DONUZLARIN QRİPİ

A+
A
A-

Donuzların qripi yüksək kontagiozlu iti gedişli xəstəlik olub, əsasən ilin soyuq fəsillərində müşahidə edilməklə temperaturun yüksəlməsi, ümumi zəiflik, yuxarı tənəffüs yollarının və gözün selikli qişasının, həmçinin ağciyərin iltihabı ilə səciyyələnir.

Xəstəlik ilk dəfə 1918-ci ildə ABŞ-da müşahidə edilmiş və 1931-ci ildə Şop və Levins tərəfindən onun törədicisi aşkar olunmuşdur.

TÖRƏDİCİSİ: Xəstəliyin törədicisi RNT-li virus olmaqla orthomyxoviridae ailəsinin influensiya cinВ¬sinin A (H1N1) növünə aiddir. Donuzların qrip viruВ¬su, insanların A qrip virusu və quşların A qrip virusu ilə eyni antigenlik xüsusiyyətinə malikdir. Virus 60 0 C-də 20 dəqiqəyə, 100 0 C-də isə ani olaraq məhv edir. 3 %-li karbol turşusu, 1%-li lizol, və 1 %-li lüqol məhlulu amili bir neçə dəqiqəyə məhv edir.

EPİZOOTOLOJİ XÜSUSİYYƏTLƏRİ: Qripə cinsindən, yaşından aslı olmayaraq bütün donuzlar yoluxsalar da, xüsusilə 2- 8 həftəlik çoşkalar daha həsasdırlar.

İnfeksiya törədicisinin mənbəyi xəstə donuzlar hesab edilməklə onlar virusu burun axıntısı, öskürək, asqırma vasitəsilə, bəzən isə nəcis və sidiklə xarici mühitə ifraz edirlər. Burada əsas yoluxma damcı-hava yolu ilə baş verir. Soyuq və nəmli mühit xəstəliyin baş verməsi üçün münbit şərati yaradır. Adətən baytarlıq-sanitariya qaydalarına əməl edilməyən şəraitdə yoluxma 100%-ə çatır. Ölüm faizi isə dəyişkəndir (30-60 % arasında baş verir), xüsusilə ikincili bakterial infeksiya ilə çirklənmə olarsa, onda bu çox yüksək olur.

Donuzların qrip virusu insanlar üçün də çox təhlükəlidir. İnsanlar bu virusa donuzlarla təmas zaman yoluxurlar. Həmçinin əksinə, virus insandan donuza və insandan insana keçir.

PATOGENEZİ: Orqanizmə daxil olmuş virus əsasən tənəffüs orqanlarının selikli qişalarının epiteli hüceyrələrində artıb çoxalmaqla həmin toxumaların zədələnməsinə səbəb olur. Heyvanın temperaturu qalxır və müdafiə mexanizminin zəifləməsi nəticəsində ikincili infeksiya inkişaf edir. Ağciyər və bronxlarda iltihabi prosesin güclənməsilə əlaqədər olaraq tənəffüs çatmamazlığından heyvan tələf olur.

KLİNİK ƏLAMƏTLƏRİ: İnkubasiya dövrü 1 -2 gündür, nadir hallarda 6 -7 gün də olur. Xəstəlik iti, yarımiti və atipik formada gedə bilir. Xəstəliyin ilkin dövrində temperatur 41 0 C kimi qalxır, iştah pozulur, 2-3 gündən sonra heyvanın vəziyyəti daha da pisləşir, depressiya, ümumi zəiflik baş veВ¬rir. Xəstəliyin ilkin əlaməti öskürmək, burundan seliyin axması, çətin tənəffüs, əzələ və oynaqlarda ağrıların olmasıdır. İkincili infeksiyanın inkişafı ilə əlaqədar olaraq pnevmoniya, plevrit və perikardit inkişaf edir. Çoşkalar arasında ölüm 60-70%-ə kimi çata bilir.

PATOLOJİ-ANATOMİK DƏYİŞİKLİKLƏRİ: Xəstəliyin iti gedişində ağciyərlərdə şişkinlik, hiperemiya, yuxarı tənəffüs orqanlarının selikli qışalarının zədələnməsinə və qan sağıntılarına təsadüf olunur. Bronxların selikli qişalarında tıxac müahidə olunur. Xroniki gedişdə isə atelektaz, plevrit, perikardit və ağciyərlərdə irinli iltihabi ocaqlara rast gəlinir.

DİAQNOZU: Xəstəliyə diaqonz klinik-epizootoloji məlumatlara, pat-anatomik dəyişikliklərə və laborator müayinələrə əsasən qoyulur. Laborator müayinələr üçün burun seliyi, burundan, traxeadan, ağciyərldən və limfa düyünlərində götürülmüş nümunələrdən istifadə olunur. Əlbəttə, nümunələr yenicə ölmüş heyvandan götürülməklə soyuq mühitdə və ya dondurularaq laboratoriyaya göndərilməlidir. Laborator müayinələrdən seroloji üsullardan HLR və ELİSA tətbiq edilir. Təsdiqləyici diaqnoz üçün PZR reaksiyasındanda istifadə edilir.

MÜALİCƏSİ: Xəstəliyin spesifik müalicəsi yoxdur, heyvanlarda yalnız simptomatik müalicə aparılır.

Dövlət Baytarlıq Xidməti xəstəliyin müayinəsi üçün lazım olan test nümunələri, diaqnostikumlar və dezinfeksiyaedici maddələrlə təchiz edilmişdir.

04.02.2015
536

Nəşrlər

  • 03-04(265-266) 28 mart 2017-ci il

  • 02(264) 23 fevral 2017-ci il

  • 01(263) 27 yanvar 2017-ci il

  • 12(262) 23 dekabr 2016-cı il

Bannerlər