AKARAPİDOZ

A+
A
A-

 

 

Akarapidoz yaşlı arıların parazitar xəstəliyidir. Xəstəlik Akarapis vudi adlanan gənə tərəfindən törədilir. Gənə tənəffüs yollarında-traxeyada məskən salır. Onu yalnız mikroskop altında görmək mümkündür.

Gənə arının traxeyasına daxil olduqdan sonra onun divarını deşir və arının hemolimfasını soraraq onun tələfatına səbəb olur. Xəstəliyin əsas əlamətləri yazın əvvəlində və yayda yağıntılı dövrlərdə nəzərə çarpır. Xəstə arılar pətəyin ətrafına səpələnərək uça bilmədikləri üçün sürünə-sürünə hərəkət edirlər. Arılar parazitdən xilas olmaq üçün adi haldan fərqli olaraq arxası üstə çevrilib dövrə vurur və beləliklə parazitdən xilas olmağa çalışırlar. Pətək ətrafında yüzlərlə, minlərlə arı sürünur, xəstə akrının qanadları çəp durur.

Xəstəliyin diaqnozunu müəyyən etmək üçün ölmüş və xəstə arılar karton qutuda baytarlıq laboratoriyasına göndərilir.

Xəstəliyin profilaktikası sağlam arıxanaya törədicinin gətirilməsinə yol verməməkdən ibarətdir. Xəstəliyə yoluxmanın ən çox qorxusu başqa naməlum yerdən arıların gətirilməsidir.

Müalicə-profilaktika məqsədilə yuvadan artıq şanlar çıxarılır, qalan şanlar pətəyin ortasına yığılır, onun yan tərəflrinə arakəsmə qoyulur, uçuş bacası kiçildilir, zəif ailələr birləşdirilir. Xəstəliyin müalicəsində folbeks, akarasan, polisan, fumisan, tedion, efirsulfonat preparatları işlədilir.

Folbeks (bir dəfədə 0,5 q, 30 dəqiqə müddətində, 7 gün fasilə ilə 8 dəfə), efirsulfonat (bir dəfədə 0,3 q, 2 saat müddətində, 7 gün fasilə ilə 8 dəfə), tedion (hər dəfə 1 q, 5 saat müddətində bir gün fasilə ilə 10 dəfə) pətəkdə arılara tüstü formasında işlədilir. Fumisan 8-10 çərçivəlik arısı olan pətəkdə pətəyin daxili divarından 1 lent preparat asmaqla tətbiq edilir. Ailədə sürfə olduqda lent pətəkdə 25 sutka, sürfə olmadıqda isə 2-3 sutka saxlanır.

 

14.04.2017
1266

Nəşrlər

  • 16-17(278-279) 08 noyabr 2017-ci il

  • 15(277) 17 oktyabr 2017-ci il

  • 13-14(275-276) 07 sentyabr 2017-ci il

  • 12(274) 15 avqust 2017-ci il

Bannerlər