PASTERELLYOZ

A+
A
A-

 

 

 

Pasterellyoz (və ya hemorroji septisemiya) ev və vəhşi heyvanların, həmçinin quşların yoluxucu xəstəliyi olub, septisemiya və iltihabi hemorroji proseslərlə xarakterizə olunur.

Törədicisi. Pasteurella multocida bakteriyaları törədir. Bunlar hərəkətsiz, qısa, spor əmələ gətirməyən oval formalı bakteriyalardır. İnkubasiya dövrü 90 gün hesab olunur.

0.3-1,5x0,15-0,25 mkm ölçüsündədirlər. Qramla mənfı boyanırlar. Metilen abısı və Romanovski-Qimza üsulu ilə boyandıqda pasterellalar bipolyar görünürlər. Fakültativ aerobodurlar, pH 7,4-7,6 olduqda qan serumlu qida mühitlərində 37°C-də 18-24 saata yaxşı boy verirlər, patogen ştammlar kulturada kapsula əmələ gətirirlər, 4 seroloji tipi vardır.

Epizootoloji məlumat. Pasterellyoz tək-tək (sporodik), kiçik yayılmalar və epizootiya (donuz, qaramal, camış, toyuq və hinduşkälarda) halında qeyd edilir. Cavan heyvanlarda həssaslıq daha yüksək olur. Xəstəlik törədicisinin mənbəyi xəstə və xəstəlikdən sağalmış heyvanlardır. Onların ifrazatlarının tərkibində törədici ətraf mühitə yayılır. Heyvanlarda mikroblar yuxarı tənəffüs yollarının selikli qişalarında lokalizasiya olunaraq uzun müddətli bakteriya daşıyıcılığa səbəb olurlar. Yoluxma əksər hallarda alimentar və tənəffüs yolları vasitəsilə baş verir. Sağlam təsərrüfatlara törədici xəstə heyvanlar, yemlər (xüsusən heyvani mənşəli yemlər), vəhşi quşlar, qulluq əşyaları və s. vasitəsilə gətirilə bilər.

Patoloji-anatomik dəyişikliklər. Xəstəliyin gediş formasının müxtəlifliyi patoloji-anatomik dəyişikliklərin də geniş spektrdə inkişaf etməsini şərtləndirir.

İti gediş zamanı nöqtəvari qan sağıntıları daxili orqanların selikli və seroz qişalarında geniş yayılır (xüsusən onikibarmaq bağırsağın selikli qişasında). Bağırsağın digər şöbəsinin selikli qişası şişkin, qırmızımtıl, qatı eksudatla örtülmüş olur. Qaraciyərdə çoxlu sayda xırda, boz-ağımtıl nekroz ocaqları tapılır. Epikardın altında qan sağıntıları inkişaf edə bilər.

Xroniki gedişli infeksiya zamanı fibrinozlu və ya krupoz-hemorroji pnevmoniya, fıbrinozlu plevrit, perikardit, burun, traxeya və bronx- larda selikli qişamn sətihində fibrinoz eksudat qeyd olunur. Artritlər inkişaf etdikdə kapsulaların şişməsi və ya irinli kütlə aşkar edilir.

Diaqnozu. Diaqnoz epizootoloji, klinik və patoloji anatomik dəyişikliklərə, həmçinin bakterioloji müayinələrin nəticələrinə görə qoyulur.

Təfriqi diaqnoz. Nyukasl xəstəliyini (nyukasl zamanı sinir sistemi zədələnir, əzələli və vəzili mədələrin sərhəddində (quşlarda) xarakterik qan sağıntıları qeyd olunur) və spiroxetozu, qaramalda qarayara, emkar, yaman keyfiyyətli şiş, cavanların isə salmonellyozundan fərqləndirməyi bacarmaq lazımdır.

Müalicə. Xəstəliyin ilk dövrlərində spesifik serum, antibiotiklər və sulfanilamid preparatları səmərə verir.

Profilaktika və mübarizə tədbirləri. Heyvanların yerdəyişməsi zamanı mövcud qaydalara ciddi əməl edilməlidir. Diaqnoz qətiləşdikdə xəstə və şübhəli heyvanlar seçilməli və müalicə olunmalıdır. Fermadakı binalar dezinfeksiya olunmalıdır. Təhlükəli hesab edilən sürülər (ətrafdakılar) presipitasiya olunmuş formolvaksin və ya emulqasiya olunmuş vaksinlə immunlaşdırılır. Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutu tərəfindən hazırlanmış (akad. M.Qəniyev) qaramalın, camışların və qoyunların pasterellyozuna qarşı formol vaksinin immunogenliyi son zamanlar daha da artırılmışdır və yüksək səmərə verir. Xəstəliyə qarşı qeyri-sağlam təsərrüfatlarda 2 aylıqdan başlayaraq bütün heyvanlar ildə 2 dəfə presipitinləşdirilmiş formol vaksinlə peyvənd edilir. Vaksin 12-15 gün fasilə ilə 1 dəfəyə dərialtına vurulur. Doza birinci dəfə 5 ml, ikinci dəfə qaramala 10 ml, qoyun və donuzlara 8 ml-dir. Quzu və coşqalarda müvafiq surətdə 3 və 5 ml.

Yarımmaye formol vaksin də 12-15 günlük fasilə isə əzələarasına 5 ml və 10 ml olmaqla 2 dəfəyə vurulur.

Donuzlarda diplokokk septisemiyasına, paratifə və pasterelyoza qarşı polivalent formol vaksin (PPD) istifadə edilir.

Quşların pasterellyozuna qarşı Krasnodar ETBS-da hazırlanan N.Nikiforovanın vaksini tətbiq edilir, kənd təsərrüfatı heyvanlarının və quşların pasterellyozuna qarşı emulsiyon vaksin (N.Nikiforova və A.Lyukaçenko) geniş istifadə edilir. Vaksin toyuq və ördəklərə boyun nahiyəsindən 1,5 ml dərialtma, qoyunlara 2 ml, qaramal və donuzlara isə 3 ml vurulur. Immunitet 6-12 ay davam edir.

29.01.2017
770

Nəşrlər

  • 07-08(269-270) 25 may 2017-ci il

  • 05-06(267-268) 27 aprel 2017-ci il

  • 03-04(265-266) 28 mart 2017-ci il

  • 02(264) 23 fevral 2017-ci il

Bannerlər