VARROATOZ

A+
A
A-

Yaşlı arıların və arı sürfələrinin parazitar xəstəliyidir. Xəstəliyə səbəb Varroa jakobsoni adlanan gənədir. Bu gənə arıların və onların sürfələrinin xarici bədən səthinə yapışırlar. Gənə adi gözlə göründüyündən onu müəyyən etmək asandır.

Gənə dörd cüt qısa ayaqlara malikdir. Ayaqlarının ucunda sorucu yastıqca vardır ki. onun köməyilə gənələr arıların bədəninə möhkəm yapışıb arının hemolimfası ilə qidalanırlar. Gənənin rəngi tünd qəhvəyidir.

Yaz-payız dövründə gənələr arı üzərində qidalanaraq arı orqanizmində maddələr mübadiləsinin pozulmasına və hemolimfanın tərkibinə toksiki maddələrin toplanmasına səbəb olur.

Bu xəstəlik zamanı sürfələrin tələfatı, yaşama qabiliyyətinə malik olmayan eybəcər (qanadsız, ayaqsız, formasız bədənə malik) arıların çıxması xarakterik əlamətlərdəndir. Uçuş bacasının qabağında ölmüş arılarla bərabər, çıxarılıb atılmış sürfələrə də təsadüf edilir.

Varroatoz invaziyasının sürətli inkişaf dövrü əsas bal süzümündən sonrakı dövrlə bir vaxta düşür. Xəstəliyə diaqnoz arıxana və laboratoriya müayinələrinə əsasən qoyulur.

Xəstəliyin törədicisi braulyoz xəstəliyinin törədicisi olan braula coekaya oxşadığına görə hər iki xəstəliyi bəzən qarışıq salırlar. Bu iki xəstəliyin törədicisini biri-birindən fərqləndirən əlamət varroa gənəsinin görünüşü oval şəklində, eni uzunundan artıq olduğu üçün hərəkət edəndə sanki düz xət üzrə deyil yanı-yanı hərəkət edir. Braula isə uzunsov bədən quruluşuna malik olduğuna görə hərəkəti düz xətt boyuncadır. Onları fərqləndirən digər əlamətlər isə braulanın dörd cüt qısa ayaqlarının braulanın üç cüt uzun ayaqlara malik olması, braulanın yaşlı arılarda, varroanın isə yaşlı və sürfələrdə parazitlik etməsidir.

Profilaktika tədbirlərinin əsas məqsədi sağlam arıxanaların xəstəlikdən qorunmasıdır. Bunun üçün baytar mütəxəssisləri və arıçılar ildə iki dəfə (yazda arılar uçuşa başlayanda və payızda arılar qışlamaya hazırlanan vaxt) təşkil etməlidirlər.

Varroatozun müalicəsində varrool, quzuqulağı turşusu, akarasan, amipol, bipin, bivar, varroapol, mentol, tanis, fenotiazin və s. preparatlar işlədilir.

Varrool payızda Sulu məhlul halında hər çərçivəaralığına 5-6 ml şan üzərindəki arıların üstünə çilənir. Quzuqulağı turşusu 2 %-li məhlul halında 10 çərçivəlik arıya 100 ml çiləyici aparatla çilənir. Mentol hər ailəyə 6 q miqdarında kibrit qutusunda pətəyə qoyulur.

 

04.02.2015
988

Nəşrlər

  • 02(264) 23 fevral 2017-ci il

  • 01(263) 27 yanvar 2017-ci il

  • 12(262) 23 dekabr 2016-cı il

  • 11(261) 25 noyabr 2016-cı il

Bannerlər