-273) 19 iyul 2017-ci il

  • 09(271) 22 iyun 2017-ci il

  • 07-08(269-270) 25 may 2017-ci il

Bannerlər