TRİXODİNOZ

A+
A
A-

Törədicisi. Xəstəliyi dəyirmikirpikli infuzorlar dəstəsinə mənsub olan trichodina acuta tr. nigra adlı parazitlər törədirlər.

Balıqçılıq su hövzələrində trixodinlərin müxtəlif növləri yayılmışdır.

Qəlsəmələrdə yaşayan canlı trixodinlərin diametri 30-40 mikron, dəridə yaşayanların ölçüləri isə 57-117 mikron arasında dəyişir. Xəstəliyin törədicisi hərəkətsiz halda papağa, hərəkət zamanı isə nimçəyə oxşayır. Parazitin üzəri iki kirpiklə örtülmüşdür.

Trixodinlər balıqların bədən səthində, üzgəclərində, qəlsəmələrində, gözünün billurunda parazitlik edirlər.

Epizootologiyası. Azərbaycanda balıqçılıq zavod və təsərrüfatlarında, təbii su hövzələrində külmə, həşəm, çəki, karp, ağ-amur, durnabalığı, sıf, şəmayı, xul, xramulya və s. balıqlarda aşkar edimişdir. Trixodinlər qeyri-cinsi yolla, ikiyə bölünməklə çoxalırlar. Parazit balıqdan ayrılıb suya düşür, müəyyən vaxt sərbəst üzərək başqa balıqlara yoluxur. Amil sərbəst üzən dövrdə suyun axını ilə və ya balıqların üzərində digər göllərə də yayıla bilir. Bu xəstəlik balıq körpələri üçün (sürfə mərhələlərindən iki yaşa kimi) daha çox təhlükəlidir. Trixodinlərə yoluxma əsasən may-avqust (suyun temperaturu 12-14°S olmaqla), mart-sentyabr aylarına (suyun temperaturu 18-22°S-yə çatdıqda) rast gəlinir.

Klinik əlamətləri. Xəstəliyə tutulmuş balıqların səthi boz-yaşıl rəngli seliklə örtülmüş olur. Klinik əlamətlər körpə balıqlarda, xüsusilə göllərdə yetişdirilənlər arasında görünür və tələfat baş verir. Yaşlı balıqlarda tələfat olmur. Onlar xəstəliyi körpələr arasında yayırlar.

Diaqnozu. Xəstəliyə balığın dəri və qəlsəmələrindən hazırlanmış yaxmaların mikroskopik müayinəsi zamanı trixodinlərin tapılmasına əsasən diaqnoz qoyulur.

Mübarizə tədbirləri. Balıqları xörək duzunun 3-5%-li məhlulunda 5 dəqiqə 1:4000 nisbətində hazırlanmış formalin məhlulunda 8-10 dəqiqə çimizdirmək lazımdır.

Formalini 1:10000 nisbətində duruldub çimizdirməni 15-20 dəqiqə ərzində aparmaq da mümkündür. Trixodinozun ən effektli müalicəsi bilavəsitə xəstə 1 yaşa qədər olan balıqların gölməçələrə yerləşdirildikdən sonra əsas orqanik boyayıcılarla (əsas açıq-yaşıl və bənövşəyi K) çimizdirilməsidir.

Profilaktika tədbirlərinin təşkili və aparılması qaydaları digər infuzorların törətdikləri xəstəliklərdə olduğu kimidir.

 

04.02.2015
420

Nəşrlər

  • 12(262) 23 dekabr 2016-cı il

  • 11(261) 25 noyabr 2016-cı il

  • 10(260) 27 oktyabr 2016-cı il

  • 09(259) 30 sentyabr 2016-cı il

Bannerlər