BRAULYOZ

A+
A
A-

 

 

 

 

Arıların invazion xəstəliyidir.

Törədicisi. Xəstəlik braula seca adlanan parazit tərəfindən törədilir.

Əlamətləri. Bu xəstəliyə arıların bitliliyi də deyirlər. Xəstəliyin törədicisi ana, işçi və erkək arıların bədən səthində parazitlik edir. O adi gözlə görünən qəhvəyi rəngli qanadsız həşəratdır.

Diaqnozu. Xəstəliyə diaqnoz törədicinin (braulanm) ana, işçi və erkən anların üstündə görünməsi və laborator müayinəsi ilə onu başqa həşərat və gənələrdən ayırd etməklə qoyulur. Braula ilə varroa gənəsinin fərqi ondadır ki, braulanın üç cüt uzun, varroanm isə dörd cüt qısa ayaqları vardır. Varroanın bədəni oval, braulanın bədəni isə uzunsovdur. Braulyoz təsdiq edildikdən sonra arıxana bu xəstəliyə qeyri-sağlam elan edilir və arıxanaya məhdudiyyət qoyulur.

Müalicəsi. Müalicə məqsədilə quzuqulağı turşusu, formasid, yaxud termik varroksan T-l, varrofen və fenotiazin həbləri 21 gün fasilə ilə iki dəfə işlədilir. Bal süzüldükdən sonra bir dəfə həmin preparatlardan biri işlədilir.

Bunlardan başqa fitovarroasidin tüstü halında işlədilməsi (varroatozda olduğu kimi) yaxşı nəticə verir.

Arıxanadan məhdudiyyət xəstəlik ləğv edildikdən və təlimat üzrə tədbirlər görüldükdən sonra götürülür.

 

07.01.2017
2129

Nəşrlər

  • 16-17(278-279) 08 noyabr 2017-ci il

  • 15(277) 17 oktyabr 2017-ci il

  • 13-14(275-276) 07 sentyabr 2017-ci il

  • 12(274) 15 avqust 2017-ci il

Bannerlər