DONUZLARIN TRANSMİSSİV QASTROENTERİTİ

A+
A
A-

Bütün yaşdan olan donuzların yüksək kontagioz virus xəstəliyidir, iti gedişi, qusma, diareya, orqanizmin dehidratasiyası, yüksək ölüm faizi (əsasən 10 günlük çoşqalarda) ilə xarakterizə olunur.

Törədicisi. RNT-li koronavirusdur. Virion polimorf olmaqla 75-120 nm-ə bərabərdir. Mədə-bağırsağm selikli qişasmda və ağciyər toxumasında virus sürətlə artır. Yetişdirmək üçün çoşqaların xayası, böyrəyi, ağciyəri və qalxanabənzər vəzisindən hazırlanmış hüceyrə kulturasından istifadə edilir.

Laboratoriya heyvanları törədiciyə həssas deyil. Eksperimentlər

üçün donuz və itlərdən istifadə edilir.

Epizootologiyası. Transmissiv qastroenterit virusuna bütün yaş qrupunda olan donuzlar həssaslıq göstərirlər, lakin 7 günlüyədək çoşqalar daha həssasdırlar. Təhlükəli infeksiya mənbəyi rolunu xəstə və sağalmış heyvanlar, onların həyat fəaliyyəti məhsulları, yoluxmuş yem, su, otlaqlar,. qulluq əşyaları, kəsim məhsulları, nəqliyyat vasitələri və s. oynayır. Təbii şəraitdə yoluxma ağız və tənəffüs yollarından başlanır. Donuzların xəstələnmə və ölüm faizinin yüksəlməsinə yol açan amillər sırasına keyfiyyətsiz və natamam yemlənmə, həmçinin bağırsaq çöplərinin enteropatogen ştammları tərəfindən törədilən sekundar infeksiya aid edilir.

Xəstəlik iki formada-enzootik və epizootik formada keçə bilər. Epizootik formalı gediş Aueski virusu ilk dəfə düşən yüksək həssas fermalarda ilin soyuq aylarında baş verir. Enzootik foraıa isə ilin isti fəsillərində heyvanların virusa qarşı nisbətən immunitetə malik olduqları sürülərdə qeyd olunur.

Virusdaşıyıcılığm müddəti 2 ay, bir il və daha artıq hesab olunur.

İmmunitet. İnfeksiyanın 7-9-cu günlərində virusa qarşı qanda antitellər yaranmağa başlayır. Onları neytrallaşdırma reaksiyası vasitəsilə aşkar etmək olar. Virulent virus ştammı ilə yoluxmadan sonra orqanizmdə fəal immunitet formalaşır. Belə donuzlar təkrar yoluxduqda, adətən xəstəlik inkişaf edə bilmir. Lakin immunitet tam deyildir və belə heyvan müəyyən şərtlər daxilində təkrar yoluxa bilər (intensiv yoluxma, müqavimətin zəifləməsi və s.).

Klinik əlamətləri. İnkubasiya müddəti 18 saatdan 3 günədəkdir, yaşlı donuzlarda isə 1-7 gündür. Adətən südəmər çoşqalarda qəflətən qusma başlayır, sonra pis iyli, boz və ya sarımtıl rəngli su kimi diareya, arıqlama müşahidə edilir. Xəstələnmə və ölüm faizi çox yüksək olur. Əgər xəstəlik təsərrüfatda birinci dəfə baş verirsə, 10 günlüyədək çoşqalar arasında ölüm 100%-ə yüksəlir. 21 gündən yuxarı olan çoşqalarda isə sağalma çox olsa da onlar inkişafdan çox geri qalırlar.

Südverən ana donuzlar da digər kateqoriya donuzlarla müqayisədə xəstəliyi çox ağır keçirirlər- hərarət yüksəlir, aqalaktiya, qusma, diareya qeyd olunur, iştah kəsilir. Xəstəliyin belə gedişi virusun intensiv olaraq yüksək dozalarda balalardan ananın orqanizminə daxil olması ilə izah olunur. Südverən analar vaksinasiya olunubsa, belə sürülərdə infeksiya atipik gedişli olur.

Patoloji-anatomik dəyişikliklər. Əsasən mədə və nazik bağırsaqda lokalizasiya olunur. Selikli qişada kataral və ya kataral-hemorroji iltihab qeyd olunur. Burada həmçinin çox vaxt qan sağıntıları, fibrinoz kütlələr və eroziyalar görünür.

Nazik bağırsaq şöbəsi qazla dolu olur, orada qıcqırmış südlə qarışıq köpüklü maye yığılır. Bağırsağın divarları nazikləşir, şəffaflaşır və asanlıqla yırtılır.

Damarlar və mezenterial limfa düyünləri şişkin, hiperemiyalı görünür. Böyrəklərin kapsulası altında adətən nöqtəvari, tək-tək və ya çoxlu sayda qan sağıntıları tapılır.

Diaqnozu. Epizootoloji, klinik, patoloji-anatomik məlumatlara və laboratoriya müayinələrinin nəticələrinə əsasən diaqnoz qoyulur. Laboratoriya analizləri virusun patoloji materialda bilavasitə tapılmasına əsaslanır, (çoşkalarda bioloji sınaq həssasa hüceyrə kulturalarının inokulyasiyası, elektron mikroskopiya) muxtəlif seroloji reaksiyalardan (İFR, DPR, NR, QDHAR, İFA) və elektron mikroskopiyadan istifadə olunur.

Profilaktika və mübarizə tədbirləri. Xəstəliyin profilaktikası təsərrüfatın xaricdən törədicinin gətirilməsindən qorunmasına, bütün anac qrupa daxil olan donuzların sistematiki vaksinasiyasına əsaslanır.

Transmissiv qastroenterit baş verdikdə təsərrüfat bu xəstəliyə görə qeyri-sağlam elan edilir və orada məhdudlaşmalar tətbiq edilərək, sağlamlaşdırma tədbirləri yerinə yetirilir.

Hazırda bu xəstəliyə qarşı iki tip vaksin tətbiq olunur- kultural virusun inaktivləşdirilmiş vaksini və diri virusvaksin. İnaktivləşdirilmiş vaksinlər təhlükəsizdir, lakin gərgin immunitet yaratmaq üçün kifayət qədər immunogen deyildirlər ki, peyvənd olunmuş analardan ağız südü vasitəsilə yeni doğulmuş balalara verilən immun cisimlər onları yoluxmadan qoruya bilsin.

Diri virusvaksinlər virusun hüceyrə kulturasından dəfələrlə passaj edilməklə attenuasiya olunmuş stammlärıdır.

Bütün ana donuzlar müvafiq qaydalara əməl olunmaqla peyvənd edilirlər. Məhdudlaşma qaydalarına uyğun olaraq, təsərrüfata yeni heyvanların gətirilməsi və təsərrüfatdan çıxarılması qadağan edilir, qeyri-sağlam heyvanların fermadaxili yerləşdirilməsi dayandırılır, heyvanlarla təmasa yalnız xidmətedici heyətin işçiləri buraxılırlar.

Dezinfeksiya tədbirləri həyata keçirilir. Axırıncı ölümdən, sağalmadan və ya ət kəsiminə verilməsindən 21 gün keçdikdən, həmçinin bütün digər sağlamlaşdırma tədbirləri yerinə yetirildikdən sonra təsərrüfat sağlam hesab olunur.

04.02.2015
460

Nəşrlər

  • 12(262) 23 dekabr 2016-cı il

  • 11(261) 25 noyabr 2016-cı il

  • 10(260) 27 oktyabr 2016-cı il

  • 09(259) 30 sentyabr 2016-cı il

Bannerlər