TOYUQLARIN İNFEKSİON BRONXİTİ

A+
A
A-

 

 

 

İnfeksion bronxit - İnfectious bronchitis - toyuqların çox iti kontagioz xəstəliyi olmaqla yaşlı quşlarda yumurta məhsulunun uzun müddətə kəskin azalması, cücələrdə isə tənəffüs orqanlarının xəstələnməsi əlamətləri ilə səciyyələnir.

Törədicisi virusdur. O, Coronavirus ailəsinə aid olmaqla 30 serotipi məlumdur. İnfeksion bronxit virusu xarici mühitdə davamlıdır. O, xəstə cücələrin toxumasında 50%-li qliserin məhlulunda 4°C-də 80 günə, peyində, binaların divarında, yem və su qablarında 50-90 günə, donmuş suda 50 günə, qış dövründə binanın daxilində ağac, kərpic və metal səthdə 21 günə, binadan kənarda 50 günə qədər diri qalır. Dezinfeksiya maddələri formalin və karbol turşusunun 1%-li məhlulları, 70%-li spirt virusu 3 dəqiqəyə öldürür.

Epizootologiyası. İnfeksion bronxitə müxtəlif yaşlarda olan toyuqlar həssasdırlar. Lakin 30 günlüyə qədər cücələr və yumurtalamağa başlayan cavanlar daha həssasdırlar. Xəstəliyi yaşlı toyuqlar yüngül keçirərək tezliklə sağalırlar və xəstəliyi keçirən dövrdə yumurta məhsulu azalır. Cücələr arasında tələfat 20-30%-dən də artıq ola bilər.

Qırqovul və bildirçinlər də xəstəliyə həssasdırlar.

İnfeksiya mənbəyi xəstə və xəstəliyi keçirmiş quşlardır.

Xəstə quş virusu ağız, burun axıntısı və nəcislə yayır. Əgər toyuqlar yumurtalayan dövrdə xəstəliyin iti forması ilə xəstələnirsə, onda virusu yumurta ilə, xəstəliyi keçirmiş quşlar isə virusu ancaq nəcislə ifraz edirlər. Virus həmçinin yoluxmuş bina, yem və su qabları, döşəmənin altlığı, xidmətçilərin ayaqqabısı və paltarı vasitəsi ilə də yayılır. Yoluxma əsas etibarilə aerogen, bəzən alimentar və transovarial yollarla olur.

Klinik əlamətləri. İnkubasiya dövrü 3-8 gündür. 30 günlüyə qədər olan cücələrdə süstlük, yuxululuq, tənəffüsün çətinləşməsi, asqırma müşahidə olunur. Cücələr nəfəs alanda boyunlarmı qabağa yuxarı uzadaraq ağızlarını açırlar. Burun yollarının serozlu axıntı ilə tutulması ilə əlaqədar olaraq cücələr tez-tez başlarmı silkələyərək burunu təmizləməyə çalışırlar. Traxeyada, bronxlarda və hava kisələrində eksudatın toplanması ilə əlaqədar olaraq cücələrin köks qəfəsəsinə qulaq asanda pişik myoltusunu xatırladan xışıltı eşidilir. Sonra serozlu konyunktivit, sinusit baş verə bilər.

Xəstəlik 30 gündən böyük yaşda olan cücələrdə bir qədər yüngül formada keçir.

Baytarlıq-sanitariya vəziyyəti kifayətləndirici olmayan təsərrüfatlarda cücələrin 60-80%-i xəstələnə bilirlər. Bunların 30-40%-də konyunktivit və sinusit əlamətləri görünür ki, bu da xəstəliyin kolibakterioz yaxud mikoplazmozla mürəkkəbləşməsi ilə əlaqədardır.

Yaşlı toyuqlarda tənasül üzvlərinin xəstələnməsi ilə əlaqədar olaraq yumurta məhsulunun 30-40%, bəzən isə daha çox azalması müşahidə olunur. Bu vaxt yumurtaların bəziləri deformasiyalı - qabığı hamar olmayan, girintili-çıxıntılı olurlar. Bununla yanaşı rinit, konyunktivit, bəzən tənəffüsün çətinləşməsi əlamətləri görünür.

Patoloji-anatomiki dəyişiklikləri. Əsas etibarilə burunun, gözaltı sinusların, traxeyanın selikli təbəqəsinin hiperemiyası, bronxlar və hava kisələrinin serozlu-fibrinozlu iltihabı, bəzən isə bronxlara fibrinin toplanması müşahidə olunur.

Yaşlı quşlarda yumurtalıq və yumurta yolunun infantilizmi, yumurta follikullarınm atrofıyası, yumurta yolunda histalar tapılır.

Diaqnozu. Epizootoloji məlumatı, klinik nişanələri, patanatomik dəyişiklikləri nəzərə almaqla virusoloji müayinənin nəticəsinə əsasən diaqnozu təyin edirlər. Onu infeksion larinqotraxeit, nyukasl, mikoplazmoz, hemofılyoz və soyuq dəyməsi ilə əlaqədar olan tənəffüs yolu xəstəliklərindən təfriq etmək lazımdır.

Virusoloji müayinədə virusun ayrılması, bioloji sınaq və seroloji reaksiyalardan- diffuz presipitasiya reaksiyası, toyuq embrionlarında virusu neytrallaşdırma reaksiyası və düzünə olmayan hemaqqlyütinasiya reaksiyasından istifadə edirlər.

Mübarizə tədbirləri və profilaktika. Xəstəlik törədicişinin təsərrüfatda yayılmasına yol verilməməsi məqsədilə təşkilat-təsərrüfat, profilaktika və baytarlıq-sanitariya tədbirləri kompleksini bütünlüklə yerinə yetirmək lazımdır.

Xəstəlik baş verdikdə ümumi və spesifik tədbirlər görülməlidir. Spesifik profilaktika üçün diri və inaktivləşdirilmiş vaksinlərdən istifadə olunur. Diri vaksinlərin yaratdığı immunitetin müddəti uzun və gərginliyi yüksək olur. İnaktivasiya olunmuş vaksinlər cücələri xəstəliyin respirator formasından müdafiə etmir, lakin qeyri-salamat təsərrüfatda toyuqlarda yumurta məhsulunun azalmasının qarşısını alır. Vaksinlər təlimata müvafiq işlədilir: onları içirtmə, buruna damızdırma, intraokulyar yaxud aerozol üsullarla tətbiq etmək olur.

Yeni, xaricdə istifadə olunan CEBAK BRON 120 α və CEBAK MASS α liofilizə edilmiş vaksinlərindən də istifadə edildikdə yüksək profilaktiki nəticələr alınır. CEBAK MASS a liofılizə edilmiş vaksini infeksion bronxitə qarşı peyvəndləmək üçün 4 günlük sağlam cücələri intraokulyar intranazal üsullarla verilir. Bunun üçün vaksinin 1000 dozası (1 ampula) 30 ml qaynadılmış və soyudulmuş suda həll edilir, 1 damla (0,03 ml) 1 doza hesab edilir.

İçirtmə üsulu ilə peyvənd etmək üçün 1000 dozaya aşağıdakı miqdarda su əlavə edilir:

 

Quşların yaşı Suyun miqdarı

Doza miqdarı

3-4 həftə | 9-101

1000

4-8 həftə

10-201

1000

8 həftədən böyüklərə

 

1000

 

CEBAK BRON 120 α- diri, qurudulmuş cücələr ilk günlərindən peyvəndlənə bilərlər. Vaksin cücələrə içirtmə, intraokular və intranazal üsullarla verilir.

İntraokulyar və intranazal üsullarla peyvəndləmə aparmaq üçün vaksinin 1000 dozası 30 ml qaynadılmış və soyudulmuş suda həll edilir. 1 damla (0,03 ml) 1 dozaya müvafiqdir. İçirtmə üsulu ilə peyvəndləmə üçün vaksinin 100 dozası 20-30 litr suda həll edilir. Vaksin yaşlı quşlarda mürəkkəbləşmə verə bilər. Peyvəndlə yanaşı təsərrüfatda bu xəstəliklə mübarizə haqqındakı təlimata müvafiq tədbirlər görülür.

Həftədə 2 dəfədən az olmamaq şərti ilə binanın havasını quşların iştirakı ilə aerozol üsulla dezinfeksiya edirlər; tərkibində 2% fəal xlor olan hipoxlorid natri məhlulu ilə - 0,5 ml/m3, süd turşusunun 40%-li məhlulu ilə 100 mq/m3, hidrogen peroksidlə 100 ml/nr, yodla alüminium və xlorlu əhənglə skipidar qarışıqları ilə qəbul olunmuş dozalarda.

Binanın ətrafındakı ərazini və yolları həftədə 1-2 dəfə 1%-li formalində yeyici qələvinin 3%-li məhlulu ilə dezinfeksiya edirlər.

Təsərrüfatı sağlamlaşdırarkən inkubasiyaya 2 ay fasilə verirlər. Bu müddətdə inkubatorda ciddi təmizlik və dezinfeksiya aparırlar.

Fasilədən sonra inkubasiya üçün təsərrüfatın özünün anac toyuqlarının yumurtasını, yaxud infeksion xəstəliklərə görə salamat olan təsərrüfatdan gətirilən yumurtaları istifadə edirlər.

30.01.2017
12839

Nəşrlər

  • 16-17(278-279) 08 noyabr 2017-ci il

  • 15(277) 17 oktyabr 2017-ci il

  • 13-14(275-276) 07 sentyabr 2017-ci il

  • 12(274) 15 avqust 2017-ci il

Bannerlər