QUŞLARIN LEYKOZU

A+
A
A-

 

Quşların leykozu-leukosis avium-ağqanlılıqla, qandoğuran orqan və toxumalarda şişlərin əmələ gəlməsi ilə səciyyələnən xronik infeksion xəstəlikdir.

Törədicisi - onkovirus qrupuna daxil olan viruslardır. Leykoz - sarkoma xəstəlikləri ilə toyuqlar, hinduşkalar, sesarkalar, ördəklər, qazlar, qırqovullar, göyərçin və bir çox başqa quşlar xəstələnirlər. Lakin toyuqlar cinslərindən, xəttlərindən, kroslarmdan asılı olmayaraq bu xəstəliklərə daha çox həssasdırlar. Xoruzlar isə toyuqlara nisbətən xəstəliyə davamlıdırlar.

Epizootologiyası - əsas infeksiya mənbəyi xəstə və klinik sağlam, lakin virus daşıyıcı quşlardır.

Xəstəliyin əsas yayılma yolu isə xəstə və virus daşıyıcı quşların yumurtası ilədir. Bundan başqa xəstəlik kontaktla və virusdaşıyıcı quşların ifrazatları ilə ətraf mühiti çirkləndiməklə də yayılır.

Klinik əlamətləri - quşlarda bir o qədər spesifik olmasa da toyuqlar qrupuna daxil olan quşlarda limfomatoza təsadüf edilir. Bundan başqa anareksiya, arıxlama, mədə-bağırsaq pozğunluğu, qaraciyər yoluxduqda qarın boşluğuna maye toplanması, pipiyin və saqqalın solğunlaşmasına təsadüf edilir. Nadir halda quş qaraciyərin partlamasından tələf olur.

Patoloji-anatomik dəyişiklikləri. Xəstəlik 1-2 aylıq cücələrdə nadir hallarda, 3-4 aylıq quşlarda isə az təsadüf edilir. 5-12 aylıq quşların məhsuldar dövründə isə kütləvi halda baş verir. Ona yaşlı quşlarda da az təsadüf edilir.

Qaraciyərin kütləsi 300-500 qramadək böyüyür, onun parenximasmda darı boyda və ondan iri ağımtıl ocaqlar əmələ gəlir, kəsiş səthi piyvari görünür. Dalaq, böyrəklər böyüyür. Quşların bağırsaqlarında, onun müsariqələrində, mədəaltı vəzdə, dəri altında və əzələlərdə ətraf toxumalardan kəskin seçilən ağımtıl, küllü - qırmızı rəngdə şişlər (sarkomalar) müşahidə olunur. Sarkomalar zamanı orqanlar çox böyümürlər. Leykoz və -sarkoma xəstəliklərində sinir sistemi iltihaba tutulur.

Diaqnozu - xarakterik klinik əlamətlərinə və patanatomiki dəyişikliklərə əsasən müəyyən edilir. Eyni zamanda immunoloji metoddan və bioloji smaqdan istifadə edilir. Leykozu vərəmdən, Marek xəstəliyindən, koliqranulomatozdan təfriq etmək lazımdır.

Mübarizə tədbirləri və profilaktika - quşçuluq təsərrüfatlarmda ümumi baytar-sanitar tıədbirlərini yüksək səviyyədə aparmaq, quşlarm yemlənməsində, bəslənməsində zootexniki və zoogigiyeniki qaydalara əməl etmək, quşların yem payma A,E vitamini, selen və kobaltm preparatlarmı qatmaq məsləhətdir.

Ana sürülərini təşkil etmək, yaşlar üzrə qruplaşdırma aparmaq lazımdır. Belə toyuqlardan alınmış yumurta inkubasiya edilir, cücələr təcrid edilmiş şəraitdə saxlanılır, gələcəkdə ana sürülərinin təşkilində istifadə edilir. Beləliklə xəstəliyə davamlı toyuqlardan alınmış nəsillərdən ana sürüləri təşkil etmək lazımdır: həmçinin kəsiş zamanı leykoz-sarkoma patologiyasma uğramış quş cəmdəkləri və hətta şübhəli cəmdəkləri utilizasiyaya verilməlidir.

Qeyri-salamat təsərrüfatlardan alınan yumurtalarm inkubasiya üçün verilməsi ciddi baytar nəzarəti altmda olmalıdır. Bu tədbirlər təsərrüfatda xəstəliyin yayılmasmın minimum dərəcəyə enməsinə və yayılmasının qarşısınm alınmasına şərait yaradır.

04.02.2015
928

Nəşrlər

  • 02(264) 23 fevral 2017-ci il

  • 01(263) 27 yanvar 2017-ci il

  • 12(262) 23 dekabr 2016-cı il

  • 11(261) 25 noyabr 2016-cı il

Bannerlər