Quş qripi zamanı Siz nəyi bilməlisiniz?.. Özünüzü və ailənizi necə qorumalısınız?

A+
A
A-

 

 

 

Canlı və ölmüş quşlarla (ördək, toyuq, göyərçin, bildirçin, qaz və ya vəhşi quşlarla) təmasda olmayın. Ev quşları saxlanan həyətyanı sahələr və diri quş bazarı yüksək risk əraziləridir.

Ailənizi və heyvanlarınızı qorumağın ən yaxşı yolu indidən başlamaqdır. Siz:

 

Quş tükü və maye şəklində olan tullantılara (nəcis, sidik, qanvəifrazat)toxunmamalısınız.

Xəstəliyə şübhəli quşlar və onların tullantıları ilə təmasda olarkən birdəfəlik əlcəklərdən (və ya ələ taxıian plastik torbalar), eynək və maskalardan istifadəetməiisiniz.

Xəstəliyə şübhəli quşlar və heyvanlar barəsində baytarlıq orqanlarına xəbər verməlisiniz. Ev quşlarını hazırlayarkən və bişirərkən xüsusilə ehtiyatlıolun.

Şəxsi gigiyena qaydalarına ciddi əməl edin. (öskürərkən və asqırarkən ağzınızı tutun, əllərinizi tez-tezyuyun).

 

Quş qripi toyuqlara necə keçir?

 

 

Hava: Quş qripi hava-damcı yolu ilə yayılır.

Peyin: Yoluxmuş peyinin bir qramı bir milyon quşu yoluxdura bilər.

Tüklər: Xəstələnmiş quşlarla təmasda olan toyuqlar onların tükləri vasitəsilə yoluxa bilərlər.

 

Unutmayın:

 

22В°C-də virus çirklənmiş səth və peyin üzərində4günə qədərsağ qalabilər.

Infeksiyanın m daşıyıcılari Virusla çirklənmiş avada paltar və nəqliyyat vasii xəstəliyi bir yerdən digs yaymaqla virusun mexaniki daşıycısı Ola bilər.

 

SAĞLAM QUŞLARIMZI necə qoruya bilərsiniz?

 

Çalışın ki, quşlarınız vəhşi quşlarla təmasda olmasın. Əgər mümkündürsə, ev quşlarını qapalı yerdəsaxlayın

 

Quşlarınıza nəzarət edin.

 

Quşlarınızda aşağıdakı simptomlara diqqət yetirin

 

Qəfil ölüm

Aktivliyin və yaiştahanın olmaması

Başın, göz qapaqlarının, pipiyin, saqqalın şişməsi

Saqqal və pipiyin çəhrayı rəng alması

Burundan ifrazat

 

QUŞ QRİPİ

Siz nəyi bilməlisiniz...

 

Siz, ailəniz və dostlarınız təhlükədədir.

XƏSTƏ VƏ YA ÖLMÜŞ QUŞLARA TOXUNMAYIN!

 

Xəstə və ya ölmüş quşlarla müvafiq hərəkət edin

 

Özünüzü və digərlərini qoruyun

Xəstə quşları daşımayın

Xəstə quşları satmayın

Xəstə quşları yeməyin

Digər canlıları xəstə quşlarla kontaktdan qoruyun

 

Şübhəli hallar barəsində baytarlıq orqanlarına mümkün qədər tez xəbər verin. Çox vacibdir ki, siz yerli icra, səhiyyə və baytarlıq orqanları ilə əməkdaşlıq edəsiniz ki, özünüzü, dostları n ızı, qonşularınızı qoruyasınız.

 

Unutmayın

körpələr bu xəstəli xüsusilə həssasdırlar. Əmin olun ki, uşağınız ev quşları ilə və ya onların tükləri, yaxud tullantıları ilə çirklənmiş sahədə oynamır

 

Quş qripi necə ötürülür?

 

Mənşəyi

Bəzi quş növləri quş qripinə başqalarından daha həssasdır. Yoluxma quşlarda geniş spektrli simptomlar yaradır. Bu, yüngül formadan yüksək yoluxma və sürətli ölümə qədər dəyjşir, nəticədə epidemiyaya səbəb olur.

 

Miqrasiya

Virus daşıyan miqrasiya edən vəhşi quşlar toyuqların yoluxmasının mənbəyi hesab olunur. Ölü quşlar, çirklənmiş su və yoluxmuş quşun ifrazatları virus mənbəyi ola bilər. Yoluxduqdan sonra həm vəhşi, həm də ev quşları (o cümlədən toyuq, ördək, qaz, hinduşka və göyərçin) xəstələnib ölə bilər. Alimlər bu virusu "H5N1"adlandırır.

Xəstəliyin yayılmasının qarşısını almağın yeganə yolu xəstəlik baş vermiş yerdə (ferma, həyatyanı sahə və s.) bütün quşların məhv edilməsidir. Bu çox çətin görünür, lakin xəstəlik o qədər yoluxucudur ki, o, sürətlə digər sahələrə də keçə bilər.

 

İnsanların yoluxması

İnsanlar yoluxmuş quşla birbaşa təmasda olmaqla yoluxa bilər.

 

Quşqripi

H5N1 quş qripi virusu xəstə quş və quş əti, onun ifrazatları və s. ilə təmasda olan insanlara keçir.

 

İnsan qripi

Adi qrip asanlıqla insandan insana keçərək hər il dünyada 36 000 insanı öldürür.

 

Pandemik qrip

Hər iki virusla yoluxmuş insan hibrid quş/insan qripi virusu yarada bilər. Bu cür son pandemiya zamanı 20 milyon insan məhv olmuşdur

 

XƏSTƏ VƏ ÖLÜ QUŞLARIN BASDIRILMASI

 

Quşları yaşayış ərazisindən uzaqda toplayın

Təhlükəsiz olaraq basdırın! Və ya...

...Cəsədlərini yandırın və ya torpağı ən azı 2 m dərinlikdə qazın, Həmin yeri dezinfeksiya edin, Basdırın...

 

Özünüzü qoruyun birdəfəlik əlcəklərdən (və ya plastik torbalar), eynəkdən, maska və ya şarfdan istifadə edin.

 

Unutmayın ki, uşaqlar xəstəliyə qarşı daha həssasdırlar. Xüsusilə diqqətli olun ki, uşaqlarınız quşlarla oynamasın və ya quşların tükləri, yaxud ifrazatları ilə çirklənə biləcək istənilən ərazidən uzaq olsunlar. Siz özünüzü və ailənizi bu xəstəlikdən qorumaq üçün sadə tədbirlər görə bilərsiniz. Zəhmət olmasa, bu bukleti bir daha diqqətlə oxuyun və əgər nə isə aydın deyilsə məsləhət üçün həkimə müraciət edin.

 

07.01.2017
1109

Nəşrlər

  • 15(277) 17 oktyabr 2017-ci il

  • 13-14(275-276) 07 sentyabr 2017-ci il

  • 12(274) 15 avqust 2017-ci il

  • 10-11(272-273) 19 iyul 2017-ci il

Bannerlər