QUŞLARIN İNFEKSİON BURSAL XƏSTƏLİYİ

A+
A
A-

Quşların infeksion bursal xəstəliyi (İBX, Qamboro xəstəliyi, infeksion bursit) - Bursitis infektiosa - geniş yayılmış, az öyrənilmiş iti keçən kontagioz virus xəstəliyi olmaqla cücələrin limfoid orqanlarının xəstələnməsi ilə immunodefısitin inkişafı, nəticədə quşların yoluxucu xəstəliklərə həssaslığının artması, böyrəklərin zədələnməsi, əzələdaxili qan sağıntıları və diareya ilə səciyyələnir.

Törədicisi. Reoviruslar qrupuna daxil olan virusdur. Hazırda virusun xəstə cücələr və hinduşqa balalarından ayrılmış 2 variantı məlumdur. Onların antigenlik qohumluğu 30%-i keçmir.

Epizootologiyası. Xəstəlik çox vaxtı 2-15 həftəlik cücələr arasında baş verir və qısa vaxtda binadakı cücələrin hamısı xəstələnir və 2-3 həftədən sonra qonşu binadakı cücələr arasında görünə bilir. Çox vaxtı xəstəliyi ilk dəfə 40- 60 günlük cücələrdə müşahidə edirlər, baxmayaraq ki, sonra körpə 12 günlük cücələr və 120 günlük cavanlarda xəstələnirlər. Ətlik cücələr yumurtalıq cücələrə nisbətən daha kiçik yaşda xəstələnirlər. Xəstəlik 5-7, bəzən 7-10 gün çəkir.

Cücələrin immun vəziyyətindən və virusun virulentliyindən asılı olaraq İBX yarım iti və gizli formada gedir. Salamat olmayan təsərrüfatın yumurtalarından çıxan cücələr əsasən 17-22 günlük yaşda xəstələnirlər və bu vaxtı tələfat çox olmur. Salamat təsərrüfata kənardan virus gətiriləndə cücələrin tələfatı çox olur.

İnfeksiyanın mənbəyi xəstə quşlardır. Virusdaşıyıcılığın müddətinin uzun olmaması ehtimal olunur. Virusun təsərrüfatda qalmasının əsas səbəbi onun binada 122 günə qədər diri qalmasıdır. Xəstə cücələrin ifrazatları ilə çirklənmiş yem, su və əşyalar vasitəsilə sağlam cücələr yoluxur. Virusun yumurta vasitəsilə yayıla bilməsi haqqında məlumat vardır.

Klinik əlamətləri. Virusa həssas cücələrdə xəstəliyin ilk nişanələri yoluxmadan 2-3 gün sonra müşahidə olunur və təxminən 7 gün çəkir. Çox vaxtı ölmüş quşu ayaqlan və boynu uzanmış şəkildə tapırlar.

Qeyd etmək lazımdır ki, İBX körpə cücələrdə immunogenezi pozur, ona görə də marek, nyukasl xəstəlikləri və infeksion bronxitə qarşı peyvənd edərkən bunu nəzərə almaq lazımdır.

Xəstəliyin ilk klinik nişanələri - iştahın qəflətən kəskin azalması, ağımtıl-sarı rəngdə duru nəcis ifrazı, tüklərin pırpızlaşması, süstlük, başın və ayaqların əsməsi qəflətən ölümlə nəticələnir. Adətən respirator nişanələr görünmür.

Xəstələnmə ayrı-ayrı partiyalarda 100%, tələfat isə 55%-ə qədər olur. Xəstələnmə və ölüm tez artır və 3-4-cü gündə maksimuma çatır, 8-9-cu gündən sonra tələfat azalır. Çox vaxtı 4-5 həftəlik cücələr xəstələnərək ölürlər.

Patoloji-anatomik dəyişiklikləri. İBX-nin klinikası ilə ölmüş və kəsilmiş cücələrdə əsas etibarilə dərialtı toxumanın quru olması, skelet və döş əzələlərində müxtəlif forma və böyüklükdə qan sağıntıları müşahidə edilir. Qan sağıntıları həmçinin fabrisius kisəsi və əzələli mədə ilə vəzli mədənin sərhəddində olur. Fabrisius kisəsi 2-3 dəfə böyüməklə iltihaba uğrayır və bəzən qan sağıntıları o qədər kəskin olur ki, o gilənarı xatırladır. Böyrəklər şişir, böyrək ləyəni və sidik axarlarına sidik duzları yığılır, qaraciyərdə şişkinlik və infarkt ocaqları olur. Dalaq xəfif böyüyür, zəif kataral enterit müşahidə olunur. Kor bağırsaqların mindal vəzləri böyüyür və üzərində nöqtəvari qan sağıntıları olur.

Bəzi quşçuluq təsərrüfatlarında İBX klinik nişanələr, patanatomiki dəyişikliklər və tələfatın artması müşahidə edilmədən, çəki artımının azalması və Nyukasl xəstəliyinə qarşı peyvənddən sonra immunitetin zəif olması ilə özünü büruzə verən ikinci immunodeflsit əlamətləri ilə subklinik formada keçir. Bu formada fabrisius kisəsi xəstəliyi keçirənlərdə olduğu kimi atrofıyalaşır.

Diaqnozu. Xəstəliyin iti gedişində diaqnozu təyin etmək üçün xəstəliyin kütləvi baş verərək yayılmasının, müddətinin qısa olmasının və 7- 10 gündə yüksək ölümlə nəticələnməsinin əhəmiyyəti böyükdür. Ona görə də diaqnozu təyin edərkən epizootoloji məlumata, klinik nişanələrə və patanatomik dəyişikliklərə əsaslanmaqla laboratoriya müayinələrinin-aqarda diffuz presipitasiya reaksiyasının, virusun ayrılması və bioloji sınağın nəticələrinin əhəmiyyəti vardır. Virusun quşçuluq təsərrüfatlarında geniş yayılması ilə əlaqədar olaraq təmiz embrion və cücə tapılması çətin olduğuna görə xəstəliyin klinik formasında diaqnozu epizootoloji məlumata, klinik nişanələrə, patanatomik dəyişikliklərə və DPR-in nəticələrinə (standart hiperimmun serrus + xəstə cücələrin fabrisius kisəsindən hazırlanan antigen, xəstə cücələrin qan serrumu+standart İBX virusu - antigeni) əsasən qoymaq olar.

Subklinik formada isə virusun ayrılması, toxuma kulturasında neytrallaşdırma reaksiyasının köməyi ilə virusun identifıkasiyası, bioloji sınağın qoyulması vacibdir.

Diaqnozu qoyarkən İBX-ni nyukasl və marek xəstəliklərindən, göbələklərlə zəhərlənmədən, limfoidli leykozdan, nefroz - nefrit sindromu və piy toksikozlarından təfriq etmək lazımdır.

Mübarizə tədbirləri və profilaktika. Bu məqsədlə xəstəliyin diaqnozunun vaxtında qoyulması, baytarlıq-sanitariya və zoogigiyeniki tədbirlər kompleksini və spesifik profilaktikanı aparmaq vacibdir.

Spesifık profilaktika üçün diri quru virusvaksindən və inaktivləşdirilmiş vaksindən onların təlimatlarına müvafiq istifadə edilir. Cücələrin 10-14 gün fasilə ilə 2 dəfə içirtmə, buruna, gözə damızdırma yolu ilə peyvənd olunması səmərəli hesab edilir. Peyvəndin müddətini passiv əkscismlərin titrinə əsasən müəyyən edirlər. Mürəkkəb epizootik situasiya olan təsərrüfatlarda 3 dəfə peyvənd məsləhət bilinir. Son vaxtlarda anac toyuqları peyvənd etmədən cücələrin ilk günlərdə attenuasiya olunmuş virusla, yaxud inaktivasiya olunmuş vaksinlə peyvəndi səmərəli hesab olunur.

Bunlardan başqa xaricdən alınan CEBAK ΙβƊα; CEBAK Qumboa α- diri qurudulmuş vaksinlərindən də istifadə edilir.

CEBAK ΙβƊα vaksini quşların ilkin peyvəndləndirilməsi üçün içirtmə üsulu ilə verilir. Peyvəndləmədən əvvəl 1,5-3 saat müddətində quşlara su verilmir. Vaksin qaynadılmış və soyudulmuş suda aşağıdakı qaydada həll edilir:

  

Suyun miqdarı

Doza miqdarı

9-101

1000

10-20 1

2500

20-40 1

10000

 

CEBAK Qumbo α - diri qurudulmuş vaksin ilə peyvəndləmə içirtmə üsulu ilə iki dəfə aparılır. Vaksin qaynadılmış və soyudulmuş su ilə aşağıdakı qaydada həll edilir. 1 litr suya 2,5 qr yağsızlaşdırılmış quru süd qatılır.

 

Quşların yaşı

Suyun miqdarı

Doza miqdarı

8-10 sutkalıq

5-7,5 1

500

 

10-15 1

1000

 

50-751

5000

4-8 həftə

10-151

500

 

20-30 1

1000

 

100-150 1

5000

8 həftədən böyüklərə

201

500

 

401

1000

 

2001

5000

 Vaksinin xəstə və yoluxmaq təhlükəsi olan təsərrüfatlarda təşkilat-təsərrüfat, texnoloji və baytarlıq-sanitariyası tədbirləri ilə kompleks tətbiq edilməsi xəstəliyin yenidən baş verməsinin qarşısını almaqla onun tam ləğv edilməsi üçün şərait yaradır.

04.02.2015
1641

Nəşrlər

  • 02(264) 23 fevral 2017-ci il

  • 01(263) 27 yanvar 2017-ci il

  • 12(262) 23 dekabr 2016-cı il

  • 11(261) 25 noyabr 2016-cı il

Bannerlər