Qamboro

A+
A
A-

 

 

 

Qamboro xəstəliyi həm də infeksion bursal adlandırılır. Xəstəlik son 30 il ərzində Azərbaycanda qeydə alınmayıb.

Etiologiya: Qamboro xəstəliyi respirator simptomlu, ağ sulu nəcis, halsızlıq, bursanın (kisə) atrofiyası və bundan sonra immun çatışmamazlığı ilə xarakterizə olunur. Birnavirid ailəsinə aid iki ştamma malik RNT virusu ilə törədilir. Virus bursanın hüceyrələrini zədələyir və ona görə xəstəlik adətən fəal bursa olan heyvanlarda (yumurtadan çıxan gündən-16 həftəliyə kimi) yaranır.

 

Xəstəlik nəfəs çatışmamazlığı, traxeyada qanlı eksudatın əmələgəlməsi ilə müşahidə edilir. Ən kəskin infeksiya 3-6 həftəlik cücələrdə olur. Xəstəlik artıq dərəcədə yoluxucudur, yoluxmuş quşların ağciyərindən, traxeyasından, dalağından, böyrəklərindən və bursasından virus ayırmaq olar.

 

Həssaslıq: İlkin olaraq xəstəlik toyuqlarda olur.

 

Yayılması: Xəstəlik dünyanın hər bir yerində yayılmışdır. Onun yaratdığı immun çatışmamazlığına görə ikinci infeksiyalara yol açır və bu da öz növbəsində ciddi maddi itkilərə gətirib çıxara bilir.

 

Yoluxma: Xəstəlik quşdan quşa keçməklə və ya yoluxmuş ətraf mühitdən baş verir. Gəmiricilər də xəstəliyin daşıyıcısı ola bilərlər.

 

Kliniki əlamətlər: Xəstəliyn inkubasiya dövrü müəyyən edilməmişdir. Xəstəlik iti xronikigedişlidir. Xəstəlik qəflətən başlayır və qısa dövr ərzində qşuların 80-90 %-ni əhatə edir. Xarakterik kliniki əlamətər quşlarda diariya, ağ rəngdə kal, iştahın itməsi və halsızlıqdır. Quşlar öz kloakasını dimdikləyirlər, dimdiyini yerə qoyub yatırlar. Ölüm faizi adətən yüksək deyil, lakin xəstələnmə faizi çox yüksək olur. Xəstə və sağalmış quşlarda ikinci infeksiyanın yaranması riski çox böyükdür. Bu faktor diaqnostikanı da çətinləşdirir.

 

Patoloji-anatomik dəyişikliklər: Bursa şişir, qansızmalar və sarı rəng müşahidə edilir. Bir neçə gündən sonra o uzunlaşır, sümüklər yumşalır, böyrəklər şişir, əzələ və mədəaltı birləşmələrdə qansızmalar görünür.

 

Diaqnoz: Xəstəliyin tarixi önəmlidir, müşahidə olunan toyuqların görünüşü və təsadüf başlanğıc əsas götürülə bilər. Adətən bu xəstəliyə cavan quşlar yoluxur. Virusun ayrılması və ya fluorissent antitel testi ilə təsdiq oluna bilər. Ancaq şişmiş bursa da kifayət qədər inamlı əlamətdir.

 

Müalicə: Xəstəliyin müalicəsi qeyri-spesifikdir. İkinci infeksiyaların qarşısını almaq üçün antibiotiklərdən (tetrasiklindən başqa) istifadə olunur. İshal zamanı vitamin-elektrolit terapiyası kömək edir.

 

Profilaktika: Diri virusla peyvənd edilməsi mövcuddur və onun istifadəsi məsləhətdir. Ciddi təmizlik işləri ilə xəstəliyin sikli pozula bilər.

 

 

16.01.2017
1050

Nəşrlər

  • 15(277) 17 oktyabr 2017-ci il

  • 13-14(275-276) 07 sentyabr 2017-ci il

  • 12(274) 15 avqust 2017-ci il

  • 10-11(272-273) 19 iyul 2017-ci il

Bannerlər