ATLARIN YOLUXUCU ENSEFALOMİELİTLƏRİ

A+
A
A-

Klinik əlamətlərinə görə oxşar olan virus xəstəliyidir. Törədicilər qansoran həşəratlar vasitəsilə ötürülür, bütün ensefalomielitlər təbii ocaqlığa malikdirlər.

Törədicisi. Toqaviruslardır, fərqləndirici cəhətləri-onların hamısının buğumayaqlılar vasitəsilə keçirilməsidir.

Virtionun ölçüsü 80-120 nm-ə bərabərdir. Virusu yetişdirmək üçün toyuq embrionundan və donuzun böyrəyindən hazırlanmış hüceyrə kulturasmdan istifadə edilir.

Epizootologiyası. Virus ensefalomielitlərinin əsas xüsusiyyətləri müəyyən əraziyə aid olmalarıdır. (çox zaman bataqlıq və nəmişkən). Onların törədiciləri müxtəlif heyvan və insan orqanizmində parazitlik edirlər. Əsas yayılma yolu-buğumayaqlılar vasitəsilə transmissiv yoludur. Bəzi heyvan və quşlar virusdaşıyıcı rolu oynayırlar. Atlar və insanlar kliniki əlamətləri aydın görünən formada xəstələnirlər.

İmmunitet. Xəstələnmiş atlarda həmin törədiciyə qarşı immunitet formalaşır. İndiyədək sınaqdan çıxmış vaksinlərin heç biri səmərəli olmadığı üçün istifadəyə təklif edilməmişdir.

Klinik əlamətləri. İnkubasiya müddəti 3-10 gündür. Xəstə atlarda ikidəfəlik hərarət yüksəlişi müşahidə olunur. MSS-nin pozğunluğu (ensefalomielit, meningit), dəri həssaslığının itirilməsi, ataksiya, dairəvi hərəkətlər, mədə-bağırsaq traktının fəaliyyətinin pozulması, görünən selikli qişaların sarılığı ilə müşayiət olunur. Ölüm şərqi ensefalomielitdən 90-92%, qərbi ensefalomielitdən isə 22-30% təşkil edir.

Ensefalomielit iti depressiv və gizli formalarda müşahidə olunur. Prodromal dövrdə hərarət azca yüksəlir, zəiflik başlanır, selikli qişalarda sarılıq əmələ gəlir. İti gedişli formada atlar depressiya mərhələsindən sonra irəliyə hərəkət üçün can atırlar, başlarmı yerə dirəyirlər. Bağırsaqlarda peristaltikamn güclənməsi və tıxanmaya rast gəlinir. Xəstəlik 5 günədək davam edir. Sakit forma heyvanın depressiya halına düşməsi ilə səciyyələnir, at başmı bir yerə, döşəməyə, axura söykəyib sakit vəziyyətdə durur, hərarət normal olur.

Patoloji-anatomik dəyişikliklər. Xarakterik deyildir. Beyin pərdələrinin hiperemiyası, beyin maddəsinin şişkinliyi qeyd olunur. Tez-tez kataral enterokolit, hipotrofiya, böyrəyin bərkiməsinə rast gəlinir.

Diaqnostika. Epizootoloji, kliniki məlumatlara, virusoloji və seroloji müayinələrin nəticələrinə əsasən qoyulur. Ensefalomieliti quduzluqdan, rinopnevmoniyanın sinir formasından fərqləndirmək lazımdır.

Profilaktika və mübarizə tədbirləri. İnfeksiyanın təbii ocaqlarında hepatofaq həşəratların atlara hücumunun qarşısının alınmasına yönəldilmiş tədbirlər həyata keçirilir, repillentlər işlədilir, atlar gecələr tövlələrdə saxlanılır, profilaktikanın digər istiqaməti - bataqlıqların qurudulmasına, irriqasiyaya yönəldilir ki, nəticə etibarı ilə keçirici həşəratların məhv edilməsi əsas götürülür.

İmmunizasiya üçün diri və ölü vaksinlərdən istifadə olunur. Xəstələrin müalicəsi simptomatikdir.

Xəstə atları təcrid halında müalicə edirlər. Təsərrüfata karantin qoyulur və mövcud təlimatlara uyğun tədbirlər planı həyata keçirilir. Karantin axırıncı xəstə heyvanın ölümündən və ya sağalmasından 40 gün keçdikdən sonra götürülür.

 

24.12.2016
807

Nəşrlər

  • 15(277) 17 oktyabr 2017-ci il

  • 13-14(275-276) 07 sentyabr 2017-ci il

  • 12(274) 15 avqust 2017-ci il

  • 10-11(272-273) 19 iyul 2017-ci il

Bannerlər