NOZEMATOZ

A+
A
A-

Ana, erkək və işçi arıların invazion xəstəliyidir.

Törədicisi. Arıların orta bağırsağında parazitlik edən mikrosporride nosema apisdir.

Klinik əlamətləri. Xəstəlik qışın axırında və yazda baş verir. Yayda isə simtomsuz keçir. Arılar nozema sporları ilə çirklənmiş bal, güləm və sudan istifadə edərkən, qovuqcuqları təmizləyərkən yoluxurlar. Xəstəliyin inkişafına səbəb qışlama dövründə yemin keyfiyyətsizliyi, yuvanın yaxşı istiləşdirilməməsi və qışın uzun sürməsidir.

Xəstəliyə tutulmuş arıların qarnı şişkinləşir, qanadları titrəyir, uçma qabiliyyəti zəifləyir, şanın, çərçivələrin və pətəyin divarı ifrazatla çirklənir.

Diaqnozu. Kliniki nişanələrinə, mikroskopik müayinənin nəticələrinə və epizootik məlumatlara əsasən qoyulur. Diaqnoz zamanı xəstəlik intensivlik cəhətdən dörd dərəcəyə bölünür. Birinci və ikinci yoluxma dərəcələri xəstəlik daşıyıcısı, üçüncü və dördüncü dərəcələri isə xəstəlik sayılır. Xəstəliyin üçüncü və dördüncü dərəcələri müəyyən edildikdə arıxana qeyri-sağlam sayılır və ona məhdudiyyət qoyulur, təlimat əsasında tədbirlər görülür.

Müalicəsi. Arıların ifrazatı ilə çirklənmiş şanlar pətəkdən çıxarılır, pətəyin divarları və döşəməsi təmizlənir, arılara keyfiyyətli yem verilir. Xəstə ailə dezinfeksiya edilmiş pətəyə köçürülür, yuva qısaldılır və istiləşdirilir. Neomatozla xəstələnmiş ailənin balı ilə arıların yemləndirilməsinə yol verilmir. Xəstəliyin müalicəsində fumagilin və nozematol işlədilir. Bunun üçün 1l şəkər şərbətinə 50-100 mq (378-756 min T V) fumagilin qarışdırılır. Belə hazırlanmış müalicə şərbəti 30 0C temperaturada xəstə ailəyə yazda 2-4 dəfə, 1-2 həftə fasilə ilə, hər çərçivə arası arıya 200 ml miqdarında verilir.

Nozematol yazın əvvəlində, yaxud payızda süzüləsi bal yuvadan götürüldükdən sonra, havanın tempraturu +14°C-dən aşağı olmayan vaxt aerozol halında işlədilir. Bu məqsədlə aerozol məşəli həp çərçivə aralığına 1-1,5 saniyə verilir. Müalicə 3 günlük fasilə ilə 3-4 dəfə təkrar edilir.

Arıxana xəstəliyin kliniki nişanələri müşahidə edilmədikdə və| təlimat üzrə tədbirlər görüldükdən sonra sağlamlaşmış sayılır.

 

04.02.2015
701

Nəşrlər

  • 02(264) 23 fevral 2017-ci il

  • 01(263) 27 yanvar 2017-ci il

  • 12(262) 23 dekabr 2016-cı il

  • 11(261) 25 noyabr 2016-cı il

Bannerlər