NYUKASL XƏSTƏLİYİ

A+
A
A-

Nyukasl xəstəliyi (yalançı taun, atipik taun, asiya taunu) psevdopestis avium da adlanır.

 

Quşların yüksək kontagioz virus xəstəliyi olmaqla respirator və visseral orqanların, mərkəzi əsəb sisteminin zədələnməsi və yüksək tələfat verməsi ilə səciyyələnir.

 

Törədicisi- paramiksoviruslar qrupundan 1-ci qrup serotipinə mənsub, tərkibində RNT olan virusdur. Patogenliyinin müxtəlif olmasına görə nyukasl virusu ştammları bölünürlər: lentogen ştammlar (çox zəif)-bütün yaşda cücələr üçün apatogen; mezogen (orta) ştammlar- toyuq embrionlarmı öldürür, 30 günlüyə qədər cücələrdə respirator nişanələr və tələfat törədir; velogen (çox qüvvəli) - bütün növ və yaşda quşlar üçün patogen olan virulentli epizootiki ştammlar. Virus toyuq eritrositlərini aqqlyutinasiya edir və toyuq embrionunda yaxşı çoxalır.

 

Virus xarici mühitdə davamlıdır. O, dezinfeksiya maddələrindən ən çox natrium qələvisinə, formaldehid və xlorlu əhəngə həssasdır.

 

Epizootologiyası - təbii şəraitdə nyukasl xəstəliyinə toyuq, sesarka, hinduşka, qırqovul, kəklik və tovuz quşu həssasdır. Onlardan ən çox həssası toyuqlardır. Cavan quşlar daha həssasdırlar.

 

İnfeksiyanın mənbəyi xəstə və virus daşıyıcı quşlar, məhv edilməmiş cəsədlərdir.

 

Nyukasl virusu vəhşi quşlar və siçandan da ayrılmışdır.

 

Nyukasl xəstəliyindən ölmüş və məcburi kəsilmiş quş cəsədləri, xəstə toyuğun yumurtaları, vəhşi heyvanlar, çirklənmiş əşya, avadanlıq, tara, nəqliyyat vasitəsi, insanlar və s. vasitəsilə, eləcə də xəstəlik olan binadan ixrac edilən hava ilə yayılır.

 

Klinik nişanələri. İnkubasiya dövrü 2-7, nadir hallarda 12-20 gündür. Peyvənd olunmuş quşlarda virus 13-30, hətta 43 gündən sonra xəstəlik törədə bilir. Xəstəlik iti gedişdə 1-4 və yarımiti gedişdə 6-10 gün çəkir. Əvvəlcə tənəffüsün, sonra isə əsəb sistemiin pozulması əlamətləri görünür. Ölüm halları 5-7%-dən 60-70%-ə qədər ola bilir.

 

Nisbənət yaşlı cavanlar və yaşlı quşlarda zəiflik, iştahsızlıq, yumurtalamam azalması, qabığın nazilməsi və tələfatın artması müşahidə olunur. xəstəlik 2-3 həftə çəkir. Stasionar qeyri salamat təsərrüfatlarda xəstəlik əsasən cücələrdə müşahidə olunur.

 

Patoloji-anatomiki dəyişiklikləri - xəstəliyin iti formasında əsas xarakterik dəyişikliklər vəzli mədədə məməciklərin üzərində kəmərvari qan sağıntısı və kor bağırsağın buferkasiya nahiyyəsində - haçalandığı yerdə selikli qişada üzəri qan sağıntılı butonvari difteritiki şişginliyin olmasıdır. Passiv immuniteti olan və peyvənd olunmuş quş cəsədlərində patoloji-anatomiki dəyişikliklər zəif biruzə verir. Əsas xarakterik dəyişiklik kor bağırsağın buferkasiyasında yaranan kiçik butonlar-qan sağıntılarıdır.

 

Pnevmotrop virusla yoluxmuş quş cəsədlərində əsasən kütləvi pnevmoniya müşahidə olunur.

 

Peyvənd olunmuş yaşlı quşlar arasında çox vaxt peritonit və hepatit aşkar olunur. Belə hallarda nyukasl xəstəliyi üçün xas olan dəyişiklikləri tapmaq həmişə mümkün olmur.

 

Diaqnozu - epizootoloji məlumata, klinik nişanələrə, patoloji- anatomik dəyişikliklərə, virusoloji, bioloji və seroloji müayinələrin nəticəsinə əsasən qoyulur.

 

Xəstəliyin iti formasında diaqnoz çətinlik törətmir. Lakin təsərrüfatlarda quşların peyvənd edilməsilə əlaqədar xəstəlik klinik əlamətlər və patoloji-anatomik dəyişikliklər müşahidə olunmadan keçdiyinə, digər virus və bakterial infeksiyalar qarışdığına görə diaqnoz çətinləşir. Belə hallarda diaqnozu qoymaq üçün patogen virusun ayrılması vacibdir.

 

Quşların nyukasl xəstəliyinə görə salamat olması hemaqqlyutina- siyamn ləngidilməsi reaksiyanın (HALR) köməyi ilə qan serrumunda əkscismlərin titrilə də müəyyənləşdirilə bilər. Əgər peyvənddən 3 ay sonra qanda əkscismlərin titri 1:2048 və ondan yuxarı olarsa, bu quşların epizootik ştammla kontaminasiyasını göstərir.

 

Nyukasl xəstəliyi avitaminoz B1, E infeksion ensefalomielit, bronxit, larinqotraxeit, pasterelyoz və kolibakteriozdan təfriq edilməlidir.

 

Mübarizə tədbirləri və profilaktika - Xəstəlikdən sağalmış quşlarda uzun müddətli (2 il və daha çox) immunitet yaranır.

 

İmmun quş orqanizmindən əkscismlər transovarial yolla cücəyə verilir və bu onları ilk günlərdə nyukasl virusunun patogen təsirindən qoruyur.

 

Quşlarda fəal immunitet yaratmaq üçün vaksinlərlə peyvənddən istifadə edilir. İmmunitetin mexanizmində humoral immunitetdən

 

başqa yerli-tənəffüs yollarının toxuma immuniteti də böyük rol oynayır. Bu səbəbdən peyvəndin intranazal, gözə damızdırma, yaxud aerozol üsulla aparılması səmərəlidir. Nyukasl xəstəliyindən quşları qorumaq üçün əsas tədbir peyvəndləmədir.

 

Təsərrüfatın epizootik vəziyyətindən və istiqamətindən asılı olaraq müxtəlif vaksinlər və peyvənd sxemindən istifadə edilir.

 

Hazırda ən geniş istifadə olunan B1, La-Sota, klon 30 və H ştammlarından hazırlanan diri və inaktivasiya olunmuş vaksinlərdir. Bunlardan başqa xaricdən (Almaniya, Fransa) alınan diri, qurudulmuş CEBAK new α; CEBAK uni α; CEBAK new k vaksinlərindən də istifadə edilir. Qeyd olunan vaksinləri 4 sutkalıq və yuxarı yaşda olan cücələrə intraokulyar və içirtmə üsulları ilə verilir. Təkrar peyvənd birincidən 4 həftə sonra aparılır. İntraokulyar (gözə) üsulu üçün vaksinin 1000 dozası 30 ml suda həll edilir; 1 damcı (0,03 ml) bir dozadır. tçirtmə üçün 1000 doza vaksinə aşağıda göstərilən miqdarda qaynadılmış və soyudulmuş su ilə həll edilir:

 

Quşların yaşı

Suyun miqdarı

Doza miqdarı

3-4 həftə

9-101

1000

4-8 həftə

10-20 1

1000

8 həftədən böyüklərə

20-40 1

1000

 

CEBAK new k vaksini 4-5 aylıq toyuqların (yumurtlamanın başlanmasına 4-5 həftə qalmış) döş əzələsinə, yaxud boyun nahiyəsində dərialtına 0,5 ml dozada yeridilir.

 

Onlar təlimat əsasında işlədilməlidirlər. Peyvəndin vaxtı, səmərəsi HALR-nm köməyi ilə əkscismlərin titrini təyin etməklə müəyyənləşdirilir. Belə ki, cücələr 8-10 günlüyə çatanda (birinci peyvənddən əvvəl) və peyvənddən 15 gün sonra quşxanadan 20-25 baş cücədən qan alınıb immunitetin gərginliyi HALR ilə yoxlanılır. Əgər qan nümunələrinin 20% və daha çoxunda əkscismlərin titri l:8-dən aşağı olarsa onda peyvənd aparılır.

 

Epizootik vəziyyət mürəkkəb olan təsərrüfatlarda cücələri birinci gündə peyvənd edirlər.

 

Peyvənddən əlavə infeksiyanın quşçuluq təsərrüfatına gətirilməsinin, yayılmasının və oradan kənara çıxarılmasmın qarşısmı almaq üçün nyukasl xəstəliyi ilə mübarizə tədbirlərinə dair mövcud təlimatın şərtlərinə sözsüz əməl edilməlidir.

 

04.02.2015
1454

Nəşrlər

  • 02(264) 23 fevral 2017-ci il

  • 01(263) 27 yanvar 2017-ci il

  • 12(262) 23 dekabr 2016-cı il

  • 11(261) 25 noyabr 2016-cı il

Bannerlər