BRUSELYOZ

A+
A
A-

 

 

 

Bruselyoz kənd təsərrüfatı və vəhşi heyvanların, eləcə də insanların, xronik gedişli yoluxucu xəstəliyidir.

Balasalma və sonun ləngiməsi ilə xarakterizə olunur, lakin çox fərqli klinik əlamətlər də müşahidə olunur.

Törədicisi. Brusella cinsindən olan bakteriyalardır, bunların məlum olan 6 növündən 4-ü kənd təsərrüfatı heyvanlarında xəstəlik törədir.

İnsanlar üçün daha təhlükəli Brusella melitensis növü sayılır (əsasən qoyunlarda xəstələyin törədicisidirlər). Qaramalda br. abortus, donuzlarda br.suis, qoyunlarda br.ovis, itlərdə br.cans, gəmiricilərdə isə br. neotome növü xəstəliyi törədirlər. Bu tiplər bir-birindən morfoloji cəhətcə seçilmirlər, onların hamısı polimorf, kürəcik, çubuq və oval formada olurlar, Brusella tiplərindən heç biri spor əmələ gətirmir, hərəkətsizdirlər, qram müsbət boyanırlar, xüsusi boyama üsulu Kozlovski üsulu hesab olunur.

Brusellalar təbiətdə S-, R- və RS- formalannda rast gəlirlər, yoluxmuş heyvan orqanizmində sferoplast, protoplast, L- formalar əmələ gətirirlər.

Brusellalar endotoksin əmələ gətirən mikroorqanizmlərə aiddirlər, orqanizmdə retikuloendotelial sistem hüceyrələrində və hüceyrədən kənarda parazitlik edirlər.

Epizootologiyası. Xəstəlik törədicisinin əsas mənbəyi xəstə və bruselladaşıyıcı heyvanlardır. Onlardan həssas sağlam orqanizmlərin yoluxması ətraf mühit keçiriciləri vasitəsilə (yem, su, əşyalar, otlaq və s.) və ya birbaşa kontakt yolu ilə (məsələn, cütləşmə zamanı) baş verir. Balıqların, amfıbilərin və qansorucuların da törədici ilə yoluxması barədə məlumatlar verilmişdir. İnsanlar xəstə heyvanlardan və ya onların zərərsizləşdirilməmiş məhsullarından istifadə edərkən yoluxurlar.

Brusellalar giriş qapısından limfa vasitəsilə orqanizmə yayılır və regional limfa düyünlərində tutulurlar. Bir müddət bu düyünlərdə çoxaldıqdan sonra törədicinin dozasından və virulentliyindən, eyni zamanda makroorqanizmin müdafiə xassələrindən asılı olaraq brusellalar bu düyünlərdə ya məhv edilirlər, ya da qana keçib, daxili orqanlara yayılırlar.

İmmunitet. Həmişə qeyri-sabitdir və asanlıqla yüksək doza ilə pozula bilər. Yaranan immunitet iki fazadan ibarətdir. Əvvəlcə infeksion və ya qeyri-steril immunitet, sonra isə postinfeksion və ya steril immunitet inkişaf edir.

Klinik əlamətləri. Əksər hallarda heyvanlarda xəstəlik latent (gizli) keçir. Qaramalda çox vaxt boğazlıqdan 4 ay sonra müşahidə olunan balasalmalar baş verir. Balasalmadan sonra əksər heyvanlar dölsüzləşir (mayalanma xassəsi itir). Erkək heyvanlarda orxit və epididimit inkişaf edir.

Qoyunlarda balasalma boğazlığın 4-5-ci ayında, donuzlarda isə həm birinci, həm də ikinci yarısında baş verə bilər, atlarda boyunun arxasında bursitlər inkişaf edir, şimal marallarında balasalma qaramalda olduğu kimi baş verir.

Diaqnozu. Diaqnoz epizootoloji analizin nəticələrinə, klinik və laborator müayinələrinə əsasən qoyulur. Törədicinin alınması həlledici vasitədir.

Allerji və seroloji müayinələrin nəticələrinin çox böyük əhəmiyyəti vardır, bu məlumatlar xüsusən xəstəliyin yayılma dərəcəsinin və ona qarşı kompleks tədbirlər sisteminin müəyyən olunması üçün müstəsna əhəmiyyət daşıyırlar.

Kənd təsərrüfatı heyvanlarının bruselyozunun laborator diaqnostikasında heyvanın növündən asılı olaraq istifadə olunan seroloji və allerji reaksiyalar müxtəlif ola bilər.

Qaramal və camışlarda - AR, KBR, KUMBR, Roz-benqal sınağı, süd-həlqə reaksiyası;

Xırda buynuzlu heyvanlarda - 10%-li NaCl məhlulunda AR, Roz- benqal sınağı, KBR, KUMBR, allerji;

Donuzlarda - AR, KBR, allerji;

Marallarda - AR, Roz-benqal sınağı, şüşədə AR, KBR;

Atlarda, itlərdə və digər heyvanlarda - AR, KBR.

İlk dəfə bruselyoz diaqnozu qoyulmuş sağlam təsərrüfatlarda yalnız seroloji reaksiyalardan istifadə etməklə kifayətlənmək olmaz.

Təfriqi diaqnoz üçün bruselyozu kampilobakteriozdan, yoluxucu rinotraxeitdən, salmonellyozdan, ku-isitməsindən, listeriozdan, trixomonozdan, zəhərlənmələrdən fərqləndirmək lazımdır.

Təfriqi diaqnozu. Bruselyozu bir çox infeksion və qeyri-infeksion xəstəliklərdən təfriq etməyi bacarmaq lazımdır. Bruselyozda qeyd olunan xarakterik əlamət-balasalma listerozda trixomonozda, kam- pilobakteriozda, infeksion follokulyar vestibulitdə, yemlərlə zəhərlən-

mələrdə, zədələnmələrdə və s. də müşahidə olunur. İnəklərdə sonun ləngiməsi natamam yemləmə nəticəsində baş verə bilər. Qoyunlarda balasalma paratif listerioz, xlamidioz, kampilobakterioz xəstəliklərin- də, zədələnmələr nəicəsində yemlərlə zəhərlənmələrdə əmələ gələ bilər.

Profilaktika və mübarizə vasitələri. Əsas profilaktik tədbirlər təsərrüfata törədicinin kənardan gətirilməsinin qarşısını almağa yönəldilməlidir. Çox vaxt xəstəliyin törədicisi yeni alman heyvanlar vasitəsilə daxil olduğundan belə heyvanlara ciddi nəzarət edilməlidir.

Törədici təsərrüfata həmçinin yem vasitəsilə də gətirilə bilər. Xəstə heyvanlarla birlikdə suvarma və ya otlama zamanı da yoluxma mümkündür.

Xəstəlik baş verdikdə təsərrüfata karantin qoyulur, tədbirlər planı müəyyən edilir. Ocağın söndürülməsi üçün ən etibarlı üsul - heyvanların hamısının təcili kəsimə verilməsi, qüvvədə olan təlimata uyğun olaraq emalı və təsərrüfatda bundan sonra müvafiq dezinfeksiya hesab edilir.

Bruselyozun spesifik profilaktikası üçün 19 saylı, 82 saylı və Rev-1 ştammlarından hazırlanmış vaksinlər tətbiq olunur.

04.05.2017
1216

Nəşrlər

  • 15(277) 17 oktyabr 2017-ci il

  • 13-14(275-276) 07 sentyabr 2017-ci il

  • 12(274) 15 avqust 2017-ci il

  • 10-11(272-273) 19 iyul 2017-ci il

Bannerlər