LİSTERİOZ

A+
A
A-

 

Bir neçə heyvan növünün və insanların yoluxucu xəstəliyidir. Müxtəlif klinik formalarda rast gəlinir ki, bunlardan heyvanlarda daha çox mərkəzi sinir sistemi və genital orqanların pozğunluqlarını göstərmək olar.

Törədicisi. Listeria monocitogenesdir. Kiçik (0,3-0,5x0,5-2,0 mkm), ucları burulmuş, hərəkətsiz, spor və kapsul əmələ gətirməyən bakteriyalar tərəfindən törədilir. Amil tək-tək, cüt-cüt və ya topa şəklində yerləşir, sap, kokk, vibrion və s. formalara düşürlər. Bütün anilin boyalan və Qramla müsbət boyanır, kapsula və spor əmələ gətirmirlər, təzə bulyon kulturasında hərəkətli olurlar. Bakteriyalar 1%-li qlükozada, 2- 3%-li qliserində və qara ciyərli aqar-aqarda yaxşı inkişaf edirlər. Listeriyalar çox dəyişkəndirlər, mürəkkəb antigen quruluşuna malikdirlər, onların çoxlu sayda antigen variantları məlumdur: 14 somatik və 4 turna antigeni (A, B, C,D). Listeriyalar L forma əmələ gətirirlər.

Epizootologiyası. Bütün kənd təsərrüfatı heyvanları xəstəliyə yoluxurlar, cavanlar daha yüksək həssaslıq göstərirlər.

Təbiətdə törədicinin mənbəyi-gəmiricilərdir, infeksiya mənbəyi isə xəstə heyvanlar hesab olunurlar, klinik xəstələr daha təhlükəlidirlər, listeriyalar xəstə heyvanın burun, ağız seliyi, cinsiyyət orqanları axıntıları, sidik və kalı vasitəsilə ətraf mühitə yayılırlar. Listeriyaların ötürülməsində silos böyük rol oynayır. Gəmiricilərə listeriyalarm gənələr vasitəsilə keçirilməsi aşkar edilmişdir. Xəstəliyə daha geniş halda qış-yaz mövsümündə rast gəlinir.

Kliniki əlamətləri. İnkubasiya dövrü 7-30 gündür. Gedişi iti, yarımiti və xronikidir. Kliniki müşahidə formaları: sinir, septiki, genital, atipik, kliniki əlamətsiz.

Sinir forması zamanı temperatur 40-41°C-dək yüksəlir, zəiflik, iştahanın kəsilməsi, göz yaşının artması müşahidə olunur. 3-7 gündən sonra xəstə yaşlı iribuynuzlu heyvanlarda koordinasiya pozğunluqları, qıcolmaları, alt çənənin parezi, görmə xassəsinin itməsi, stomatit baş verir. Xəstəlik 10 sutkayadək davam edir. Qoyunlarda boyunun qeyri-təbii əyilməsi (eybəcərləşməsi), donuzlarda arxaya yerimə, öskürək, qusma. ishal, ekzantema müşahidə olunur. Xəstəlik 60-100% hallarda ölümlə nəticələnir. Septiki forma körpə heyvanlarda ilk aylarda rast pimir. 10-14 gün davam edən xəstəlik çox vaxt ölümlə nəticələnir.

İnəklərdə genital forma boğazlığın 2-ci yarısında abortla, sonun ləngiməsi, endometrit və mastitlə; dovşan və norkalarda abort, patoloji doğuşlar, ölü balaların doğulması və xəstə anaların ölümü ilə müşahidə olunur. Atipik formaya (qızdırma, penivmoniya, qastroenterit) nadir hallarda rast gəlinir. Atlarda xəstəlik ensofalit halında baş verir. Quşlarda xarakterik əlamətlər-iflic, qıcolma, koyunktivit hesab edilir.

Diaqnozu. Epizootoloji, klinik və patoloji anatomik dəyişikliklər r.əzərə alınmalıdır. Yekun diaqnoz laboratoriya müayinələrinin, seroloji və bakterioloji müayinələrin və biosınaqların nəticələrinə əsasən qoyulur.

Diaqnoz qoyularkən bütün məlumatlar kompleks halda nəzərə alınmalı və qarışıq halda gedə bilən infeksiyalar araşdırılmalıdır.

Müalicəsi. Xəstəliyin yalnız ilk mərhələlərində tətbiq edilən müalicə səmərəli olur. Tetrasiklin qrupu antibiotikləri, ampisillin, sulfantrol və sulfadimezin tətbiq etmək olar. Streptomisin və biomisin hər kq canlı kütləyə 10-30 mq gündə 2 dəfə sağalana qədər tətbiq edilməlidir. Spesifik müalicə vasitəsi yoxdur.

Paralel olaraq simptomatik müalicə də aparılmalıdır.

İmmunitet. Xəstəlik zamanı yaranan immunitet toxuma xarakteri daşıyır və süni şəkildə immunitet yaratmaq üçün listeriyaların avirulent və zəifvirulentli ştammlarından istifadə edərək vaksin hazırlanır.

Xəstəliyə qarşı ilk vaksin gənələrdən alınmış A ştammından hazırlanmışdır. 1974-cü ildə AUF ştammından hazırlanmış quru diri vaksin təklif edilmiş və müvafiq təlimat əsasında tətbiq edilir.

Profilaktika və mübarizə üsulları. İlk növbədə törədicinin təsərrüfata daxil olmasının qarşısı alınmalıdır. Daxil olma yolları çox vaxt yeni gətirilən yoluxmuş heyvanlar və ya yemlər (silos, konsentratlar və s.) hesab edilir. Ona görə də təsərrüfatda heyvanlara və yemlərin keyfiyyətinə nəzarət profilaktikanın ən əsas hissəsidir.

Xəstəlik qeyd olunduqda fermaya və ya bütün təsərrüfata məhdudiyyətlər qoyulur. İlk növbədə heyvanların fermaya gətirilməsi və çıxarılması dayandırılır, heyvanların texniki yerdəyişmələri və qruplaşdırılması təxirə salınır. Təsərrüfatdakı bütün heyvanların temperaturu yoxlanılır və klinik müşahidələr aparılır. Xəstə hesab olunan heyvanlar kəsimə verilir, şübhəlilər isə təcrid edilərək, müalicə olunurlar, sağlam hesab olunanlar müvafiq qaydalara əməl olunmaqla vaksinləşdirilir və ya antibiotiklər təyin edilir.

Yoluxmuş heyvanları müəyyən etmək üçün onlar seroloji reaksiyalarla (aqqlütinasiya reaksiyası) yoxlanılır. Müalicə işləri ilə yanaşı baytar-sanitar tədbirləri planı işlənib hazırlanır və yerinə yetirilir (dezinfeksiya, deratizasiya, dezinseksiya). Təsərrüfatdan məhdudiyyət yalnız axırıncı xəstə heyvanın müəyyən edilməsindən 2 ay keçdikdən sonra götürülür.

04.02.2015
589

Nəşrlər

  • 02(264) 23 fevral 2017-ci il

  • 01(263) 27 yanvar 2017-ci il

  • 12(262) 23 dekabr 2016-cı il

  • 11(261) 25 noyabr 2016-cı il

Bannerlər