QARAYARA

A+
A
A-

 

 

 

 

Bütün növ kənd təsərrüfatı heyvanlarının, vəhşi heyvanlarxn iti gedişli yoluxucu xəstəliyidir. Septisemiya, müxtəlif böyüklükdə karbunkulların əmələ gəlməsi və ağır intoksikasiya ilə səciyyələnir. Qarayaraya insanlar da yoluxur.

Törədicisi. Bac. anthracis - hərəkətsiz, sporəmələgətirən, qrammüsbət, antibiotiklərə həssas aerob bakteriyalardır. İnkubasiya müddəti 20 gündür. Orqanizmdə olarkən kapsula ilə əhatə olunur. Kapsula virulentlik amili hesab olunur, mikrobu faqositozdan və serumun bakterisid təsirindən qoruyur və onun toxuma hüceyrələrinə fiksasiya olunmasını təmin edir. Orqanizmdən kənarda əlverişsiz mühitə düşdükdə spor əmələ gətirirlər (neytral və ya zəif qələvi mühitdə, hava oksigeninin iştirakı ilə 12-42°C temperaturda və qida komponentləri çatışmadıqda və s. sporlar minimum 8 saata yaranır). Ölçüləri 3-10x1- 1,5 mkm-dir. Yaxmalarda tək-tək və bəzən qısa zəncir şəklində görünürlər.

Epizootologiyası. Törədicinin mənbəyi əsasən xəstə heyvanlar və bu xəstəlikdən ölmüş heyvanların cəsədlərinin basdırıldığı torpaq hesab olunur. Həssaslıq ardıcıllığı belədir:

-qoyun və marallar;

-atlar;

-qaramal, dəvə və keçilər;

-donuz, it və pişiklər.

Quşlardan dəvəquşu yoluxur. Yoluxma mənbəyi çox hallarda törədici ilə kontaminasiya olunmuş torpaqdır. Epizootiya zamanı xəstəlik əsas etibarilə transmissiv yolla yayılır. Xəstəliyin şiddətlənməsi çox vaxt otlaq mövsümünün ikinci yarısında baş verir. Törədicinin yayılmasında ət yeyən heyvanlar böyük rol oynaya bilirlər: qarayara spoıları ilə şirayətlənmış ət yedikdə, 3 həftə ərzində onlar bu mikrobları fekaliya ilə ətrafa yayırlar.

Patogenez. Törədici həssas orqanizmə zədələnmiş selikli qişalardan və ya dəridən keçir. Sporlar vegetativ formaya çevrilirlər, bir hissəsi isə ölərək toksin əmələ gətirirlər. Qarayara toksininin tərkibi 3 komponentdən ibarət olur: endomatoz, protektiv və letal. Xəstə heyvan orqanizminə ölümcül təsiri tərkibində hər 3 komponent olan toksin göstərir. Patoloji prosesin inkişaf dərəcəsi heyvan orqanizminin immunoloji vəziyyətindən və törədicinin virulentliyindən asılı olur: qana keçən və regionar hüceyrə baryerini aşaraq törədici heyvanın qısa zamanda ölümü ilə nəticələnən septisemiya yaradır.

Proses lokal inkişaf etdikdə seroz-hemorroji xarakterli iltihabi proseslər əmələ gəlir (hemorroji infıltrat-karbunkul). Toksin mərkəzi sinir sisteminə təsir edir və tənəffüs mərkəzinin paralici nəticəsində xəstənin ölümü baş verir. Asfiksiya və qanın tünd rəngdə olmasının da səbəbi budur.

Klinik əlamətləri. İnkubasiya dövrü 1-3 gündür. Xəstəlik çox vaxt iti gedişlidir, bəzən ildırımvari və ya yarımiti ola bilər. İldırımvari formada heyvan qəflətən ölür, sağlam görünən heyvan qəfıldən yıxılır, ağız və burun dəliklərindən qanlı köpük, anus dəliyindən isə qan axır, bir neçə dəqiqə ərzində ölüm baş verir.

İti və yarımiti gedişlərdə bədən temperaturu 40-42,5°C-dək yüksəlir, iştahsızlıq və zəiflik qeyd olunur, nəbz tezləşir, tənəffüs çətinləşir, görünən selikli qişalar göyümtül, konyunktiva şişkin olur. Kal ifrazı əvvəlcə ləngiyir, sonra ishal (qanlı) baş verir, sidik tünd qırmızı rəng alır. Asfiksiya (boğulma) nəticəsində ölüm baş verir.

Yarımiti gediş çox vaxt karbunkulyoz formada müşahidə olunur. Heyvanlarda sürətlə böyüyən şişlər əvvəlcə isti, bərk və ağrılı, sona doğru isə ağrısız, soyuq və qanqrenoz xarakterli olur.

Müxtəlif heyvan növlərində qarayaranın fərqli xüsusiyyətləri ola bilər: atlarda iti gediş zamanı tez-tez şiddətli kolik qeyd olunur. Dərialtı toxumada ağrılı, isti şorvari konsistensiyalı şişlər-karbinkulyoz forma tez-tez müşahidə olunur. Xəstəlik müddəti 3-7 gündür.

İBH-da xəstəlik çox vaxt iti gedişli formada, nadir hallarda isə ildırımvari və yarımiti gedişli formada baş verir. Şiddətli kolik olmur, tək-tək hallarda qarın nahiyəsində zəif köpmə və bunun təsirilə heyvanın narahatlığı qeyd olunur - bu zaman xəstə heyvanın bədən temperaturu arabir normadan yuxarı qalxır, xəstəlik 2-3 ay davam edir və ölümlə nəticələnir. Yarma zamanı subseroz şişlər, dalağın yüngül şişməsi və onun parenximasının böyüməsi qeyd olunur.

Qoyunlarda xəstəlik çox vaxt ildırımvari gedişli olur, ölüm bir neçə dəqiqə ərzində baş verə bilir.

Donuzlarda adətən boyun və qulaqətrafı nahiyələrdə iltihab, udlaq və qırtlağın şişməsi müşahidə olunur. Xəstəlik çox vaxt xroniki gedişli, yarımiti və iti gedişli olur. İti gediş zamanı xəstə septisemiyadan ölür. təkcə limfa düyünləri şişərsə, temperatura normada qalır. İtlərdə və digər ətyeyənlərdə mədə-bağırsaq traktı üzvlərinin və qalxanvarı vəzin ağır iltihabı əmələ gəlir. Xəstəlik çox vaxt, xüsusən vəhşi heyvanlarda ildırımvari gedişə malik olur.

Patoloji-anatomik dəyişikliklər. Cəsədləri yarmaq qəti qadağandır. Cəsəd çox tez köpür, cəsəd bərkiməsi olmur, bütün təbii dəliklərdən qanlı köpük axır, selikli qişalar göyərir, qan sızmaları görünür, dərialtı toxuma şişkinləşir. Bu dəyişikliklərə ola bilsin ki, heç rast gəlinməsin. Lakin bütün hallarda rast gəlinən dəyişikliklər bunlardır: dərialtı toxumanın selikli infiltratı, mədə-bağırsaq sisteminin iti iltihabı, donuzlarda isə limfadenitlər.

Diaqnozu. Bütün hallarda kompleks üsullarla müəyyən edilir: - epizootoloji məlumatlar; klinik nişanələr; cəsədin xarici müayinəsi və laborator müayinələrin nəticələri (həlledici əhəmiyyətlidir).

Laboratoriyaya kəndirlə bağlanmış qulaq və yaxud periferik damarlardan hazırlanmış qan yaxması göndərilir: yaxmalardan biri qalın, ikisi isə nazik olmalıdır. Xəstəliyə şübhəli heyvanlar öldürüldükdən sonra material infiltratlardan və onlara yaxın limfa düyünlərindən götürülür.

Müalicəsi. Hiperimmun serum və ya spesifık immuri qlobulin istifadə edilir. Eyni zamanda antibiotiklər və simptomatik müalicə vasitələri tətbiq edilir. Karbunkıil və şiş varsa, serumu ətrafına yeritmək lazımdır. Serum xırdabuynuzlu heyvanlara, donuzlara və buzovlara 50-100 ml, qaramala və atlara 100-200 ml venadaxili vurulur.

Anafilaksiya şokunun baş verməməsi üçün əvvəlcə 0,1-1 ml serum venadaxili vurulur, 0,5 saat sonra tam doza inyeksiya edilir, yüksək dozada antibiotiklər tətbiq edilir: penisillin hər 100 kq çəkiyə 500 min V 4 saatdan bir əzələarasına, 12 saat sonra serum təkrar həmin dozada yeridilir.

Profilaktika və mübarizə üsulları. Xəstəliyə diaqnoz qoyulduqda təcili olaraq karantin elan edilir və mövcud qanunçuluğa əsasən tədbirlər həyata keçirilir.

Stasionar qeyri-sağlam mərkəzlərdə (onlara torpaq ocaqları deyirlər) profilaktika məqsədilə vaksinasiya aparılır. Qarayaradan ölmüş heyvanların basdırıldığı torpaq və ya heyvanların yoluxmasına səbəb olan ərazi torpaq ocağı adlandırılır. Risk dərəcəsindən, qeyri- sağlam ocaqların sayından və xəstələrin sayından asılı olaraq ildə bir və ya iki dəfə vaksinasiya aparılır. Bir dəfə vaksinasiya payızda, iki dəfəlik vaksinasiya isə yazda və payızda tətbiq edilməlidir. Qoyunlar, keçilər, atlar və dəvələr ildə bir dəfə peyvənd edilirlər. Epizootik yüksəlmə zamanı xəstəlik əlamətlərindən asılı olmayaraq sürüdəki bütün heyvanlar vaksinasiya edilməlidir.

Hazırda 55 saylı ştammdan hazırlanmış vaksindən istifadə olunur.

07.01.2017
1162

Nəşrlər

  • 12(274) 15 avqust 2017-ci il

  • 10-11(272-273) 19 iyul 2017-ci il

  • 09(271) 22 iyun 2017-ci il

  • 07-08(269-270) 25 may 2017-ci il

Bannerlər