Donuzların taunu (Pestis Suum)

A+
A
A-

 

 

Taun bütün yaşlardan olan donuzların kəskin kontagioz septik xəstəliyidir. Xəstəlik kəskin, yarımkəskin və xronik gedişli olmaqla, kəskin formada septisimiya əlamətləri ilə, yarımkəskin və xronik formada isə ağ ciyər və bağırsağın zədələnməsi ilə xarakterizə olunur.

Törədicisi süzgəcdən keçən virus olub, xəstə, inkubasiya dövrü keçirən və xəstəlikdən sağalmış donuzların ekskret və sekretləri ilə xarici mühitə ifraz olunur. Xarici mühit şəraitinə davamlıdır. Dezinfeksiya qələvilərlə (2-3%-lı məhlul) edilməlidir. Yoluxma alimentar və aerogen yol ilə baş verir. Epizootiya ilin bütün fəsillərində baş verə bilər. Ancaq tauna daha tez-tez payızda təsadüf edilir. Əlamətləri xəstəliyin inkubasiya dövrü 3-9 gün, bəzi hallarda 2 həftə çəkir. Xəstəlik kəskin, yarımkəskin və xroniki gedişli olur. Kəskin formada bədən temperaturunun 410C-yə qədər yüksəlməsi, yemdən boyun qaçırma, yeriyərkən arxa tərəfin səntirləməsi, konyuktivit, rinit, qusma, ishal ilə növbələşən qəbizlik və dəridə qansızmalar müşahidə olunur. Xəstəlik yarımkəskin və xroniki gedişli olduqda daimi olmayan temperatur, arıqlama, uzun sürən ishallar və pnevmoniya qeyd edilir. Ölüm xəstəliyin bu formalarında 30-60% olur.

 

Patoloji-anatomik dəyişikliklər:Dəridə, dərialtı birləşdirici toxumada, mədədə və seroz qişalarda qansızmalar olur, bağırsaqların bütün boyu uzunu limfatik düyünlər mərmərəbənzər şəkildə görünür. Dalaq infarktları, bağırsaqların yoğun şöbəsində qönçələr şəklində olan difterik ərplər qeyd edilir.

 

Diaqnozu:klinik, epizootoloji və patoloji-anatomik müayinə məlumatlarına əsasən qoyulur. Taunun epizootologiyasında onun ilin fəsillərindən asılı olmaması, xəstəliyin tezliklə yayılması, müxtəlif yaşda donuzların xəstələnməsi xarakterikdir. Taunu paratif, pasterellyoz, qızıl yel, Aueski xəstəliyindən təfriq etmək lazımdır. Müalicəsi hiperimmun serum xəstəliyin yalnız ilk dövründə müalicə üçün səmərəlidir. Daha səmərəli müalicə preparatı spesifik qammaqlobulin sayılır.

 

Profilaktika və mübarizə tədbirləri:Donuzçuluq fermaları taun cəhətdən salamat olan heyvanlardan komplektləşdirilməlidir. Təsərrüfata yeni gətirilən donuzları 30 gün müddətində karantində saxlamaq lazımdır. Donuzlar üçün gətirilən yemlərə nəzarət edilməli, heyvanlar profilaktik peyvəndləməlidirlər. Qeyri-sağlam təsərrüfata karantin qoymaq, bütün heyvanları kəsmək və əti qaynatdıqdan sonra istifadə etmək, cari dezinfeksiya keçirmək, şərti sağlam heyvanları taun əleyhinə vaksinlə peyvənd etmək lazımdır. Karantini xəstəlik qurtardıqdan, bütün donuzlar kəsildikdən və axırıncı dezinfeksiya tədbirləri həyata keçirildikdən 2 ay sonra götürürlər.

04.03.2017
791

Nəşrlər

  • 15(277) 17 oktyabr 2017-ci il

  • 13-14(275-276) 07 sentyabr 2017-ci il

  • 12(274) 15 avqust 2017-ci il

  • 10-11(272-273) 19 iyul 2017-ci il

Bannerlər