QUŞLARIN İNFEKSİON LARİNQOTRAXEİTİ

A+
A
A-

 

Quşların infeksion larinqotraxeti-Laryngotracheitis infectiosa toyuq, hinduşka, sesarka və qırqovulların virus xəstəliyi olmaqla yuxarı tənəffüs yolları və gözün xəstələnməsi əlamətləri ilə səciyyələnir.

Törədicisi - herpes qruppasma daxil olan virusdur. 0,10-11 günlük toyuq embrionunun xorioallantois pərdəsində yaxşı çoxalır.

Epizootologiyası. İnfeksiya mənbəyi xəstə və xəstəliyi keçirmiş quşlar olmaqla onlar bir ildən artıq virusdaşıyıcı olurlar. Virus əsas etibarilə aerogen yolla yayılır, lakin yoluxmuş avadanlıq, inventar və yem, yumurtanın qabığı vasitəsilə də keçir.

Klinik əlamətləri. Xəstəlik 1-8 aylıq quşlar arasında baş verir, 120- 150 günlük cavanlar arasında daha iti formada keçir. Xəstəliyin larinqit, traxeit və konyunktivit formaları olmaqla onlar çox iti, iti, yarımiti və xronik formalarda baş verirlər.

Xəstəliyin çox iti forması qəflətən baş verməklə quşun 80%-i eyni vaxtda xəstələnir. Xəstə quşlar çətin nəfəs almaqla boğulmaya bənzər səs çıxarırlar. Öskürdükdə ağzından laxtalanmış qanla qarışıq selik axır. Xəstəlik 1-3 gün çəkməklə ölümlə nəticələnir. Tələfat 60%-ə qədər ola bilər.

İti formada quşun əksəriyyəti xəstələnir və xəstəlik 3-5 gün çəkir. Quşlar .nəfəs alanda başmı silkələyərək burun boşluğuna toplanan selikdən azad olmağa çalışır. Bəzi xəstələr başmı irəli uzadır və boğulmaya bənzər səs çıxarır.

Yarım iti formada quşlar nisbətən yüngül xəstələnməklə 2-5 günə sağalırlar. Tələfat 2-10% olur. Bu formada ən çox nəzərə çarpan əlamət rinit və tənəffüsün çətinləşməsidir. Konyunktivit baş verdikdə xəstəlik uzanır. Quşun iştahı azalır, məhsuldarlıq aşağı düşür. "

Xəstəlik xroniki keçəndə öskürmə, tənəffüsün çətinləşməsi və konyunktivit müşahidə olunmaqla şərait yaxşı olduqda xəstələrin 2- 5%o-nin tələf olması ilə nəticələnir.

Patoloji-anatomiki dəyişiklikləri. Əsas etibarilə ölmüş quşun qırtlaq və traxeyasında müşahidə olunur. Tənəffüs yolunun selikli təbəqəsi iltihablaşır, bəzən onun üzərində qan laxtası görünür. Burun boşluğunda, sinuslarda və traxeyada çoxlu selik toplanır.

Xəstəlik iti və yarım iti keçəndə qırtlaq və traxeya boşluğunda kazeoz tıxac əmələ gəlir. Burun boşluğu və infraorbital sinusların selikli təbəqəsi şişkinləşir və nöqtəvari qan sağıntıları görünür. Konyunktiva şişkinləşir, hiperemiyalı olur, gözün üçüncü qapağında nöqtəvari qan sağıntıları müşahidə olunur. Xəstəlik kolibakteriozla qarışıq getdikdə ağciyərlərin iltihabı, aerosakkulit, seroz örtüklərdə qan sağıntıları, perikardit, perihepatit müəyyən edilir.

Diaqnozu. Xəstəliyin diaqnozunu müəyyən etdikdə epizootoloji məlumat, quşun yaşı nəzərə alınır. Klinik nişanələrdən tənəffüsün çətinləşməsinə, rinit və konyunktivitə fikir verilir.

Diaqnozu təsdiq etmək üçün laboratoriyaya iti formada xəstələnmiş quş, yaxud təzə cəsəd göndərilir. Laboratoriyada quşun tənəffüs yollarının qaşıntısının suspenziyası ilə 10-11 günlük toyuq embrionları yoluxdurulur. Əgər materialda virus varsa 4-5-ci günlərdə embrionun xorio-allantois pərdəsində çoxlu miqdarda boz rəngdə düyünlər əmələ gəlir. Ayrılan virusu identifikasiya etmək üçün seroloji reaksiyalardan istifadə olunur və 2-3 aylıq cücələr yoluxdurulur.

Onu nyukasl xəstəliyi, çiçək, infeksion bronxit, respirator mikoplazmoz və A-avitaminozdan təfriq etmək lazımdır.

Mübarizə tədbirləri və profilaktika. Xəstəliyi keçirmiş quşlarda ömürlük immunitet əmələ gəlir. Ona görə də xəstəliklə mübarizədə virusun kənardan təsərrüfata inkubasiyalıq, yumurtalar, quş, yem, xidmət əşyaları, insanlar və sairə ilə gətirilməsinin qarşısını almaq üçün qəbul olunmuş baytarlıq-sanitariya tədbirlərini görməklə yanaşı yoluxmaq təhlükəsi olan və xəstəlik baş verən təsərrüfatlarda fəal peyvənddən istifadə edirlər. Peyvəndi istifadə edilən vaksinin təlimatına əsasən aparmaq lazımdır.

Xaricdə istehsal olunan CEBAK BRON aTa vaksini ilə 1-4 aylıq sağlam cücələrdə infeksion larinqotraxeitə qarşı peyvəndləmə intraokulyar üsul ilə aparılır. Vaksinin 1000 dozası 30 ml qaynadılmış və soyudulmuş suda həll edilir və işlədilir. 1 damla (0,03 ml) 1 dozadır.

Quşlar arasında infeksion larinqotraxeit müəyyən etdikdə şöbə yaxud təsərrüfat qeyri-sağlam elan edilir və xəstəliyin yayılmasının qarşısını almaq üçün məhdudlaşdırıcı tədbirlər görülür. Bütün yaşlardan olan quşların, yemin, əşyaların ərazidən çıxarılması, quşların təsərrüfat daxilində qruplaşdırılması qadağan olunur. Əgər xəstəlik birinci dəfə, özü də bir binada baş veribsə onda həmin quşların hamısının dərhal tələf olunması məsləhətdir. Cəsədlərini baytar- sanitar ekspertizası qaydalarına əsasən istifadə edirlər. Bina və ətrafındakı ərazidə ciddi mexaniki təmizlik və dezinfeksiya aparırlar.

Əgər xəstəlik quşların əksəriyyəti arasında yayılıb və artıq bir neçə aydır davam edirsə ayrıca qrupa quşu kəsmək məsləhət deyil. Belə halda bütün xəstələri ciddi seçərək çıxdaş etməli və qalanlarına digər xəstəliklərlə mürəkkəbləşmənin qarşısını almaq, həmçinin virusun quş orqanizmində çoxalmasını məhdudlaşdırmaq üçün dərman preparatları verilir, binanın havası quşlarla birlikdə aerozol üsulla dezinfeksiya edilir.

Xəstələrin müalicəsi üçün yodlu alüminium buxarından istifadə olunur. Bunun üçün əzilmiş yod və xlorlu ammonium tozlarını metal stəkanda qarışdırıb üzərinə alüminium tozu töküb yenidən qarışdırırlar və məftillə qarmaqdan asırlar. Lazım olan miqdarda stəkanları qarışıqlarla asdıqdan sonra ən uzaqda asılandan başlayaraq hər stəkana pipetka ilə 3-4 damla su tökürlər.

Müalicəni səhər, yemləmədən əvvəl aparırlar. Əvvəlcədən binanı germetikləşdirirlər. Preparatların buxarı bir saat müddətində təsir etməlidir. Sonra binanm havasmı dəyişirlər. Əməliyyatı 2-3 dəfə 2-4 gün fasilə ilə təkrar edirlər.

Yodlu alüminium aerozolunun tətbiqi şəraiti və komponentlərin miqdarı cədvəldə göstərildiyi kimidir.

 

Quşun yaşı günlərlə

Reaktivlər q/m3

Kristal yod

Alüminium tozu

Xlorlu amonyak

Xəstəliyin başlanğıcında

30-60

0,8

0,073

0;1

60-150

0,9

0,080

0,11

150 və yux.

1,0

0,087

0,12

 

Yarımiti forma

30-60

0,9

0,080

0,11

60-150

1,0

0,087

0,12

150 və yux.

1,1

0,095

0,13

 

Xroniki forma

30-60

1,0

0,087

0,12

60-150

1,1

0,095

0,13

150 və yux.

1,2

0,102

0,14

 Qeyd: Yodun dozası kimyəvi təmiz kristal preparat üçün hesablanıb. Texniki yodun 4% qarışığı var. Ona görə onu göstərilən miqdardan 4% çox götürmək lazımdır.

Havanın dezinfeksiyası ilə eyni vaxtda geniş təsir spektrinə malik antibiotiklərində (xlortetrasiklin, oksitetrasiklin, tetra* siklin, morfosiklin, ditetrasiklin, dibiomisin, oleandomisin, kanamisin, baytril, enrolen, enrofloksasin və başqaları) işlədilməsi məsləhətdir.

Xəstə quşları müalicə etmək üçün yodtrietilenqlikol, yaxud yodun su-qliserin qarışığını aerozol şəklində tətbiq etdikdə virusun 96-99%-i, ümumi mikrofloranın isə 58-62%-i inaktivasiya edilir. Bu məqsədlə Terminator preparatmı da (Türkiyə) aerozol üsulla işlətdikdə səmərəsi yaxşı olur.

Ekspozisiya 30-40 dəqiqədən çox olmamalıdır. 2-3 gün fasilə ilə 3- 5 işləmə aparılır. Yodun yod-tri-etilen, yaxud su-qliserin qarışığı məhlullarının 2-2,5% ml/m3 yaxud yod hesabı ilə 125-160 mq/m3 dozalarda tətbiqi quşların infeksion larinqotraxeitlə xəstələnməsini 4- 5 dəfə, ölümünü isə 2-8 dəfə azaldır.

Digər tədbirlər xəstəliklə mübarizə haqqındakı təlimata əsasən aparılır.

04.02.2015
989

Nəşrlər

  • 05-06(267-268) 27 aprel 2017-ci il

  • 03-04(265-266) 28 mart 2017-ci il

  • 02(264) 23 fevral 2017-ci il

  • 01(263) 27 yanvar 2017-ci il

Bannerlər