DOVŞANCIQ

A+
A
A-

 

Heyvanların və insanların iti gedişli yara infeksiyasıdır, yüksək həssaslıq və bədən əzələlərinin qıc olması və titrəməsi ilə səciyyələnir. Xəstəlik əksər hallarda asfiksiya və ürəyin iflici ilə nəticələnir.

Törədicisi. Anaerob mikroorqanizmlərə aid edilən Clostridium tetani-dir. Uzunluğu 3-12 mkm, eni 0,3-0,8 mkm-dir. Heyvanların bağırsaqlarında yaşayırlar və fekaliya ilə ifraz olunurlar. Mikroblar özləri çox davamhdırlar (əmələ gətirdikləri sporlarm hesabma). Toksinləri isə işığın, turşu və qələvilərin təsirilə asanlıqla dağılırlar.

Törədici hərəkətlidir, terminal sporlara malikdir, kapsul əmələ gətirmir, mütləq anaerobdur, yetişdirmək üçün Kitt-Tarossi və qlükozalı-qanlı seysler qida mühitlərindən istifadə olunur.

Epizootoloji məlumat. Bütün növ ev heyvanları və quşlar həssasdırlar, daha çox at və donuzlar xəstələnirlər. Törədicinin mənbəyi-fekaliya ilə mikrobları ətrafa yayan heyvanlardır. Xəstələr mikrob sporları ilə çirklənmiş torpağın yaraya düşməsi nətiəcəsində inkişaf edir. Dərin yaralar daha təhlükəlidir, ona görə ki, belə yaralarda dərin qatlara hava təmas etmədiyi üçün anaerob mikroblar daha asanlıqla inkişaf edə bilirlər. Xəstəlik həmçinin aseptika və antiseptika qaydalarına əməl olunmadıqda doğuş, axtalama, qoyunlarda quyruqların kəsilməsi zamanı yaranan yaralar vasitəsilə baş verə bilər. Yara nahiyəsində mikrob artıb-çoxalır, ifraz etdiyi toksin sinir lifləri və qan vasitəsilə baş və onurğa beyinə keçir və əzələlərin iflici ilə nəticələnən ağır xəstəlik əmələ gəlir.

Klinik əlamətləri. İnkubasiya müddəti 1-3 həftədir. Yem qəbulu çətinləşir, hərəkət ləng və ağrılı olur, göz qapaqları düşür. Sonradan bütün bədən əzələləri iflic olur. Sidik və kal ifrazı ləngiyir və ya tamam kəsilir. Tənəffüs və nəbz tezləşir. Toxunma və səs qıcolmam artırır, heyvanlar intensiv tərləyirlər. Ölüm ərəfəsində bədən temperaturu 43°S-dək yüksəlir. Atlarda xəstəlik 2-12 gün, qaramalda 7 günədək davam edir. Yaşlı heyvanlarda ölüm 50-80%, cavanlarda isə daha yüksək 90-100% təşkil edir.

Patoloji-anatomik dəyişikliklər. Cəsəd köpməsi aydın hiss olunur.

Əzələlər qaynamış ətə oxşayır və qan sızmaları çox olur. Ağciyəriər şişkin və hiperemiyalı olur, ürək böyüyür, perikardda, ürək əzələlərində və plevrada qan sağıntıları yayılır.

Diaqnozu. Epizootoloji məlumatlar nəzərə alınmaqla tipik klinik əlamətlərə əsasən qoyulur.

Təfriqi diaqnoz. Xəstəliyi quduzluqdan və iti əzələ revmatizmindən fərqləndirmək lazımdır. Quduzluq zamanı əzələlərdə trizm (qıcolma və titrəmə) olmur və heyvan çox aqressivləşir, alt çənənin iflioi qeyd olunur. Əzələ revmatizmi zamanı reflektor oyanmanın yüksəlməsi qeyd olunmur. Əzələlər gərgin və ağrılı olur.

Müalicə. Yara mexaniki təmizlənir, oradakı ölmüş toxuma çıxarılır, antiseptiki məhlullarla yuyulur. Dovşancıq əleyhi antiseptik serum tətbiq olunur. Serumla yanaşı mikrobəleyhi və simptomatik vasitələr, habelə ürək preparatları işlədilir. Düz bağırsaq kaldan təmizlənir, sidik kisəsi massaj olunur. Atlarda əzələlərin spazmasını zəiflətmək məqsədilə iflic əleyhi vasitələr təyin olunur.

İmmunitet. Xəstəlikdən sağalmış heyvanlarda dovşancığa qarşı immunitet inkişaf edir.

İmmunitet antitoksik xarakterli olur, kolostral immunitet də inkişaf edə bilir.

Xəstəliyə qarşı fəal peyvənd vasitəsi qatılaşdırılmış zəyli antitoksindir.

Antitoksin belə hazırlanır: Dovşancıq kulturasının fıltrat toksininə 0,3-0,4%-li formalinlə 35MO°S temperaturda 25-30 gün təsir edirlər. Sonra anatoksin üzərinə onun ümumi həcminin 1%-nə 10%-li zəyli alüminiüm əlavə edilərək cökdürülür. Çöküntü üzərindəki mayedən zəyli antitoksinin ümumi həcminin 30%-i sorularaq kənar edilir.

Anatoksin iri heyvanlara 1 ml, xırda heyvanlara isə 0,5 ml dərialtına vurulur. İmmunitet 1 aya formalaşır və atlarda 5 il, digər heyvanlarda isə 1 il davam edir. Qeyri-fəal peyvənd vasitəsi kimi dovşancıqəleyhinə antitoksik serum işlədilir.

Profilaktika və mübarizə tədbirləri. Cərrahi əməliyyatlar zamanı aseptika və antiseptika qaydalarına riayət olunmalıdır. Zədələnmələr baş verdikdə isə təcili olaraq çirklənmiş yaralar yuyulmalıdır. Ağır yara almış heyvanlara dərhal dovşancıq əleyhi serum vurmaq lazımdır. Xəstə heyvanların ətindən istifadə etmək olmaz. Dovşancıq xəstəliyi tez-tez rast gələn təsərrüfatlarda bütün həssas heyvanlar antitoksinlə peyvənd edilməlidirlər.

 

04.02.2015
572

Nəşrlər

  • 05-06(267-268) 27 aprel 2017-ci il

  • 03-04(265-266) 28 mart 2017-ci il

  • 02(264) 23 fevral 2017-ci il

  • 01(263) 27 yanvar 2017-ci il

Bannerlər