ATLARIN KOİTAL (CİNSİ) EKZANTEMASI

A+
A
A-

Cinsiyyət orqanlarının, həmçinin yuxarı tənəffüs yollarının selikli qişalarının və dərisinin pustulyoz zədələnməsi formasında keçən iti gedişli xəstəlikdir.

Törədicisi. Herpesvirusdur.

Epizootologiyası. Xəstəlik enzootiya halında cütləşmə mövsümündə qeyd olunur. Kontakt və cinsi yolla yayılır. İnfeksiya törədicisinin mənbəyi çox vaxt xəstə damazlıq erkək atlar sayılır. Madyanlar belə heyvanlarla cütləşdikdə yoluxurlar.

İmmunitet. Cinsiyyət orqanlarının sekretor antitelləri hesabına yer- li immunitet yarana bilər. Qanda neytrallaşdırıcı və koplement- birləşdirici antitellər müəyyən olunur. Lakin immunitetin müddəti və gərginliyi öyrənilməmişdir.

Klinik əlamətləri. İnkubasiya dövrü 2 gündür. Əvvəlcə selikli qişanm səthində qırmızımtıl papulalar (şişkinlik) əmələ gəlir. Bunlar az sonra pustulaya çevrilir, 5-7 gündən sonra isə açıq yaralar və eroziyalar inkişaf edir (2 sm diametrli və 0,5 sm qahnlıqda). Sağalmadan sonra yara yerləri piqmentsiz, ləkəli halda qalır.

Əksər hallarda xəstəlik yüngül keçir, nəbz, temperatur və tənəffüs dəyişməz qalır. Ağırlaşma olduqda bədən temperaturu 40°S-dək yüksəlir. Dişi cinsiyyət orqanı şişkinləşir, cinsiyyət yollarından qatı selikli-irinli eksudat axır.

Diaqnostika. Diaqnoz klinik əlamətlərə əsasən qoyulur, hüceyrə kulturasında virusun törədicisinin yetişdirilməsinə, immunoflüoresensiya və seroloji reaksiyalara-neytrallaşdırma və komplementin birləşməsi reaksiyalarına əsasən dəqiqləşdirilir.

Profilaktika və mübarizə tədbirləri. Cinsi ekzantemanın spesifik profilaktikası hazırlanmayıb. Ümumi profilaktiki tədbirlər görülməli, xəstələr təcrid edilərək, simptomatik müalicə aparılmalı, xəstə və şübhəli heyvanların cütləşməsinə icazə verilməməlidir.

 

04.02.2015
507

Nəşrlər

  • 12(262) 23 dekabr 2016-cı il

  • 11(261) 25 noyabr 2016-cı il

  • 10(260) 27 oktyabr 2016-cı il

  • 09(259) 30 sentyabr 2016-cı il

Bannerlər