DƏVƏLƏRİN TAUNU

A+
A
A-

(Zooantroponoz taun)-Pestis camelorum

Dəvələrin taunu infeksion xəstəlik olub, hemorroji limfadenit, ağciyərlərin zədələnməsi, müxtəlif orqan və toxumalarda çox saylı qansağıntılarının meydana çıxması əlamətləri ilə xarakterlənir.

Tarixi məlumat. Xəstəlik dünyanın əksəriyyət ölkələrində qeyd alınmışdır. Gəmiricilərin taun ocağı Asiya, Afrika və Amerikada, eləcə də keçimş SSRİ-nin şərq və cənub-şərq regionlarında müşahidə olunmaqla insanlar və dəvələr üçün təhlükə yaradır.

Xəstəliyin törədicisi Yersinia pestis. Enterobacteriaceal ailəsinin Yersinia cinsinə məxsusdur.

Amil qram mənfi çöplər olub ( 0, 5 ...1,0) x ( 1,0 ...2,0) mkm ölçüyə malikdir.

Y.Pestis anilin boyaları ilə yaxşı boyanır, bipolyar boyanma törədici üçün xarakterikdir.

Amil zərif kapsula əmələ gətirir, hərəkətsizdir (qamçıları yoxdur), spor əmələ gətirmir.

PH 6,9-7,1 olan adi qida mühitlərində yetişdirilir. Kulturalaşdırılma zamanı optimal temperatur 28°C təmin olunmalıdır.

Güclü ekzo və endotoksin törədiciyə aid olmaqla, eritrositləri hemolizə uğradır.

Mürəkkəb antigen strukturuna malikdir (10 antigeni məlumdur).

Davamlılığı. Törədici yüksək temperatur və qurumanın təsirinə həssasdır.

Amil qaynama zamanı 1 dəqiqə, 60°C temperaturda 1 saatdan sonra məhv olur.

5%-li lizol məhlulu 2-10 dəqiqə, 5%-li fenol məhlulu 5-10 dəqiqə, müddətində törədicini öldürür. 0°C temperaturda amil 6 ay ərzində məhv olmur.

Y.pestis- taxılda 40 sutkayadək, torpaqda 7 ayadək, duzlanmış dəvə ətində 5 ayadək, xəstəlikdən ölmüş cəsədlə 18 ayadək yaşama qabiliyyətini saxlayır.

Epizootoloji məlumatlar. İnfeksiya törədicisinin təbii rezervuari- gəmiricilər hesab olunur. Xəstəliyə 300 növdən çox gəmirici tutulur. Dəvələrdən başqa, ev heyvanlarından-qoyun, keçi, donuz, pişik və uzunqulaqlar xəstəliyə tutulurlar.

Təbii olaraq dəvələrdə xəstəliyə tutulma, taunla yoluxmuş gəmiricilərin təmasda olması və dəvələri dişləməsi sayəsində baş verir.

Törədici ilə sirayətlənmiş yem nümunəsinin (ot və taxıl) alimentar qəbulu zamanı da yoluxma baş verir.

Xəstəliyə tutulmuş dəvələr, törədicini, burun axıntısı, yara nahiyəsindən qanaxma ilə, atılmış bala (abort), süd və sidik vasitəsi lə xaricə ifraz edirlər.

İnsanlar təbii şəraitdə xəstəliyə həssas omlaqla, yoluxma əsasən xəstəliyə tutulmuş heyvanların ət və süd məhsullarından istifadə edən zaman baş verir.

İnsanların yoluxmasında həmçinin taunlu gəmiricilər mühüm rol oynayır.

Patogenez. Orqanizmə daxil olmuş patogen amil (yersinia pestis), regionar limfa düyünlərində lokalizasiya edir və orada iltihabi hemorroji-nekrotiki proses baş verir. Nəticədə hematogen yolla törədici digər limfa düyünlərinə yayılır.

Xəstəlik törədicisinin toksiki təsiri nəticəsində parencimatoz orqanlarda və ürək əzələsində degenerativ dəyişikliklər, eləcə də qan sağıntıları meydana çıxır.

Xəstəlik nəticəsində ağ ciyərlərdə iltihab prosesi, əvvəlcə serozlu-hemorroji, sonra isə nekrotiki xarakterə malik olur.

Xəstəlik törədicisinin yüksək dozası ilə yoluxma zamanı, fərdlərdə limfatik baryer zəif olduqda, mikroblar qana keçir və hemorroji-septisemiya inkişaf edir.

Gedişi və kliniki əlamətləri. İnkubasiya dövrü 1-6 gündür. İnsanlarda bu dövr 207 gündür.

Xəstəlik iti, yarım iti və xroniki gedişata malik olmaqla, septiki, ağciyər və bubonn formasında özünü büruzə verir.

Xəstəlik iti gediş zamanı 2 gündən 8 günədək davam edir. Bu zaman xəstələrdə qızdırma, halsızlıq, iştahanın itməsi, gövşəmə aktının dayanması, nəbzin tezləşməsi və aritmiya meydana çıxır. Boğaz heyvanlarda isə abort baş verir.

Ağciyərlərin zədələnməsi nəticəsində tənəffüs tezləşir öskürək, burun boşluğundan axıntı müşahidə edilir.

İti gediş zamanı, səthi limfa düyünləri böyüyür və ağrılı olur.

Dəvələrdə xəstəliyin xroniki gedişi, bir qayda olaraq sağalma ilə nəticələnir.

Xəstəliyə yoluxmuş insanlarda qızdırma, halsızlıq, nəbzin tezləşməsi və aritmiya əlamətləri xarakterik sayılır.

Patoloji-anatomik dəyişikliklər. Xəstəlik nəticəsində orqan və toxumalarda çoxsaylı qan sağıntıları qeydə alınır. Ağciyər, qaraciyər, dalaq və ürək qanla dolu olur. Limfa düyünləri hiperplaziyaya uğrayır.

Parenximatoz orqanlarda degenerativ dəyişikliklər, ağciyərlərdə-pnevmoniya müşahidə olunur.

Diaqnoz. Xəstəliyə diaqnoz epizootoloji məlumatlar, epidemioloji və klinik xəritə əsas götürülərək, patoloji-anatomiki və bakterioloji tədqiqatlar nəticəsində qoyulur.

Patoloji material. Xəstəliyin laborator diaqnostikası məqsədilə ölmüş heyvanın cəmdəyi, yaxud limfa düyünləri, ağ ciyər, qaraciyər, dalaq, ürək və s.şəxsi profilaktika tədbirlərinə ciddi əməl edilməklə götürülərək göndərilir.

Heyvan diri ikən laboratoriyaya qan və sidik nümunələri göndərilir.

Laboratoriyada bütün tədqiqatlar taun əleyh stansiyaların işçiləri ilə birgə həyata keçirilir.

Laboratoriyaya qəbul edilmiş patoloji nümunə bakterioloji sxem əsasında müayinə olunur. Bu məqsədlə:

Mikroskopiya. Hazırlanmış yaxma Qram üsulu və metilen abısı ilə boyanaraq mikroskopiya aparılır.

Patoloji materialdan nümunə götürülərək, qida mühitlərinə əkilir, təmiz kultura ayrılır və identifıkasiya edilir.

Bioloji sınaq məqsədilə, törədicinin ayrılmış kulturası ilə ağ siçan və hind donuzu yoluxdurulur. Ayrılmış kulturanın identifıkasiyası, taun mikrobunun morfoloji, kultural, fermentativ, faqolizabil, aqqulitinabil xüsusiyyətinin öyrənilməsi əsasında həyata keçirlir.

Amili gəmiricilərin psevdotuberkulyozunun törədicisindən təfriq etmək vacibdir.

Təfriqi diaqnoz. Dəvələrin taunu qarayaradan (kliniki əlamətər və bakterioloji analizin nəticələrinə əsasən), tripanozomozdan təfriq oiunur.

İmmunitet. Taunla xəstə heyvanlar sağaldıqdan sonra, onlarda immunitet yaranır.

Xəstəliyin spesifik profilaktikası məqsədilə təklif olunmuş avirulent ştammdan hazırlanmış diri vaksin. Yaşlı dəvələrə dərialtı immunizasiya aparılır və 6 ayadək immunitet yaranır. İnsanlarda immunoprofilaktika vasitəsi yoxdur.

Profilaktika və mübarizə tədbirləri. Qeyri-sağlam rayonlarda xəstəliyə qarşı mübarizə işi, dezinseksiya və deratizasiya, sanitariya- gigiyena tədbirlərinin aparılması, gəmiricilərin artım dinamikasının öyrənilməsi, gəmiricilərin və keçirici faktorların (gənə) bakterrioloji nüayinəsi əsasında sistematik olaraq həyata keçirilir.

Qeyri-sağlam təsərrüfatlarda, dəvə südü yalnız qaynadıldıqdan sonra, qida amili olaraq istifadə oluna bilər.

Dəvə yununun emalı və nəql edilməsi qəti qadağan olunmaqla, təsərrüfatlarda qeydə alınmış xəstə və xəstəliyə şübhəli heyvanlar təcili ayrılaraq zərərsizləşdirilir, cəsəd dəri ilə birgə yandırılır.

Ərazidə ətraf mühitdə təmizləmə işləri və dezinfeksiya aparılır, gəmiricilər məhv edilir. Qeyri-sağlam məntəqələrdə sağlam heyvanlar taunəleyhi vaksinlə immunizasiya edilir.

Əgər gəmiricilər arasında taun epizootiyası mövcuddursa və anlar ləğv edilməmişsə, dəvələr 6 aydan sonra revaksinasiya olunur. Xəstəlik zamanı karantin, gəmiricilər arasında taun epizootiyasının kəsilməsindən 60 gün sonra götürülur.

İnsanlarda təhlükəsizliyin təmin edilməsində, sanitariya-gigiyena qaydalarına, şəxsi profilaktkiaya ciddi əməl olumnası vacibdir. Xəstəlik zamanı laboratoriya müayinələri xüsusi mühitlərdə aparılmaqla, şəxslər taun əleyhi geyim forması ilə təmin olunmalıdır.

 

04.02.2015
497

Nəşrlər

  • 12(262) 23 dekabr 2016-cı il

  • 11(261) 25 noyabr 2016-cı il

  • 10(260) 27 oktyabr 2016-cı il

  • 09(259) 30 sentyabr 2016-cı il

Bannerlər